Məhkəmə qərarları › İş №2-1(118)-1148/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1148/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1148/2020 10.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı xx xxxxx 2020-ci il tarixli 45499/20/37 saylı icraata başlamaq haqqında qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən Sumqayıt İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X2 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx xxxxx 2020-ci il tarixli 45499/20/37 saylı icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə hazırlıq hərəkətlərinin edilməsi üçün məhkəmə iclası dəfələrlə təyin edilməsinə və iddiaçıların məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Halbuki, iddiaçılara məhkəmə bildirişi göndərilərkən məhkəmə iclasına üzürlü səbəb olmadan gəlməməyin nəticələri və Azərbaycan Repsublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mahiyyəti ayrıca izah edilmişdir. Məhkəmə iddiaçıların 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayındıqlarını nəzərə alaraq hesab edir ki, onlar inzibati məhkəmə icraatında maraqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. «X3 şikayətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilir ki, İnzibati-İqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericiliklə nəzərdə tutulmaması, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bundan başqa “Məhəmməd Məmmədovun şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və X1 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı xx xxxxx 2020-ci il tarixli 45499/20/37 saylı icraata başlamaq haqqında qərarın ləğv edilməsi tələbinə dair iddiası geri götürülmüş sayılmalı və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80-ci və 81.1ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və X1 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı xx xxxxx 2020-ci il tarixli 45499/20/37 saylı icraata başlamaq haqqında qərarın ləğv edilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar