Məhkəmə qərarları › İş №2-1(118)-1137/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1137/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1137/2021 06.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı "övladları 17.06.2010-cu il təvəllüdlü Mreacın soyadının “Vaqifsoy”dan “Vaqif” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 27.03.1999-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahdan 17.06.2010-cu il təvəllüdlü Merac adlı övladları var. Övladları dünyaya gələrkən qərara gəlmişlər ki, onun soyadını Vaqifsoy yazdıraq. Vaqif birinci əriəzçi olaraq onun atasının adıdır. Əli isə onun ulu babalarından birinin adıdır. Onun soyadı da mərhum atasının soyadına uyğun olaraq Əliyev kimi yazılmışdır. Qərara gəlmişlər ki, övladları soyadı öz babasının adı ilə davam etdirilsin. Bu qərarları bütün ailə tərəfindən müsbət qarşılanıb. 04.07.2020-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat İdarəsinə ərizə ilə müraciət edərək övladı Meracın soyadını "Vaqifsoy"dan "Vaqif”ə dəyişdirilməsi ilə bağlı müraciət etmişlər, Sumqayıt şəhər Qeydiyyat İdarəsinin 04.07.2020-ci il tarixli cavab məktubunda AR Nazirlər kabinetinin 12.05.2011 -ci il tarixli, 79 saylı 5.10 bəndi "Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları"na əsasən soyadın və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyini, soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatdıqdan sonra yol verildiyini, soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyi bildirilmişdir. Mərhum atası X3 24.03.2021-ci il tarixdə vəfat etmişdir. Ona görə də sırf atasının adı heç bir sonluq olmadan, oğlanlarının soyad kimi seçmək qərarına gəlmişlər. Onlar bu barədə müvafiq orqanlara müraciət etsələr də, rədd cavabı almışlar. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçılar sonradan iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Sumqayıt şəhər Qeydiyyat şöbəsi, üçüncü şəxs qismində isə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qoyulmasını məhkəmədən xahiş etmişlər. Məhəkəmə prosesində iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, İddiaçı1 övladı Meracın soyadının dəyişdirilməsinə etirazının olmaması ilə bağlı razılıq ərizəsi, şəxsiyyət vəsiqəsinin surətləri, doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətləri, imtina məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Qaydaların 5.2-ci bəndinə əsasən hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Qaydaların 5.3cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi mahiyyəti etibarı ilə övladının soyadın dəyişilməsi yox, soyadının sonluğunun dəyişilməsi ilə bağlı tələbdir. Belə ki, qeyd olunan soyad ilkin olaraq Vaqif sözündən götürür və Vaqif sözünün sonluğundan “soy” sözünün götürülməsi həmin soyadın dəyişdirilməsi kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, soyadın sonluğunda “soy” “bəyli”,”şeyx”,”xan” və ya bu təpkidə olan sözlərin soyaddan götürülməsi ilə bağlı hər hansı bir imperativ xarakter daşıyan qaydalar mövcud deyil. Məhkəmə hesab edir ki, iddiaçıların övladının soyadının sonluğunun dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, 17 iyun 2010cü il təvəllüldlü Meracın soyadının sonluğu Vaqifsoydan –Vaqifə dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıların övladı X1 qrafasında “Vaqif” kimi dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıların övladı X2 doğum haqqında şəhadətnaməsinin soyad qrafasında olan “Vaqifsoy” qeydi “Vaqif” qeydinə dəyişdirilsin və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar