Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1158/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Qobustan rayonu Bədəlli kəndində yaşayan), Cavabdehin nümayəndəsi X2 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri,Ə.Nəzmi küçəsi ev 14-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X5 Qobustan rayon filialına qarşı 2019-cu ilin fevral ayının 11dən 2019-cu ilin noyabr ayının 01-dək pensiya təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən vurduğu mənəvi zərərə görə 10.000 manatın tutularaq ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu ilin fevral ayının 11-dən 2019-cu ilin noyabr ayının 01-dək pensiya təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən vurduğu mənəvi zərərə görə 10.000 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdeh prosessual hüquq varisi kimi cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X5 Qobustan rayon filialını inzibati məhkəmə icraatına cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. Dövlət Arxivinin Şamaxı filialının verdiyi arxiv çıxarışına görə iddiaçı xx.xx.1971-ci ildə 117 saylı əmrlə Şamaxı rayonu N.Nərimanov adına sovxozda fəhlə işinə qəbul edilmiş və 17 avqust 1996-cı ilə qədər həmin yerdə işləmişdir. Bundan başqa onun 1971-ci ildən 1997-ci ilədək əmək fəaliyyəti arxiv arayışları ilə təsdiq edilmişdir. O cümlədən onun 2004-2005-ci illərdə “Meşə” müəssisəində mühafizəçi, 2007-2010-cu illərdə “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işləməsi və məcburi dövlət sosial sığorta haqqı ödəməsi təsdiq edilmişdir. Beləliklə, onun xx.xx.2006-cı ilədək 27 il, 2006-cı ildən sonra 3 il sosial sığorta stajına malik olması tam təsdiq edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə 64 yaşı tamam olduqda onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla bağlı o, cavabdeh DSMF-nin Qobustan rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onun hüququnun həyata keçirməsinə imkan verməmişdir. Belə ki, cavabdeh onun işlədiyi “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işlədiyi 2006-2012-ci illər üzrə sosial sığorta kapitalının sistemdə əks olunmadığını bildirmiş, halbuki, DSMF-nin Şamaxı rayon şöbəsinin sistemində həmin dövr üzrə məcburi dövlət sosial sığorta ödənişləri görünür. Daha sonra cavabdeh ona imtina cavabı vermişdir ki, onun həmin MMC_də fərdi hesabının sığorta hissəsinə pensiya kapitalının toplanmamışdır. Bu səbəbdən ona pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdehin bu imtinası əassız olmuş və əlavə araşdırmanın aparılmasına səbəb olmuşdir. Halbuki, o, pensiya təyinatı orqanına 2007-2008-2009-cu illərdə işlədiyi “X8” MMC tərəfindən təsdiq edilmiş sığorta haqqında məlumatlar təqdim etmişdir. Beləliklə, cavabdehin qərəzliliyi və səhlənkarlığı səbəbindən ona 8 ay sonra, yəni 2019-cu ilin noyabr ayında pensiya təyin edilmişdir. Bu onun sağlamlıq durumuna mənfi təsir göstərmiş, uzun yazışmalara səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qobustan rayon şöbəsinə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Bütün zəruri sənədlərin surətləri də həmin tarixdə notarius tərəfindən təsdiq edilmişdir. Bu hal özü də onun həmin tarixdə cavabdehə müraciət etməsini təsdiq edir. Beləliklə, DSMF-nin Qobustan rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli 65 saylı qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən 129.42 manat olmaqla peniya təyinatı aparılmış və təyin edilmiş pensiya iddiaçıya tam şəkildə ödənilmişdir, hazıradək ödəmələr hər ay davam etdirilir. Bundan başqa iddiaçının hər hansı mənəvi sarsıntıya və iztiraba məruz qalması barədə sübut təqdim edilməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianən təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. -məhkəməyə təqdim edilmiş 413498 saylı pensiya işinin materiallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə DSMF-nin Qobustan rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. -İddiaçı xx.xx.2019-cu il tarixli müraciət vərəqindən göünür ki, o, yaşa görə əmək pensiyasının təyin edilməməsi ilə bağlı Əmək və X3 Nazirliyinə müraciət etmişdir. - DSMF-nin Qobustan rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 65 saylı qərarı ilə xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 129.42 manat məbləğində müəyyən edilmişdir. -Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X9 tərəfindən verilmiş xx.xx.2019cu il tarixli məktubdan görünür ki, iddiaçıya 2019-cu il 1 iyul tarixindən kişilərin pensiya yaş həddinin 64 yaş 6 ay müəyyən edildiyi bildirilmiş, eyni zamanda 2006-2012-ci illərdə “X8” MMC-dəki əmək fəaliyyətindən fərdi hesabının sığorta hissəsinə pensiya kapitalı toplanmadığından iddiaçıya pensiya təyinatınını aparılması mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı pensiya hüququ xx.xx.2019-cu il tarixdə, yəni 64 yaşı tamam olanda yaranmışdır. Həmin vaxtdan o, cavabdeh inzibati orqana müraciət etməsinə baxmayaraq ərizəsi üzrə qərar yalnız xx.xx.2019-cu il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin edilməsini tələb etməkdə haqlı olsa da, bununla bağlı mənəvi ziyan çəkmsi barədə tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin - 5 - xx.xx.2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Qobustan rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1158/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1158/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver