Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1147/2024 17.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarının qismən və AİK sədri tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0.16 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0.16 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarının qismən və AİK sədri tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0.16 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Göylər kəndi ərazisində 0.16 h a torpaq sahəsi 2000-ci ildən iddiaçının istifadəsindədir. O, həmin orpaq sahəsində müxtəlif ağaclar əkmiş, abadlaşdırmışdır. 2010-cu ildə isə ev tikib ailəsi ilə birlikdə orada yaşamağa baş lamışdır. Torpaq vergisini bələdiyyəyə ödəyir. Uzun illrə Rusiyada yaşayan qardaşı X7 ona qarşı torpaq sahəsindən çıxarmaya və evin sökülməsinə dair iddia qaldırmışdır. Həmin məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, torpsaq saəhsinin plan və ölçü sənədində torpaq sahəsinin Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə X6 ayrılması barədə qeydiyyat aparılmışdır. Həmin qərarın əldə edilməsi üçün sorğular verilsə də, qərarda A.Rəhimovun adının olmması bildirilmişdir. O, plan və ölçü sənədinin ləvğ edilməsinə dair iddia qaldrmışdır, həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, plan və ölçü AİKnın xx.xx.2001-ci il tarixli qərarı və Şamaxı rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.2006-cı ildə təsdiq olunmuş cədvəldir. Bundan sonra o, həmin sənədin mübahisələndiriməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi izah etdi ki, üçüncü şəxsin həqiqətən də aqrar islahatlarının aparılması zamanı RF vətədaşı olması və plan və ölçü sənədini saxtakarlıq yolu ilə əldə etməsi təsdiqləniərsə iddianı qəbul edir. Üçüncü şəxsin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, mübahisəli torpaq sahəsi Şamaxı rayon AİK-nın xx.xx.2001-ci il tarixdə qanunvericiliklə müəyyən edilmiş qaydada X6 ayrılmışdır. A.Rəhimov həmin vaxt Rusiya vətəndaşı olmamış və torpaq sahəsinin ona ayrılması üçün hər hansı məhdudiyyət olmamışdır. İddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququa malik olmadığından iddia mümkün sayılmamalıdır. Bundan başqa iddiaçının həmin torpaq sahəsinə saxtakarlıq yolu ilə yeni plan və ölçü sənədi alması Şamaxı RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqni tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən edildi ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarma tələbinə dair iddiası üzrə mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Bundan başqa İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair iddinı xx.xx.2023-cü il tarixdə iddia qaldırmışdır. Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı öz izahatında mübahisəli torpaq sahəsinə dair sənədlərin qardaşı X3 adına verildiyini 2001-ci ildən bilmişdir. Lakin sonradan mərhum dayısı ona da sənəd düzəldəcəyinə vəd vermişdir. Bütün bunlar iddiaçının hazırda mübahisələndirdiyi aqrar islahat komissiyasının qərarından həmin vaxtdan xəbərdar olduğunu təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bundan başqa məhkəmə iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığını nəzərə alaraq hesab edir ki, torpaq sahəsi onun faktiki istifadəsində olsa da, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, həm iddiaçının subyektiv hüquqa malik olmaması, həm də iddia müddətini ötürülməsi qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarının qismən və AİK sədri tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0.16 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarının qismən və AİK sədri tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0.16 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1147/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1147/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver