Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1145/2022 23.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Xaçmaz bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.) “torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı “xx.xx.2006-cı il tarixli, 03 saylı Xaçmaz bələdiyyəsinin protokolundan çıxarışında İddiaçı Qadir oğlunun İddiaçı kimi düzəldilməsi öhdəliyinin Xaçmaz bələdiyyəsinin üzərinə qoyulması, xx.xx.2006-cı il tarixli, 03 saylı Xaçmaz bələdiyyəsinin qərarında və protokollarının alqı-satqısına dair aktda hüquqmüəyyənedici sənəddə adı, soyadı və atasının adı düzgün olduğundan torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına, Azərbaycan Respublikası İMP-nin tələblərinə müvafiq olaraq 200 manat prosessual xərclərinin cavabdeh təşkilatlardan alınaraq ona ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, 24 mart 2006-cı il tarixli, 03 saylı Xaçmaz şəhər bələdiyyəsinin qərarına və torpaq alqı-satqısına dair Akta əsasən Xaçmaz bələdiyyəsinin (şəhərinin) ərazisindən 500 (beş yüz) kv.m. torpaq sahəsi satınalmaya əsasən iddiaçıya ayrılmışdır. Hər iki hüquqmüəyyənedici sənəddə iddiaçının adı Vüqar, soyadı Siqbətov ata adı Vaqif olaraq düzgün qeyd olunmuşdur. Lakin 24 mart 2006-cı il tarixli Xaçmaz bələdiyyəsinin protokolundan çıxarışda atasının adı səhvən siyahıda Qadir kimi qeyd olunmuşdur. İddiaçı bu səhvin aradan qaldırılması üçün 6 aydan yuxarıdır ki, Xaçmaz bələdiyyəsinə, Xaçmaz rayon məhkəməsinə və Sumqayıt şəhər İnzibati Məhkəməsinə müraciət etmişdir. Məsələyə düzgünlük gətirən tapılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndidə göstərilmişdir: Azərbaycan Respublikası MPM-nin 307.2,5-ci maddəsində nəzərdə tutulmuş faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedicİ sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir. Birinci: Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, alasının adı və ya soyadı ilə düz gəlməmişdir, (üst-üstə düşməmişdir). İkinci: Həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Üçüncüsü Məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasını bildirməlidir. İddiaçının hüquqmüəyyənedici sənəddə, yəni Xaçmaz bələdiyyəsinin torpağın alqısatqısı aktında, torpağın ona verilməsi Qərarında adı, soyadı və ata adı düzgündür. O ki, qaldı Xaçmaz bələdiyyəsinin protokolundan çıxarış hüquqmüəyyənedici sənəd deyil. İddiaçı da Xaçmaz bələdiyyəsinə müraciət edərək protokoldan çıxarışdakı səhvi düzəltmişdir. Xaçmaz rayon Mərkəzi Arxivinə təqdim etsin. Çünki bu onun səlahiyyətinə aid deyildir. xx.xx.2021-ci il tarixli Xaçmaz bələdiyyəsindən alınan cavab məktubunda bildirilir ki, X1 Xaçmaz bələdiyyəsinin İddiaçı Qadir oğlu kimi yazılmasının səhv olub-olmamasını müəyyənləşdirib düzəliş aparılması bələdiyyənin səlahiyyətinə aid deyildir. Bu məktubdan görünür ki, Xaçmaz bələdiyyəsi öz səlahiyyətlərini hüquq və vəzifələrini bilmir. Bundan əlavə iddiaçı hüquqmüəyyənedici sənədləri ilə birlikdə məktubla torpaq üzərində mülkiyyət hüquqlarının tanınması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin xx.xx.2021-ci il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsi öz məktubunda bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi 0,05 ha torpaq sahəsinə dair Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarında ata adı Vaqif kimi qeyd olunsa da, ərizəyə əlavə olunmuş Xaçmaz rayon dövlət arxivinin xx.xx.2021-ci il tarixli 676 №-li Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli. 03 saylı protokolundan arxiv çıxarışında Qadir kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Bununla bağla məhkəməyə müraciət elməyiniz tövsiyə olunur. Göründüyü kimi həm Xaçmaz bələdiyyəsi, həm də 5 saylı Xaçmaz Ərazi İdarəsi öz səlahiyyətləri daxilində iddiaçı problemli məsələni həll etməkdən qanunsuz olaraq imtina ediblər. Hesab edir ki, ata adının Qadir kimi deyil, Vaqif kimi düzəliş edilməsi və torpaq üzərində mülkiyyət hüquqlarının tanınması öhdəliyi hər iki cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı protokolundan çıxarışda İddiaçı kimi düzəliş edilərək və Xaçmaz bələdiyyəsinin qərarında və torpağın alqı-satqı aktında soyadının və ata adının düzgün olaraq yazılmış olmasını nəzərə alaraq torpaq üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xaçmaz bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir . Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Xaçmaz şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021 -ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********81 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: " təqdim etdiyiniz sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.05 ha torpaq sahəsinə dair Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarında sizin ata adınız "Vaqif' kimi qeyd olunsa da, ərizənizə əlavə olunmuş Xaçmaz rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 676 nömrəli Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı protokolundan arxiv çıxarışında "Qadir"— kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Məlumat üçün bildirirlər ki, qeyd olunmuş hüquq sahibinin ata adında yaranmış uyğunsuzluğun aradan qaldırması və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bildirirlər ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin nümayəndəsi X5 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçının qonşularla heç bir mübahisəsi yoxdur, torpaq sahəsində ev tikib yaşayır. Sənədləri qaydasındadır. Sadəcə protokolda ata adı texniki olaraq səhv qeyd edilmişdir. Bununla bağlı araşdırma aprmış akt tərtib edərək məhkəməyə təqdim etmişdirlər. İddianın təmin olunmasına bələdiyyənin heç bir etirazları yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı protokolundan çıxarışda İddiaçı kimi düzəliş edilərək və Xaçmaz bələdiyyəsinin qərəarında və torpağın alqı-satqı aktında soyadının və ata adının düzgün olaraq yazılmış olmasını nəzərə alaraq torpaq üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınaraq çıxarış verilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, Müraciətə xx.xx.2021-ci il tarixli, **********81 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: " təqdim etdiyiniz sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.05 ha torpaq sahəsinə dair Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarında sizin ata adınız "Vaqif' kimi qeyd olunsa da, ərizənizə əlavə olunmuş Xaçmaz rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 676 nömrəli Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı protokolundan arxiv çıxarışında "Qadir" kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan zəruri araşdırmalar aparmadan əsassız olaraq imtina etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Xaçmaz bələdiyyəsinin 24 mart 2006-cı il tarixli, 03 saylı qərarı ilə Xaçmaz bələdiyyəsinin (şəhərinin) ərazisindən 500 (beş yüz) kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış, 23 may 2006-ci il tarixdə torpaq sahəsinin alqı-satqı aktı tərtib edilmişdir. Hər iki hüquqmüəyyənedici sənəddə iddiaçının adı Vüqar, soyadı Siqbətov ata adı Vaqif olaraq düzgün qeyd olunmuşdur. Lakin 24 mart 2006-cı il tarixli Xaçmaz bələdiyyəsinin protokolundan çıxarışda atasının adı səhvən siyahıda Qadir kimi qeyd olunmuşdur. Bununla bağlı Xaçmaz bələdiyyəsi tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və Xaçmaz bələdiyyəsi tərəfindən 13 may 2022-ci il tarixdə təsdiq edilmiş aktda qeyd edilmişdir ki, Xaçmaz şəhəri 39-cu kvartal adlanan yeni yaşayış massivində sonradan Qafur Məmmədov küçəsi adlandırılan küçədə hal-hazırda həqiqətən İddiaçı faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsi 3 tərəfdən mişar daşı, 4-cü tərəfdən isə çəpər qonşusu arasındakı torpaqla dəmir torla hasara alınmış, içərisində İddiaçı ifadəsinə görə ! 5 il bundan əvvəl inşa edilmiş, uzunu 16 m, eni 10 m olmaqla, (10x16) 160 m -dən ibarət 4 otaqlı 1 mərtəbəli yaşayış evi mövcuddur. Binaya qaz, elektrik xətti çəkilmiş, İddiaçı ailəsi ilə birlikdə faktiki olaraq həmin ünvanda yaşayır. Son 10 ildən artıqdır ki, elektrik enerjisi və qazdan istifadə etdikləri həcmdə qaz və işıq pult ödəyirlər. Bu ödənişlərlə əlaqədar olaraq, Azəriqaz. və Azərişıq tərəfindər İddiaçı təqdim edilmiş qaza görə abunə kodı 2 1 i **********00, 26211 26000 i 0 i 40 sayğac № 211 ******* və işığ görə abunə kodu **********000 və sayğac № 18772187 6840 bildirişləri, həmçinin AR Mərkəzi Bankı- Hökümət Ödəniş portalını mədaxil qəbzi № 892293514; xx.xx.2022 və ədaxil qəbzi 89229351 sənədlərini və Xaçmaz bələdiyyəsinə ödəniş olduğu torpaq və əmlak vergi barədəki 771H2k43XEH hesab kodu akra əlavə edilir. Əlavə olaraq bildirirlər ki, yuxarıda göstərilən ünvandakı torpaq sahəsinə iddia ilə bağlı Xaçmaz bələdiyyəsinə mülkiyyətçi İddiaçı Vac oğlundan başqa heç bir digər vətəndaş tərəfindən ərizə və ya hər hansı bir müraciət daxil olmamışdır. Odur ki, bütün bu əsasların olmasını və Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarının həqiqətən İddiaçı adı, soyadı, ata adının yazılışının doğru olduğunu nəzərə alınmasını xahiş edirlər. Beləliklə məhkəmə araşdırması ilə mübahisə predmeti olan torpaq sahəsinin və onunla bağlı sənədlərin İddiaçı məxsus olması öz təsdiqini tapır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarına əsaən Xaçmaz bələdiyyəsinin ərazisindən İddiaçı ayrılmış 500 (beş yüz) kv.m. torpaq sahəsi üzərində (Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı protokolundan çıxarışda texniki səhvin nəzərə alınaraq, sənədin İddiaçı aid olması əsas götürülməklə) İddiaçı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alaraq müvafiq çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1145/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1145/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver