Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1142/2024 19.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı 04 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Abşeron rayonu 2 nömrəli savxoz ərazisində yerləşən 2,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəiyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sənədlərdə düzəliş edilərək təqdim edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5326/2023 saylı qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 04 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Abşeron rayonu 2 nömrəli savxoz ərazisində yerləşən 2,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəiyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 fevral 2008-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində yerləşən 2,5 ha torpaq sahəsini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq satın almışdır. Torpaq sahəsinə verilmiş hüquqmüəyyənedici sənədlər, çıxarış və torpaq sahəsinin plan və ölçüləri səhv tərtib edilmişdir. Həmçinin mülkiyyət növü dövlət mülkiyyəti yazılmışdır. Ərizə ilə 2 dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə torpağın xüsusi mülkiyyətə aid olduğunu və düzəliş verilməsiylə bağlı müraciət etsə də, imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq mümkün hesab etmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən 5,0 ha torpaq sahəsinə dair X3 adına JN-9161 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” verilmişdir. xx.xx.2008-ci i tarixli, 4Ə/01- 181 reyestr nömrəli torpaq sahəsində alqı-satqı müqaviləsində yanlışlıqla “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən torpaq sahəsinin alqı-satqısı qeyd olunsa da, faktiki olaraq torpaq sahəsinin icarə hüququnun alqı-satqısı olmuşdur. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X2 istifadəsində olduğu üçün faktiki olaraq dövlət mülkiyyətində olan 5,0 ha torpaq sahəsindən 2.5 ha hissəsi üzərində icarə« hüququ sizin adınıza özgəninkiləşdirilmişdir. Bu səbəbdən də daşınmaz əmlakın dövlət reyestrində sizin adınıza **********60 reyestr nömrəli Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən, dövlət mülkiyyətində olan 2,5 ha torpaq sahəsi üzərində icarə hüququna dair çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş : -xx.xx.2008-ci il tarixli AN-0144255 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə satıcı X4 adından etibarnamə əsasən çıxış edən X9 alıcı İddiaçı 2,5 ha torpaq sahəsinin satılması barəsindədir. - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin mart 2008-ci il tarixli sərəncamlarında vətəndaş İddiaçı adı aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində yerləşən torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində X4 istifadə hüquqları dövlət qeydiyyata alınmışdır. - JN-9161 KOD 30800001 seriyalı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, həmin şəhadətnamə ayrılmış Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 072 saylı sərəncamı və xx.xx.2006-cı il tarixli icarə müqaviləsi ilə Abşeron rayonu DEF-na aid torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 99 il müddətinə X5 ayrılmış 5 ha torpaq sahəsi barəsindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, İddiaçı ayrılmış 2,5 ha torpaq sahəsi barəsindədir. - MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu 2 nömrəli savxoz ərazisində yerləşən 2,5 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi imtina məktubunda qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyətinə məxsus dövlət mülkiyyətində olan Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən X2 adına xx.xx.2006-cı il tarixli JN-9161 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” verilmişdir. 1 saylı DNK-nın xx.xx.2008-ci il tarixli, 4Ə/01-181 reyestr nömrəli alqı-satqı müqaviləsində yanlışlıqla “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə’yə əsasən torpaq sahəsinin alqı-satqısı qeyd olunsa da, faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə hüququnun alqı-satqısı olmuşdur. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X2 istifadəsində olduğu üçün faktiki olaraq dövlət mülkiyyətində olan 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2.5 ha hissəsi üzərində icarə hüququ İddiaçı adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində yerləşən dövlət mülkiyyətində olan 2,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququna dair **********60 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. -Məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən tqdim edilmiş notariat işindən görünür ki, Abşeron rayonu 1 saylı dövlət notariat ofisində 04 fevral 2008-ci il tarixdə 4Ə/01-181 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə alqı-satqı müqaviləsi adlandırılmış, məznununda isə 2.5 ha torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.3+-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 17 mart 2006-cı il tarixli 072 npmrəli sərəncamı və eyni tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu X11 aid torpaq sahəsindən 5.0 ha torpaq sahəsi X3 icarəyə verilmişdir. Bununla bağlı onun adına 05 aprel 2006-cı il tarixdə JN-9161 kod 30800001 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. 04 fevral 2008-ci il tarixdə Z.Müitayizadənin adından etibarnamə əsasında çıxış edən X9 5.0 ha torpaq sahəsinin 2.5 ha hissəsini İddiaçı istifadəsinə vermişdir. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi müqavilədə “alıcının mülkiyyətinə verir” qeyd edilmişdir. Lakin Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş notariat işində müqavilənin həmin bəndində “mülkiyətinə” sözü “istifadəsinə” sözünə düzəldilmiş və müqavilənin arxa hissəsində ““istifadəsinə verir” düzəlişinə inanılsın” qeyd edilərək notariat kontorunun əlavə möhürü vurulmuşdur. Belə olan halda iddiaçının sözügedən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə eməsi halı öz təsdiqini tapmamış olur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestri orqanı həmin torpaq sahəsinə onun icarə hüququnu xx.xx.2008-ci il tarixdə qeydə almış və müvafiq çıxarış vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqan düzgün olaraq təqdim edilmiş müqaviləni icarə hüququnun alqı-satqı müqaviləsi kimi qiymətləndirərək müvafiq çıxarışı vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, torpağın əvvəlki icarəçisi Z.Müştayidzadə torpağın mülkiyyətçisi olmadığına, yəni onun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmadığına görə o, istəsə belə, həmin torpaq sahəsi ilə bağlı alqı-satql müqaviləsi bağlaya bilməzdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsinə qarşı 04 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Abşeron rayonu 2 nömrəli savxoz ərazisində yerləşən 2,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəiyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1142/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1142/2024
19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver