Məhkəmə qərarları › İş №2-1(118)-1139/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1139/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1139/2022 15.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin X1 qarşı “ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Abşeron -X6, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş” Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borcların tənzimlənməsi“ qaydalarının 3-cü bölməsinin 3.1.1-ci bəndinə əsasən ona 01 yanvar 2006-cı il tarixdən minimum əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi- 80 faizi məbləğində aylıq müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin X1 qarşı iddia qaldıraraq “ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Abşeron -X6, Azərbaycan Respublikası Prezidentinin 2008ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş” Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borcların tənzimlənməsi“ qaydalarının 3-cü bölməsinin 3.1.1-ci bəndinə əsasən ona 01 yanvar 2006-cı il tarixdən minimum əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi- 80 faizi məbləğində aylıq müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxs 1 saylı regional Ərazi filialı tərəfindən 01 yanvar 2006-ci il tarixindən 66 manat müavinət alır. Dəfələrlə müraciət etsə də ona təyin edilmiş müavinət artırılmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 1 saylı regional Ərazi filialı tərəfindən 01 yanvar 2006- ci il tarixindən ona təyin edilən 66 manat müavinətin artırılması və ona ətraflı arayış verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin 07 aprel 2010-cıı il tarixli qətnaməsi ilə onun Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinə qarşı istehsalat zədəsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilərək istehsalat qəzası nəticəsində əmək qabliyyətinin itirilməsi ilə əlaqədar olaraq İddiaçı xeyrinə 01 yanvar 2006-cı il tarixdən başlayarq müavinətin ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinə həvalə edilməsi qət edilmişdir. Lakin həmin vaxtdan iddiaçının müavinəti arırılmamışdır. Həmin müavinəti nə hansı qaydada hesablanması barədə ona nə ətraflı arayış verilir, nə də həmin müavinət artırılır. Qeyd edilən hallara əsasən yazılı müraciət etmişdir ki, səksən yaşlı ikinci qrup istehsalat əlili olan insandır. Dəfələrlə müraciət etsə də cavab yoxdur. Konstitusiyaya qanunvericilinə, vətəndaşların müraciətlərinə baxılması qaydasına uyğun olaraq müraciətinə baxılmasını, ona yazılı sənəd verilməsini, haqqını tələb etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxs 1 saylı regional Ərazi filialı tərəfindən 01 yanvar 2006-ci il tarixindən ona təyin edilən 66 manat müavinətin artırılması və ona ətraflı arayış verilməsini xahiş etmişdir. Ona Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxs 1 saylı regional Ərazi filialı tərəfindən xx.xx.2022-ci il tarixli, ********** 2 saylı imtina məktubunda qeyd edilir " Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxs 1 saylı regional Ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş” Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc borcların tənzimlənməsi “ qaydalarının 3-cü bölməsinin 3.1.4-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində peşə əmək qabliyyəti 80 faiz və daha çox itirildikdə 66 manat məbləğində müavinət verilir. Sizə müvafiq qanunvericiliyə uyğun olaraq xx.xx.2006cı il tarixdən müddətsiz altmış altı manat məbləğində özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehslat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlmlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borcların tənzimlənməsi “ qaydalarının 3-cü bölməsinin 3.1.1-ci bəndinə əsasən peşə əmək qabliyyətini itirdikdə minimum aylıq əməkhaqqının əmək qabliyyətinin itirilmə faizi məbləğində müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosesual məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosesual prinsiplərə zidd olmadığı hallarda , inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin müddəaları tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Prosesual AR İPM-nin 14.3cü maddəsinə əsasən İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu istisna etdiyi hallarda , belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. AR İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə nüdafiəyə dair iddialara ( məcburetmə haqqında iddia ) baxılır. AR İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya ) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı kimi düzgün cavabdehə müraciət etmiş, iddia qaldırmaqda subyektiv hüquqa malikdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. AR Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi məbləği, şərtləri və qaydaları”nın 1.1-ci bəndinə əsasən, işçinin istehsalat gəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyqun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Sözügedən Qaydaların 1.2-ci bəndinə əsasən, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikaçı Prezidentinin 2008-ci il 4 avgust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"na uyğun olaraq aylıq Ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Sözügedən Qaydaların 2.1-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və yä ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Sözügedən Qaydaların 3.2-ci bəndinə əsasən, zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən ödənclər verilir. AR Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) və həlak olduqda minimum aylıq əməkhaqqı məbləğlərində aylıq müavinət verilir. Sosial Ödənişlər Altsistemində qeyd edilən məlumatlara əsasən İddiaçı 240 manat məbləğində sosial müavihət təyin edildiyi müəyyən edilir. Həmçinin İddiaçı sosial müavinət işinə əlavə edilmiş sərəncama müvafiq olaraq əmək qabiliyyətini itirmiş işçi kimi ona xx.xx.2022-ci il tarixdən ömürlük 240 manat məbləğində sosial müavinət təyin edildiyi görünür. Bununla yanaşı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş vəsait də İddiaçı ödənilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol veril&nliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Sözügedən Qərarın 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Sözügedən Qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırtlmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı qanunla qorunan hüquqları pozulmamış, ona qanunvericiliyin tələblərinə müvafiq olaraq ödənilməli olan sosial müavinət ödənilmişdir və hal - hazırda məbləği artırılmaqla ödənilir. Belə olan halda İddiaçı iddiası mümkün hesab edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddiaya etirazı müdafiə etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iştirak etmiş, iddiaçıya verilən müavinətin artırılmasından məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı isə əvvəlki dövrlərə aid müavinətlərin artırılmalı olmasını bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ qalmamışdır. Belə ki, cavabdehin də qeyd etdiyi kimi Sosial Ödənişlər Altsistemində qeyd edilən məlumatlara əsasən İddiaçı 240 manat məbləğində sosial müavinət təyin edildiyi müəyyən edilir. Həmçinin İddiaçı sosial müavinət işinə əlavə edilmiş sərəncama müvafiq olaraq əmək qabiliyyətini itirmiş işçi kimi ona xx.xx.2022-ci il tarixdən ömürlük 240 manat məbləğində sosial müavinət təyin edildiyi görünür. Bununla yanaşı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş vəsait də İddiaçı ödənilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Sözügedən Qərarın 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Sözügedən Qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırtlmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçının qanunla qorunan hüquqları pozulmamış, ona qanunvericiliyin tələblərinə müvafiq olaraq ödənilməli olan sosial müavinət ödənilmişdir və hal - hazırda məbləği artırılmaqla ödənilir. Bundan əlavə iddiaçı hazırda ona təyin olunmuş müavinətin təyin olunduğu tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlərə aid hissədə artırılmasını istəyir, lakin iddiaçı bu yeni tələblə bağlı inzibati orqana müraciət etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, iddianın uğurluluq ehtimalını nəzərə alaraq, yeni tələblə bağlı yenidən cavabdeh inzibati orqana müraciət edə bilər, inzibati orqan hərəkətsizlik və imtina edərsə, yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar