Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1147/2020 18.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasiyeva Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 18-ci mikr-n, ev 25 mənzil 28-də yaşayan), Cavabdehin nümayəndəsi X6 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Şərifzadə küçəsi, 571 mənzil 51-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cl il tarixədək 173 nömrək X1 mühasib işlədiyi müddətin sosial siğorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cl il tarixədək 173 nömrək X1 mühasib işlədiyi müddətin sosial siğorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cl il tarixədək 173 nömrək X1 mühasib işlədiyi müddətin sosial siğorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin prosessual hüquq varisi qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialı cəlb edilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 173 npmrəli X1 mühasib işləmişdir. Bu barədə onun əmək kitabçasında qeydiyyat aparılmışdır. O, pensiya yaşına çatması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin ona imtina cavabı verilərək bildirilmişdir ki, həmin idarənin arxiv sənədləri aşkar edilmədiyindən ona pensiya təyin edilməsi mümkünsüz olmuşdur. İddiaçı əmək kitabçasında 1983-cü ilə aid qeydlərin latın əlifbası ilə yazılmasın ı onunla izah etdi ki, işə daxil olduğu vaxt əmək kitabçası itmişdir və həmin qeydiyyat sonradan aparılmışdır. İzahatının sonunda iddiaçı iddianın təmin olunması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının müraciəti araşdırılarkən onun sosial sığorta stajının yoxlanmasına zərurət yaranmışdır. Lakin müəssisənin arxiv sənədlərinin olmaması səbəbindən qeyd edilən dövrün yoxlanılması mümkün olmamışdır. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -X3 aid əmək kitabçasından görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək X11-Satış Birliyində mühasib, xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 173 saylı X1 mühasiblik şöbəsində əmək haqqı üzrə kiçik mühasib vəzifəsində işləmişdir. -Ağdaş rayonu Qəsil kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 və X4 xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşlar və sonuncu ərinin soyadını qəbul etmişdir. - DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı ilədək dövrün yoxlanılması mümkün olmadığından ona əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmənin verdiyi sorğulara cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş cavab məktublarından görünür ki,173 saylı X10 İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. 2 saylı Əraz Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında 173 saylı X10 İdarəsi aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun 25 il sığorta stajına malik olması, yəni 1983-2006-cı illərdə 173 saylı X2 işləməsi faktının yoxlanılması mümkün olmamışdır. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı 1983-cü ildə işə qəbul edilsə də, bu barədə qeydiyyat latın əlifbası ilə aparılmışdır. İddiaçı bu halı onunla izah etmişdir ki, işə qəbul olunan vaxt əmək kitabçası itmişdir və qeydiyyat sonradan aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1147/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1147/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver