Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1157/2020 20.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (Quba şəhəri, A.Aslanov küçəsi ev 46-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı X1rşı torpaq sahəsi və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1993-cü il tarixli 26 saylı qərarından çıxarışa əsasən ayrılmış 30 kv m torpaq sahəsi və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun dövlət qeydiyyatlna alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsi DƏDRX-nin 5 saylı X4 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1993-cü il tarixli 26 saylı qərarı ilə xüsusi mağaza tikməkdən ötrü Quba şəhərin 24cü məhəlləsindən 30 kv m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzrəində tikiləcək mağazanın layihəsi təsdiq edilmişdir. 1998-ci ildə mağaza inşa edilmiş və texniki pasport tərtib edilmişdir. Torpaq sahəsi 30 kv m olsa da, iddiaçı tikilini 59 kv m ölçüdə tikmişdir. Mağaza həmin vaxtdan fəaliyyət göstərir. İddiaçı torpaq sahəsi və mağaza üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etdikdə ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtə və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd olunan qeyriyaşayış binasına dair Quba rayon İcra Hakimiyyəti Başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Bununla bağlı imtina cavabı verilmişdir. İş materiallarında olan : - Quba rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1993-cü il tarixli 26 saylı qərarından görünür ki, xüsusi mağaza tikməkdən ötrü şəhərin 24-cü məhəlləsindən 30 kv m torpaq sahəsi İddiaçı ayrılmışdır. -iddiaçı tərəfindən təqdim edilmiş layihədən görünür ki, həmin layihə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən təsdiq edilmişdir. -1998-ci ilin avqust ayında tərtib edilmiş texniki pasportdan görünür ki, Quba rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1993-cü il tarixli 26 saylı qərarı ilə ayrılmış 30 kv m torpaq sahəsi üzərində inşa edilmiş mağazanın ölçüləri 19,4 kv m təşkil edir. -DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02.0.2020-ci il tarixli imtina cavabından görünür ki, iddiaçının ərizəsində qeyd olunan qeyri-yaşayış binasına dair Quba rayon İcra Hakimiyyəti Başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət - DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02.0.2020-ci il tarixli imtina cavabından görünür ki, iddiaçının ərizəsində qeyd olunan qeyri-yaşayış binasına dair Quba rayon İcra Hakimiyyəti Başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Mülki Məcəllənin 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyriyaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyatı üçün əsas kimi müəyyən edilmişdir . Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılsa da, onun tikintisi üçün icazə verilməsi barədə müvafiq sərəncam verilməmişdir. İddiaçı həmin obyektin 1998-ci ildə inşa edildiyi nəzərə alınarsa, həmin dövrdə qüvvədə olan şəhərsalma qanunvericiliyinə görə tikinti üçün icazənin verilməsi və daha sonra tikintinin istismara qəbul edilməsi barədə aktın tərtib olunması tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikilməsinə dair icazə, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə təqdim olunmadığından iddia tələbi qismən, yəni 30 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Quba rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1993-cü il tarixli 26 saylı qərarı ilə ayrılmış 30 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X2 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1157/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1157/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver