Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1144/2020 05.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “inzibati orqanın hərəkətlərini qanunsuz hesab etməklə iddiaçının hərbi xidmətdən azad olunmasına dair Əmrin ləğv edilməsi və Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cü maddəsinə əsasən xidmətdən azad olunması barədə yeni əmrin verilməsi və həmin əmrin bir nüsxəsinin iddiaçıya təqdim edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “inzibati orqanın hərəkətlərini qanunsuz hesab etməklə iddiaçının hərbi xidmətdən azad olunmasına dair Əmrin ləğv edilməsi və Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə əsasən xidmətdən azad olunması barədə yeni əmrin verilməsi və həmin əmrin bir nüsxəsinin iddiaçıya təqdim edilməsinə” dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-449/2020 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə bağlanılmış kontrakt müqaviləsinə əsasən xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədəx DSX-nin Sərhəd Qoşunları Xidmətinin Astara Nəzarət-Buraxılış Məntəqdəsində pasport nəzrətçisi və qeydiyyatçısı vəzifəsində xidmət etmişdir. xx xxxx 2019-cu il tarixdə cavabdeh Dövlət Sərhəd Xidmətinə ərizə verib öz xahişi ilə işdən azad olunmuşdur. Bildirir ki, cavabdeh inzibati orqan işə qəbul olunduğu gündən iddiaçının hüquqularını həmişə pozmuş , kontrakt müqaviləsinin bir nüsxəsini ona təqdim edilməmişdir, müqavilə üzrə hansı hüququ və vəzifələrə malik olduğu barədə məlumat verilməmişdir, xidmət etdiyi zaman hüquqları daimə pozulmuşdur, qanunla müəyyən olunmuş iş normalarından artıq gecə və gündüz qanunsuz olaraq xidmətə cəlb olunmuş və artıq işlədiyi saatların pulları iddiaçıya kompensasiya edilməmişdir. Cavabdeh iddiaçının qanunda, habelə kontrak müqaviləsində göstərilən hüquqlarını pozduğu üçün ərizə yazıb könüllü olaraq işdən çıxmış və cavabdeh buna etiraz etməmişdir. Lakin, ximətdən azad olunduqdan sonra da cavabdeh iddiaçının hüquqlarını pozmağı davam etmişdir, işdən azad olumağına dair Əmrin (Sərəncamın) surəti ona təqdim etməkdən imtina etmişdir , işdən hansı əsasla azad olunmağı barədə Əmrdə olan qeydlər barədə iddiaçıya məlumat verilməmişdir , bundan xəbəri olmamış, xidmət etdiyi müddət üçün qeydlərin əmək kitabçasına daxil edilib-edilməməsindən məlumatı yoxdur. Yaxın zamanlarda başqa bir dövlət qurumuna işə düzəlmək istərkən barəsində yoxlama aparılmış və müəyyən edilmişdir: cavabdeh tərəfindən idarələrarası internet sistemin məlumat bazasında qeyd edilmişdir ki, iddiaçı xidməti vəzifəsinə uyğun olmadığı üçün işdən xaric edilmişdir. İddiaçı dəfələrlə cavabdeh inzibati orqana müraciət edib, Əmrin surətini tələb etmişdir- imtina ediblər ki bu məxfi sənəddir, xahiş etmişdir ki barəsində qeyd edilən yanlış məlumatları Əmrdən və baza sistemindən xaric etsinlər və heçbir cavab verməmişlər. Bundan sonra iddiaçı vəkilə müraciət etmiş və sonuncu cavabdehə rəsmi vəkil sorğusu göndərib Əmrin surətinin təqdim edilməsini xahiş etmişdir, habelə həmin əmrdə olan yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən vəkilin sorğusuna da heç bir cavab verilməmişdir. Bunun səbəbini öyrənmək istəyən cavabdehin nümayəndələri telefon vasitəsitəsi ilə vəkilinə bildirmişlər ki, barəsində olan sənədlər məxfi sənədlər olduğu üçün onları təqdim edə bilmirlər, lakin şifahi olaraq məlumat vermişlər ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında “ Azərbaycan Respublikası Qanunun 41.0.6 maddəsi ilə xidmətə uyğun gəlmədiyi əsalarla işdən xaric edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında “ Azərbaycan Respublikası Qanunun 41.1 ci maddəsində qeyd edilmişdir: Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61 -ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. İddiaçı bildirir ki, o, cavabdeh ilə hərbi kontrakt üzrə müddətdən artıq gizir rütbəsində xidmət etmişdir. Xidmətdən azad olunmağının səbəbi onunla bağlanmış müqavilənin ləğv edilməsi olmuşdur. Həmin müqavilə iddiaçının yazdığı ərizə üzrə ləğv edilmişdir və cavabdeh müqavilənin ləğv edilməsinə öz razılıq vermişdir. Göründüyü kimi xidməti uyğunsuzluğa görə iddiaçının işdən azad olunmağı üçün hec bir qanuni əsas olmamışıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına dəvət olunsa da məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi iddiaya yazılı münasibətində bildirmişdir ki, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı DSX rəisinin müvafiq əmrinə əsasən xx xxxxxx 2018-ci il tarixdə Sərhəd Nəzarətinin nəzdində 3 (üç) ay müddətinə təşkil olunmuş «Nəzarətçi heyətinin hazırlanması kursu»na cəlb olunmuşdur. xx xxx 2018-ci il tarixdə kursu bitirdikdən sonra «Astara» sərhəd nəzarət məntəqəsinin 1-ci bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı «Astara» sərhəd nəzarət məntəqəsində xidmət etdiyi müddətdə Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə müraciət etmişdir. Müraciəti ilə əlaqədar İddiaçı ilə izahedici söhbət aparılmış, söhbət zamanı onun xidməti fəaliyyəti təhlil edilmiş, şikayət və təklifləri dinlənilmiş, ona qalıb xidmətini davam etdirməsi təklif olunmasına baxmayaraq İddiaçı xx.xx.2019-cu il tarixdə R-2789 nömrəli raportla yazılı müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını, buraxılacağı təqdirdə isə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsinə ehtiyacı olmadığını və şəxsi iş materiallarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə göndərilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı Sərhəd Nəzarəti rəisinin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Sabiq hərbi qulluqçu İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra Dövlət Sərhəd Xidmətinə qarşı «əmrin ləğv edilməsi» və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) yeni əmrin verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə 5 (beş) il müddətinə gizir qismində Dövlət Sərhəd Xidmətində xidmət edəcəyinə dair yazılı öhdəlik və bağlaşma imzalayaraq həqiqi hərbi xidmətə qəbul edilmişdir. «Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 21 nömrəli qərarının 1 (bir) nömrəli əlavəsinin 4-cü bəndinə (bağlaşmanın müddətinin bitməsinə ən azı 3 ay qalmış tərəflər yeni bağlaşmanın imzalanmasına və ya bağlaşmanın bitməsinə dair qarşılıqlı olaraq bir-birini məlumatlandırmağı öhdəsinə götürürlər) müvafiq olaraq bağlaşmanı imzalayan tərəflər qarşısında öhdəlik qoyulmasına, həmçinin bağlaşma üzrə öhdəlik müddətinin xx.xx.2023-cü ildə bitməsinə baxmayaraq hərbi qulluqçu «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidmətə uyğunsuzluğa görə) maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş olsa da onun müraciəti iddiaçının hazırki iddia tələbi ilə bağlı olmamış, işdən azad olunmasına dair ətraflı arayış verilməsi və işdən azad olunması barədə əmrin surətinin həmin arayışa əlavə edilməsinə dair olmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Lakin hazırki iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, həmin əmrin verilməsindən sonra iddiaçının bundan xəbərdar olmuş, daha sonra isə ehtiyyata buraxılmışdır Buna baxmayaraq o, sözügedən əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə xx xxxxxxx 2019cu il tarixdə məhkəmədə iddia qaldırmışdır. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclaslarına çağırılsa da gəlməmiş, məkhəməyə hərhansı sənəd təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1144/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1144/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver