Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1139/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X12 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X8 (işləməyən, ünvan 1 ünvanında yaşayan yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehdən vurduğu maddi zərərə görə 100.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 100.030 manatın tutularaq ona ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurduğu maddi zərərə görə 100.000 (yüz min) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 100.030 (yüz min otuz) manatın tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X23 oğlu iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1998ci il tarixli 149 saylı sərəncamı ilə Saray qəsəbə İcra nümayəndəliyinə ayrılmış 0,10 ha torpaq sahəsi fərdi yaşayış mənzilinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra nümayəndəliyinin işçiləri tərəfindən 299 saylı 0,10 ha torpaq sahəsi yerində ölçülərək taxta nişanlar qoymaqla ona təhvil verilmişdir. İddiaçı 1999-cu ildə həmin torpaq sahəsində ev tikərək ailə üzvləri ilə orada yaşamağa başlamışdır. Hal-hazırda da Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra nümayəndəliyinin 35 saylı 07.10.1999-cu il tarixli sərəncamı və Abşeron rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1998-ci il tarixli 149 saylı sərəncamı qüvvədədir. Torpaq sahəsi qanuni əsaslarla ona məxsus olsa da, X13 adlı şəxs məhkəməyə müraciət edərək zəbt edilmiş torpaq sahəsindən çıxarılmağını tələb etmişdir. Abşeron rayon Məhkəməsinin 18.02.2015-ci il tarixli, 2(012)-219/2015 saylı qətnaməsi ilə V.Gülmalıyevin iddiası təmin edilmiş və iddiaçının Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 0,10 ha torpaq sahəsindən çıxarılmağı və tikmiş olduğu tikililərin öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamədən o, narazı qalmış və iddia tələbi ilə Abşeron rayon Məhkəməsinə nüraciət edərək cavabdehlər DƏDRX-nin 4 saylı Abşeron İdarəsinə və X5 qarşı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 24.01.2017-ci il tarixli, 2(012)-176/2017 saylı qiyabi qətnaməsi ilə iddiaçının iddiası təmin edilmişdir. Məhkəmənin qiyabi qətnaməsində qeyd edilmişdir ki, “AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, Vahid Gülmalıyevin mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin koordinatları DƏDRX tərəfindən verilmiş 20.12.2013-cii il tarixli, RX Seriyalı ******* saylı çıxarışa düzgün işlənmədiyindən həmin torpaq sahəsinin ölçüsünün naturada üst-üstə deyil, 6 m kənara düşdüyü müəyyən edilmişdir. Buna görə də İddiaçı məxsus 0,10 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır”. Beləliklə, Abşeron rayon Məhkəməsinin 24.01.2017-ci il tarixli, 2(012)-176/2017 saylı qiyabi qətnaməsi ilə müəyyən edilmişdir ki, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən düzgün araşdırılma aparılmadan, torpaq sahəsinin yüklülüyü yoxlanılmadan V.Gülmalıyevin mülkiyyətində olan 0,10 torpaq sahəsinə dair 20.12.2013-cü ildə RX Seriyalı ******* saylı Çıxarış verilmişdir. Adıçəkilən qətnamə ilə RX Seriyalı ******* saylı Çıxarış etibarsız hesab edilmişdir. Beləliklə, V.Gülmalıyevin mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydalara müvafiq əldə edilməmişdir. Buna baxmayaraq iddiaçının torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsinə dair qətnamə icraya yönəlmiş və iddiaçıya məxsus tikililər sökülərək məhv edilərək ona cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin təqsiri üzündən 100.000 manat məbləğində ziyan dəymişdir. Məsələ ilə əlaqədar olaraq AR ƏMDK yanında DƏDRXnin 15 mart 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, “Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsi X9 faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi ilə vətəndaş X2 mülkiyyətində olan notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir”. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, iddiaçı X3 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər cavabdeh İddiaçı Abbas oğlunun hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdeh İddiaçı oqlu həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı olmaqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-4675 kod 30800086 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X4 adına rəsmiləşdirilmişdir. X14 03.06.2006-cı il tarixdə bağlanılmış Abşeron rayonu 1 saylı DNK tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.4296 ha torpaq sahəsinin 0.10 ha hissəsini X1. Həmin müqavilə əsasında X13 20.12.2013-cü il tarixli. **********43 reyestr nömrəli, 0.10 ha sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. X2 mülkiyyətində olan 0.10 ha sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, məqsədli istifadə növü əkin kimi qeyd edilmişdir. Əlavə olaraq İddiaçı Əidər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin bildiririk ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı məhkəmə işi ilə əlaqədar 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməmiş və idarə tərəfindən tərtib edilmiş mütəxəssis rəyi idarənin arxiv əsaslarında aşkar edilməmişdir. İş materiallarında olan : -Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 01.06.2015-ci il tarixli F-251 saylı arxiv arayışından görünür ki, Abşeron rayonu Saray qəsəbəsi üzrə nümayəndəsinin 07.10.1999-cu il tarixli 35 nömrəli sərəncamına əsasən vətəndaşların mənzil şəraitini yaxşılaşdıırlması məqsədi ilə Abşeron rayon İcra hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli 19 saylı səərncamı ilə Saray qəsəbə İcra nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha və X7 qərarı ilə 50 ha ayrılmış torpaq sahəsindən aşağıda adları qeyd olunan vətəndaşların hər birinə (o cümlədən İddiaçı 299 saylı sahə) 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və onlara həmin ayrılmış sahədə fərdi yaşayış mənzili tikilməsinə icaz verilmişdir. -Abşeron rayon Məhkəməsinin 2(012)-219/2015 saylı qətnaməsindən görünür ki, Abşeron rayon Saray qəsəbəsində yerləşən ididaçı X2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdeh X10 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, cavabdeh İddiaçı Vahid oğlunun həmin torpaqdan çıxarılması qərt edilmişdir. - Abşeron rayon Məhkəməsinin 2(012)-176/2017 saylı 20.02.2017-ci il tarixli qərardadından görünür ki, cavabdeh X2 ərizəsinin təmin edilməsi, Abşeron rayon Məhkəməsinin 2(012)-176/2017 saylı 24 yanvar 2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə və X5 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icaraatın təzələnməsi qərara alınmışdır. - Abşeron rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(012)-176/2017 saylı qərardadından görünür ki,İddiaçı nümayəndəsi X15 və cavabdeh X13 arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və İddiaçı cavabdehlər DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə və X5 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Abşeron rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(012)-176/2017 saylı qərardadından görünür ki, İddiaçı nümayəndəsi X6 ərizəsinin rədd edilməsi və Abşeron rayon Məhkəməsinin 07.04.2017-ci il tarixli 2(012)-176/2017 saylı qərardadından şikayətin verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. -Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Məhkəməsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(012)-176/2017 saylı mülki işə 24 yanvar 2017-ci il tarixdə qiyabi icraat qaydasında hakim İ.Kərimlinin sədrliyi ilə baxılaraq iddia təmin edilmişdir. Cavabdeh V.A.Gülmalıyev 20.02.2017-ci il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə müraciət etmiş və məhkəmənin qərardadı ilə 2(012)-176/2017 saylı 24 yanvar 2017-ci il tarixli qiyabi qətnamə ləğv edilərək mülki iş baxılması üçün 07.04.2017-ci il tarixə təyin edilmişdir. 07.04.2017-ci il tarixdə iddiaçı və cavabdehin qarşılıqlı müraciətlərinə əsasən barışıq sazişi əsasında mülki işin icraatına xitam verilmişdir. İddiaçı nümayəndəsi 24.05.2017-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək işin icraatına xitam verilməsi barədə 07.04.2017-ci il tarixli qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qərardadına əsasən şikayəi geri qaytarılmışdır. İddiaçı nümayəndəsi V.Ə.Əhmədov təkrarən məhkəməyə müraciət edərək müddətin bərpa edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 16 oktyabr 2017ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsi V.Ə.Əhmədovun ərizəsi rədd edilmiş və müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir.Sonuncu dəfə iddiaçı X16 29.05.2019-cu il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Abşeron rayon Məhkəməsinin işin icraatına xitam verilməsi barədə 07.04.2017-ci il tarixli 2(012)-176/2017 saylı qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Həmh şikayətə 30.05.2019cu il tarixdə hakim E.Məmmədovun sədrliyi ilə baxılaraq şikayət rədd edilmiş və sənədlər iddiaçıya qaytarılmışdır. Qərardaddan şikayət verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Məhkəməsi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, qeyd edilən mülki iş hakim İ.Kərimlinin icraatında olmuş və hakim tərəfindən həmin mülki işlə bağlı Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirilməsi zərurəti ilə əlaqədar DƏDRXnin 4 saylı Ərazi İdarəsinə 21.07.2014-cü ildə 2(012)-2039/204 saylı məktubla rəsmi bildiriş göndərilmiş və məhkəmə baxışının 31.07.2014-cü il tarixə saat 17.00-a təyin edilməsi barədə məlumat verilmişdir. Lakin qeyd edilən tarixdə tərəflər məhkəmə iclasına gəlmədiklərindən məhkəmənin 31.07.2014-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. 23.01.2015-ci il tarixdə iddiaçı X13 ərizə ilə məhkəməyə müraciət edərək iddianın baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsini xahiş etdiyindən, məhkəmənin həmin tarixli qərardadı ilə iddianın baxılmamış saxlanması barədə qərardad ləgv edilmiş və ış baxılması üçün 18 fevral 2015-ci il tarixə təyin saat 11- 00-a təyin edilmişdir.Mülki işə 18.02.2015-ci il tarixdə baxılaraq iddia təmin edilmişdir.İş materiallarından göründüyü kimi, məhkəmə torpaq sahəsinə baxış keçirilməsi zərurəti ilə əlaqədar DƏDRX-nin 4 saylı Ərazi idarəsinə rəsmi bildiriş göndərmiş olsa da, sonradan tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlamışdır. Beləliklə, qətnamə çıxarılarkən mütəxəssis dəvət olunmamış və mübahisəli torpaq sahəsinə baxış keçirilməmişdir. Odur ki mülki iş materiallarında mütəxəssis rəyi olmadığından tələb olunan sənədlərin surətinin göndərilməsi mümkün olmamışdır. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Məhkəməsi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, sorğuya əsasən qeyd edilən mülki işdə olan məhkəmə iclas protokoluna baxış keçirilmiş və protokolda mütəxəssisin iştirakı və ya onun dindirilməsinə dair hər hansı bir qeydiyyat aşkar edilməmişdir. Qanunvericiliyə əsasən məhkəmə iclas protokolunun surətinin çıxarılması nəzərdə tutulmadığından, iclas protokolunun surətinin göndərilməsi mümkün olmamışdır. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 03.08.2021-ci il tarixli **********76 nömrəli məktubundan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ilə X2 mülkiyyətində olan **********43 reyestr nömrəsi ilə 20.12.2013-cü il tarixdə verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları əsasında üst-üstə düşmə halı aşkar edilməmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirilən fərdi yaşayış evinin 25 aprel 2019-cu il tarixə bazar qiyməti 51000 manat, likvid qiyməti 46000 manat, ziyanın məbləği isə 42500 manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X17 bildirdi ki, iddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı ona müraciət etmişdir. 2019-cu ildə onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilmişdir və 15 gün ərzində cavab gəlmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə V.Gülmalıyevə məxsus torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Bundan sonra o, Abşeron rayon Məhkəməsinin 18.02.2015-ci il tarixli qətnaməsinin yeni açılmış hallar üzrə ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, məhkəmənin sədrinin qəbulunda olmuşdur. lakin iş Plenum baxışına çıxarılmamışdır. S.Gülmalıyevə satılan topraq sahəsi əkin sahəsi olmaqla qəsəbədən aralıda yerləşir. Həmin yer iddiaçının torpaq sahəsinin ortasında yerləşə bilməz. Bununla da DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi tərəfindən yanlış rəy verilməsi sübuta yetirilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, şahid ifadəsini dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir : zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı X2 ona qarşı torpaq sahəsindən çıxarma və həmin torpaq sahəsində inşa edilmiş qeyri-qanuni tikililərin sökülməsinə dair iddaya Abşeron rayon Məhkəməsi tərəfindən baxılarkən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi tərəfindən yanlış verildiyinə və Abşeron rayon Məhkəməsi tərəfindən onun X5 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair işə baxılarkən aparılmış ekspertiza tədqiqatı ilə tərəflərin torpaq sahələrinin kordinatlarının üstüstə düşməməsinin müəyyən edildiyinə əsaslanaraq cavabdeh tərəfindən ona vurulmuş 100.000 manat məbləğində ziyanın ödənilməsini tələb edir. Məhkəmə araşdırlması zamanı müəyyən edildi ki, Abşeron rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli 2(012)-219/2015 saylı qətnaməsində məhkəmənin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssinin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməsi qeyd edilsə də, məhkəmə iclasının protokolunda mütəxəssisin iştirakı və ya onun dindirilməsinə dair hər hansı bir qeydiyyat aşkar edilməmişdir. Bundan başqa iddiaçı Abşeron rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qiyabi qətnaməsinə istinad etsə də, həmin qətnamə məhkəmənin 20 fevral 2017-ci il tarixli qərardadı ilə ləğv edilmişdir və nəticə etibarı ilə qətnamə qanuni qüvvəyə minməmişdir. Bu səbəbdən həmin qətnaməyə və aparılmış ekspertiza tədqiqatına əsaslanmaq məqsədəuyğun deyildir. Beləliklə, iddiaçının torpaq sahəsindən çıxarılması və evinin sökülməsi ilə bağlı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin təqsirli hərəkətləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə (Sumqayıt Məhkəmə Kompleksi) verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1139/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1139/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver