Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1138/2021 21.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı "övladı 17 noyabr 2020-ci il təvəllüdlü İddiaçı soyadının “Əliyev”dən “Əli”bəyliyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 və X3 06.09.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 17 noyabr 2020-ci il təvəllüdlü İddiaçı adlı övladları var. Onlar, övladları 17 noyabr 2020-ci il təvəllüdlü İddiaçı “Əlibəyli” soyadını vermək istəyirlər. Bunun üçün onlar cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək övladlarının soyadının “Əliyev” dən “Əli”bəyliyə dəyişdirilməsini xahiş etmişdirlər. Lakin xahişlərinin təmin olunmasından imtina olunmuş və onlara məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin ötən iclasında cavabdeh təşkilatın nümayəndəsi Təranə Novruzova iddia tələbinin qəbul edərək, bildirmişdir ki, soyadın dəyişdirilməsi onun səlahiyyətində deyil, iddiaçıların iddiası ilə əlaqədar heç bir etirazı yoxdur. İş üzrə qanuni qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, X1 övladı İlhamın soyadının Əlibəyliyə dəyişdirilməsinə etirazının olmaması ilə bağlı razılıq ərizəsi, şəxsiyyət vəsiqəsinin surətləri, doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətləri, imtina məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Qaydaların 5.2-ci bəndinə əsasən hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Qaydaların 5.3cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi mahiyyəti etibarı ilə övladının soyadın dəyişilməsi yox, soyadının sonluğunun dəyişilməsi ilə bağlı tələbdir. Belə ki, qeyd olunan soyad kökünü Əli sözündən götürür və Əli sözünün sonluğuna “yev” və ya “bəyli” sözünün artırılması həmin soyadın dəyişdirilməsi kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, soyadın sonluğunda “bəyli”,”şeyx”,”xan” və ya bu təpkidə olan sözlərin soyada əlavə edilməsi ilə bağlı hər hansı bir imperativ xarakter daşıyan qaydalar mövcud deyil. Məhkəmə hesab edir ki, iddiaçıların övladının soyadının sonluğunun dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, 17 noyabr 2020-ci il təvəllüldlü İlhamın soyadının sonluğu Əliyevdən –Əlibəyliyə dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının övladı İddiaçı oğlunun soyadı qrafasında “Əlibəyli” kimi dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçının övladı İddiaçı doğum haqqında şəhadətnaməsinin soyad qrafasında olan “Əliyev” qeydi “Əlibəyli”yə qeydinə dəyişdirilsin və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1138/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1138/2021
21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver