Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1152/2020 13.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı1, İddiaçı2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4rşı “cavabdeh vəzifəli şəxslərin hüquqa zidd hərəkətlərinin aradan qaldırılması, xx.xx.2020-ci il tarixli imtanasının qanunsuz hesab edilməsi və Dövlət Aktı ilə mülkiyyətində olan 1.91 ha torpaq sahəsinə çıxarışın hazırlanmasının cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Dövlət Aktı ilə mülkiyyətində olan 1.91 ha torpaq sahəsinə çıxarışın hazırlanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********67 saylı cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu X1 1997-ci il 15 avqust tarixli 08 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN00xx xxx 30323018 nömrəli xx xxx 1999-cu il tarixli Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılara 1.91 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Yeni tipli mülkiyyət sənədinin hazırlanması üçün 5 saylı X7 müraciətlər etmiş, lakin torpaq sahəsinə dair Çıxarışın hazırlanmasından xx.xx.2020-ci il tarixli **********67 nömrəli məktubla ərizənin icrasından imtina olunmuşdur. xx xxxx 2020-ci il tarixdə yenidən Asan Xidmət Mərkəzində fəaliyyət göstərən cavabdeh orqanın vəzifəli şəxslərinə təkrar müraciət etmək məcburiyyətində qalsalar da sənədlərinin qəbulundan imtina olunmuşdur. Belə ki, mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1997-ci ildən iddiaçıların mülkiyyətində olmaqla istifadə edilir. xx.xx.2020-ci il tarixli cavabdan məlum olur ki, cavabdeh orqan əsli arxivdə saxlanılan Dövlət Aktı ilə elektron məlumat bazasında mülkiyyətlərində olan torpaq sahəsinin 41B nömrə ilə göstərilən torpaq sahəsinə dair Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə dəyişiklik aparmış, saxta məlumatlarla iddiaçılara məlum olmayan digər Şəxsin adına çıxarış hazırlamaqla rəsmi sənədlərə yalan məlumat daxil edərək onlara məxsus olan torpaq sahəsinin bir hissəsini satmışdır. Beləliklə imtinaya səbəb cavabdeh orqanın AR Cinayət Məcəlləsinin 191-ci məddəsi ilə təvsir olunan cinəyət əməli olması səbəbindən imtina olunması öz təsdiqini tapır. Ona görə də hesab edirlər ki, AR CM-nin 191-ci maddəsində müəyyən olunan əsaslar olduğundan məhkəmə onların pozulmuş mülkiyyət hüquqlarını bərpa etməklə yanaşı mülkiyyətlərində olan torpaq sahəsi barədə "Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma "Maddə 191. Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı (Çıxarış hazırlanmasına görə) AR MPMnin 265-ci maddəsinə əsasən xüsusi qərardad qəbul etməklə cinayət məsuliyyətinə cəlb olunması təmin edilməlidir. Göstərilən səbəblərdən Cavabdeh orqanın imtinasını qanunsuz hesab edərək Məhkəməyə müraciət etməli olmuşdurlar. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin 1 hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Bizim müraciətimiz Qanunun 3.0.4-cü maddəsinin tələbinə əsasən əsas ərizə - hüquq və azadlıqlarımızın həyata keçirilməsi ilə bağlı olan və 3.0.5-ci maddəsinə əsasən hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı müraciətdir. Qanunun 4-cü maddəsinə əsasən Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri müəyyən olunub, qanunçuluq; vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması və sair... Qanunun 7-ci maddəsinə əsasən Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Qanunun 7.14-cü maddəsinə əsasən Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. AR Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin , hüquqları qanunla qorunur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyətindən məhrum edilə bilməz. Beləliklə cavabdeh orqanın vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında AR Qanunun 5-ci maddəsinin tələblərini və AR Konstitusiyasının 57-ci maddəsində göstərilən hüquqlarımızı kobud surətdə pozmuşdur. Qanunun 5-ci maddəsinə görə Dövlət Hakimiyyəti orqanları ərizə və şikayətləri qəbul etməyə, səlahiyyətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa lazımı tədbirlər görməyə və onlara cavab verməyə borcludur... AR MM-nin 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyəti orqanları..., mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludur. AR İPM-nin 33.1-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasə hesab edirlər ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı, həmçinin, digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirak etmiş və iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Quba rayonu X1 1997-ci il 15 avqust tarixli 08 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN00xx xxx 30323018 nömrəli xx xxx 1999-cu il tarixli Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılara 1.91 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Daha sonra bu torpaq sahəsinə başqa şəxslər çıxarış almış, torpaq sahəsi bu şəxslər tərəfindən hasara alınmışdır. Cavabdehin iddiaya qarşı etirazında bildirilmişdir ki, Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN-00xx xxx 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’nda 41B nömrə ilə göstərilən torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bildiririk ki, faktiki istifadə edilən həmin torpaq sahəsi 5 saylı X6 elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” İlqar oğlunun ərizələrin icrasından xx.xx.2020-ci il tarixli, **********67 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununur 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2.daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi iddia ərizəsində göstərilən JN-00xx xxx 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda 41B nömrə ilə göstərilən torpaq sahəsinin sərhədləri hüquq sahibi tərəfindən təyin edilməmiş və faktiki istifadə edilən həmin torpaq sahəsi 5 saylı X6 elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 nümayəndəsi X5 iştirak etmiş, iddiaya etirazı müdafiyə etmiş və əlavə olaraq, bildirmişdir ki, faktiki istifadə edilən torpaq sahəsi 5 saylı X6 elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin X8 və Fərzəliyev Müsənniş adlı şəxslərin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qərarın təsviri hissəsində qeyd olunanlardan göründüyü kimi JN-00xx xxx 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları dəqiq göstərilməmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin dövlət reyestrindən çıxarış əsasında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyi müəyyən edilmişdir və torpaqdan faktiki istifadə ilə bağlı mübahisə vardır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı işdədə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı bəyan olunan hüquqlarla dövlət reystrində saxlanan məlumatlar arasında ziddiyət olduğuna görə inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1152/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1152/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver