Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1152/2024 30.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “cavabdehin **-KL-*** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı ona təyin etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı inzibati cərimə qərarı (protokolu) və ASAN PAY tərəfindən mobil telefonuna göndərilən mesajlarda qeyd olunan EQ 13915425, EQ 16801097 və EQ ******* saylı protokollar barədə qanunvericiliyin tələbinə uyğun olaraq məlumatlandırılmağı və həmin sənədlərin surətləri ona təqdim edilmədiyi üçün qüvvəsini itirdiklərinə görə cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi, avtomobilin texniki baxışdan keçirilməsi və cavabdehin üzərinə yuxarıda göstərilən inzibati tənbeh protokollarının icrası ilə əlaqədar inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən – avtomobil üzərində hüquqları hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyinin qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən xeyrinə 1000 azn tutulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “cavabdehin **-KL-*** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı ona təyin etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı protokol inzibati cərimə qərarı (protokolunu) barədə qanunvericiliyin tələbinə uyğun olaraq məlumatlandırılmağı və qərarın (protokolun) surəti ona təqdim edilmədiyi üçün qanuni qüvvəsini itirdiyinə görə cavabdehin üzərinə həmin məlumatın uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdam keçirilməsi öhdəliyinin, cavabdehin üzərinə bu inzibati tənbeh protokolunun icrası ilə əlaqədar inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən çəkinmək öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdehin **-KL-*** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı ona təyin etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı inzibati cərimə qərarı (protokolu) və ASAN PAY tərəfindən mobil telefonuna göndərilən mesajlarda qeyd olunan EQ 13915425, EQ 16801097 və EQ ******* saylı protokollar barədə qanunvericiliyin tələbinə uyğun olaraq məlumatlandırılmadığı və həmin sənədlərin surətləri ona təqdim edilmədiyi üçün qüvvəsini itirdiklərinə görə cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi, avtomobilin texniki baxışdan keçirilməsi və cavabdehin üzərinə yuxarıda göstərilən inzibati tənbeh protokollarının icrası ilə əlaqədar inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən – avtomobil üzərində hüquqları hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyinin qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən xeyrinə 1000 azn tutulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4672/2023 saylı, xx.xx.2023-c il tarixli qərardadı ilə 1 saylı rayonlararası Qeydiyyat-İmtahan və X2 zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mobil nömrəsinə ASAN PAY Xidmətindən EQ 13915425 saylı protokolun xx.xx.2023-cü il tarixində icra qüvvəsinə minməsinə dair məlumat daxil olmuşdur. Lakin qeyd olunan protokola dair cavabdeh orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən hər hansl başqa məlumat və ya sənəd daxil olmamışdır. İddiaçı 17 aprel 2023-cü il tarixində cavabdehin email ünvanına inzibati tənbeh vermə haqqlnda qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair məktub ünvanlamışdır. 19 aprel 2023-cü il tarixində iddiaçı həmin məktubu cavabdehə poçt vasitəsilə də göndərmişdir. 10 may 2023-cü il tarixdə email ünvanıma BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyevin imzası ilə göndərilən 10 may 2023-cü il tarixli, 3-13-16-2-Ə-52xx/xx/2023 N-li məktubla ona bildirmişdir ki, onun bu quruma ünvanladığı 10 may 2023-cü il tarixli şikayəti araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. 01 iyun 2023-cü il tarixdə mobil nömrəsinə daha bir məlumat daxil olmuşdur. Həmin məlumatda iddiaçının EQ13915425 saylı protokol üzrə Azerbaycan Respublikası İnzibati Xetalar Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edildiyi qeyd edilmişdir. 9. 17 aprel 2023-cü il tarixdə şikayət ünvanladığı, 3 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də ona baxıb qərar verməyən BDYPİ 17 iyul 2023-cü il tarixdə ASAN Xidmət vasitəsilə ona yenidən məktub ünvanlamışdır. İddiaçı 27 iyul 2022-ci ildə ** KL *** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin texniki baxışdan keçirilməsi məqsədilə BDYPİ-nin Sumqayıtda yerləşən 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X1 müraciət etmişdir. Lakin Şöbənin əməkdaşları ona bildirmişdirlər ki, BDYPİ-nin uyğun informasiya sistemində ödənilməmiş cərimə barədə məlumat olduğu üçün avtomobili texniki baxışdan keçirmək mümkün deyil. İddiaçı 27 iyul 2023-cü il tarixdə təkrar olaraq BDYPİ-yə (surəti BDYPİ-nin 1 saylı Rayonlararası Qeydiyyat- İmtahan və X1) Qanunvericiliyin tələblərinin pozulması ilə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi, cərimə barədə məlumatın informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi barədə şikayətlə müraciət etmişdir. 23 may 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə Qanunvericiliyin tələblərinin pozulması ilə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə şikayətlə müraciət etmişdir və məhkəmədən BDYPİ-nin inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında EQ 13915425 nömrəli, xx.xx.2023-cü tarixli protokolunu (qərarını) ləğv etməyi və və iş üzrə icraata xitam verməsini xahiş etmişdir. Həmin işlə bağlı onun şikayəti təmin edilmiş, məhkəmənin qərarı qanuni qüvvəsini almışdır. Hesab edir ki, cavabdehin **-KL-*** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı ona təyin etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı inzibati cərimə qərarı (protokolu) və ASAN PAY tərəfindən mobil telefonuna göndərilən mesajlarda qeyd olunan EQ 13915425, EQ 16801097 və EQ ******* saylı protokollar barədə qanunvericiliyin tələbinə uyğun olaraq məlumatlandırılmağı və həmin sənədlərin surətləri ona təqdim edilmədiyi üçün qüvvəsini itirdiklərinə görə cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi və cavabdehin üzərinə yuxarıda göstərilən inzibati tənbeh protokollarının icrası ilə əlaqədar inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən – avtomobil üzərində hüquqları hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyi qoyulmalı, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən xeyrinə 1000 azn tutulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: cavabdeh orqanın iddiaçıya ünvanladığı 10 may 2023-cü il tarixli məktub; cavabdeh orqanın 07 noyabr 2023-cü il, 07 dekabr 2023-cü il və 28 fevral 2024-cü il tarixli məkhəmə sorğusuna cavab məktubları; Abşeron rayon Məhkəməsinin 3(012)-1453/2023 saylı, 13 fevral 2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubu və digər sənədlər daxildirlər.
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1)subyektiv hüququnun olub-olmamasını, 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan istifadə etdiyi avtomobilin texniki baxışdan keçirilməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi və Baş X4 İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X2 iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq İdarə və həmin idarənin nəzdində fəaliyyət göstərən ayrıca inzibati orqan funksiyasının həyata keçirən şöbəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı müvafiq orqanlara müraciət etmiş, lakin onun müraciətləri inzibati orqanlar tərəfindən cavablandırılmamışdır. Belə olan təqdirdə iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı iddia olduğundan, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin № Q6-001-12 saylı, 16 may 2012-ci il tarixli Qərarının 1.1-ci bəndinə əsasən bu Təlimat Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında”, “Polis haqqında”, “Nəqliyyat haqqında” və digər qanunlarına, Nazirlər Kabinetinin 15.03.99-cu il tarixli 40 №-li, xx.xx.2000-ci il tarixli 110 №-li Qərarlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsilə bağlı digər normativ hüquqi aktlara uyğun hazırlanaraq X3 (bundan sonra DYP) tərəfindən mexaniki nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət fəaliyyətini tənzimləyir. Qanunun 3.1-ci bəndinə görə nəqliyyat vasitələrinə və qoşqulara dövlət texniki baxışı Azərbaycan Respublikası DİN BDYPİ-nin ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələri, müayinə mərkəzləri tərəfindən keçirilir. Texniki baxışın keçirilməsində vətəndaşların rahatlığının təmin olunması məqsədi ilə nəqliyyat vasitəsi qeydiyyat yerindən asılı olmayaraq vətəndaşın müraciətinə əsasən istənilən regional qeydiyyat-imtahan və X2ndə və ya BDYPİ-nin Müayinə Mərkəzində texniki baxışa təqdim oluna bilər. Qanunun 3.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 3.2.1. texniki baxışın keçirilməsi üçün İnternet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi; 3.2.2. texniki baxışın iş vaxtı ərzində fasiləsiz olaraq keçirilməsi; 3.2.3. texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə, xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi; 3.2.4. dövlət rüsumunun, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimənin, yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi; 3.2.4-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması; 3.2.5. növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi. Hazıki iş üzrə Abşeron rayon Məhkəməsinin 3(012)-1152/2024 saylı, 15 noyabr 2023-cü il tarixli qərarının qanuni qüvvəsini alması məhkəmə sorğusu ilə müəyyən edilmişdir. Belə olan halda isə cavabdehin hərəkətləri yuxarıda sadalanan qanunvericilik normalarına zidd olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin Vİ- İ hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı dövlət rüsumunun, bu Qanunun 30-cu maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan inzibati cərimənin, yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi təmin edilməlidir. Həmin Qanunun 30-cu maddəsinin Vİİİ-ci hissəsinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının sahibliyində olan nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi ilə bağlı elektron qaydada tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə cərimələrin ödənilməməsi səbəbindən BDYPİ tərəfindən qeyd olunanan nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina olunmuşdur. İddiaçı tərəfindən qeyd olunan inzibati xəta haqqında protokollar mübahisələndirilmiş və Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il qərarı ilə cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı 13915425 saylı və xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16801097 saylı inzibati cərimə barədə protokollar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddia tələbinin mənəvi ziyan ilə bağlı hissəsini araşdıraraq məhkəmə hesab edir ki, bu hissədə iddi tələbi təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlar ilə əsaslandırır. Mənəvi ziyanla bağlı tələb edilən kompensasiya İPM- nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuşdur və həmin tələbin hüquqi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrində öz əksini tapmışdır. Qeyd olunan Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsi ilə bağlı (mənəvi ziyanla bağlı fiziki və mənəvi iztirabların keçirilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının olmasına baxmayaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə qeyd olunan müddəanın tətbiq edilməsi həyata keçirilə bilməz. Məhkəmə qeyd etməyi zəruri bilir ki, inzibati orqan olan BDYPİ iddiaçının tələbinin yerinə yetirilməməsi üçün hüquqi əsasa söykənmişdir. Başqa sözlə desək avtomobilin texniki baxışdan keçirilməməsi üçün iddiaçının barəsində “yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun mövcud olması “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin Vİ-İ hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi üçün əsas hesab edilir. Başqa sözlə desək İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş cərimə iddiaçı tərəfindən ödənilmiş olsaydı cavabdeh təşkilata qarşı mənəvi ziyanla bağlı tələbə baxılması məqəsədəmüvafiq hesab edilə bilərdi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi sonuncu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, avtomobilin ban nömrəsində aşkar edilmiş qüsur iddiaçının təqsiri üzündən baş vermədiyindən həmin qüsurla təkrar qeydə alınma cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin **-KL-*** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı ona təyin etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı inzibati cərimə qərarı (protokolu) və ASAN PAY tərəfindən mobil telefonuna göndərilən mesajlarda qeyd olunan EQ 13915425, EQ 16801097 və EQ ******* saylı protokolların informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi, qeyd olunan inzibati tənbeh protokollarının icrası ilə əlaqədar avtomobil üzərində hüquqları hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin **-KL-*** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı ona təyin etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı inzibati cərimə qərarı (protokolu) və ASAN PAY tərəfindən mobil telefonuna göndərilən mesajlarda qeyd olunan EQ 13915425, EQ 16801097 və EQ ******* saylı protokolların informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi, qeyd olunan inzibati tənbeh protokollarının icrası ilə əlaqədar avtomobil üzərində hüquqları hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun, iddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva