Məhkəmə qərarları › İş №2-1(118)-1157/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1157/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1157/2023 29.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 №li sərəncamı ilə "Dəvədabanı" ərazisində fərdi yaşayış evi tikmək üçün verilmiş 500 (beş yüz) kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, İddiaçı Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 №li sərəncamı ilə "Dəvədabanı" ərazisində fərdi yaşayış evi tikmək üçün verilmiş 500 (beş yüz) kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üşün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********72 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi mənzil tikdirmək uçun torpaq sahəsi verilməsi barədə Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinə 12 mart 1995-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Quba rayon icra Hakimiyyəti başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 № li sərəncamı ilə fərdi mənzil tikdirmək uçun İddiaçı fərdi yaşayış evi tikmək üçün şəhərin Dəvəqabanı ərazisində 500 (beş yüz) kv.m. torpaq sahəsi verilmişdir. Ona fərdi yaşayış evi tikmək uçun verilmiş torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 300 № li, 13 avqust 1994-cü il tarixli qərarına əsasən Quba şəhərinin tam inkişaf planına uyğun olaraq fərdi mənzil tikintisi və digər sosial obyektlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə aid olan torpaq sahəsidir. 25 aprel 1995-ci il tarixli, 25 № li Şərəncamı ilə verilmiş torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından Arxiv Arayışı almışdır. Quba rayon İH-ti başçısının Quba şəhri üzrə nümayəndəsinin 25 apreı 1995-ci il tarixli, 25 № li sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün iddiaçıya verilmiş 500 (beş yüz) kv.m. torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsindən ötəri Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik huquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə 02 sentyabr 2022 ci il tarixdə ərizə ilə müraciət etmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 sentyabr 2022-ci il tarixli, **********72 № li məktubunda müraciətə müsbət cavab verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin bu hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibatı aktı qəbul etmək vasitəsini cavabdehin üzərinə qoymağı məhkəmədən xahiş edə bilər Yuxarıda qeyd edilən Məcəllənin 33.2-ci maddəsinə görə bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həmdə cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.1-ci maddəsinə əsasən hüquqi və fiziki çəxslərin torpaq sahəsi üzərində huquqları, həmin hüquqların bu məcəllə, Azərbaycan Respublikasının Mulki Məcəlləsi, digər normativ hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə gorə fərqlənir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsassən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslərin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mmüdafiəsindən istifadə etmək huququna malikdir. Azərbaycan Respublikasının inzibati Prosessuaı Məcəlləsinin tələblərinə görə inzibsti aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (Şikayət instansiyasına inzibati şikayət verdiyi hallarda şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüquqi mülkiyyətçinin təkbaşına və ya başqları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İddiaçının nümayəmdəsi hazırlıq iclası ilə bağlı məhkəmə iclasında iştirak etmiş iddianı müdafiə etmiş, şifahi məhkəmə iclası ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə daxil olmuş məktubunuza baxılmışdır. Vətəndaş İddiaçı Quba rayonu, Dəvədabanı ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə müraciət etmişdir. Ərizəyə xx.xx.2022-ci il tarixli **********72 nömrəli məktubla cavab olaraq bildirilmişdir: “Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.05 ha torpaq sahəsinə dair ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan 0.05 ha torpaq sahəsi Quba şəhər İnzibatı Ərazi Vahidliyinin nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 25 saylı sərəncamı əsasında ayrılmışdır. Məlumat üçün bildiririk ki, Quba şəhər İnzibati Ərazi Vahidliyinin nümayəndəsinin torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Belə ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatlar Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavbdeh iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 №li sərəncamı ilə "Dəvədabanı" ərazisində fərdi yaşayış evi tikmək üçün verilmiş 500 (beş yüz) kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, 0.05 ha torpaq sahəsi Quba şəhər İnzibatı Ərazi Vahidliyinin nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 25 saylı sərəncamı əsasında ayrılmışdır. Quba şəhər İnzibati Ərazi Vahidliyinin nümayəndəsinin torpaqayırma səlahiyyəti yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 №li sərəncamı ilə "Dəvədabanı" ərazisində fərdi yaşayış evi tikmək üçün 500 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət torpaq kadastrı kitabında 27 mart 2014-cü il tarixdə 98 nömrə ilə uçota alınmışdır. Habelə məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyinin 24 aprel 1995-ci il tarixli 10 saylı torpaqbölüşdürmə komissiyasının iclas protokolundan çıxarışın, Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyinin 25 aprel 1995-ci il tarixli 25 saylı sərəncamın və Quba rayon XDS Rəyasət Heyətinin 06 iyul 1993-cü il tarixli 06 saylı iclas protokolunun qərarının ksero surətləri məhkəməyə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar həmin siyahıya əlavə edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Həmçinin məhkəmə araşdrıması zamanı Məhkəmənin 2-1(118)-1157/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri ürə Nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 saylı Sərəncamı fərdi mənzil tikintisi üçün şəhərin Dəvədabanı ərazisində İddiaçı ayrılmış, iddiaçının faktiki istifadəsində olan 500 kv.m torpaq sahəsi torpaqayırma sənədlərinə sənədlərinə uyğundurmu? (Torpaq sahəsinin planı və ölçüsü, Quba bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışa) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-8942/2023 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları DT və XK tərəfindən verilmiş plan və ölçüdə göstərilən koordinatlara və ölçüyə uyğundur; iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında təyinatı yaşayış məntəqələri torpaqları kimi göstərilmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını istisna edən hal mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, dövlət qeydiyyatı üçün əsas hesab olunur və bu hüquqlar dövlət təminatına alınmışdır Qeyd edilənlərə görə məhkəmə cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən dəlilləri əsasız hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Avropa Məhkəməsi bu mövqeyini sonrakı qərarlarındada inkişaf etdirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 №li sərəncamı ilə "Dəvədabanı" ərazisində fərdi yaşayış evi tikmək üçün verilmiş 500 (beş yüz) kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar