Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1158/2021 09.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı bildirmişdir ki, o, Daxili Qoşunların əsgəri olmuş və oradanda təxris olunmuşdur. Lakin, yaralanan zaman Müdafiə Nazirliyinin qospitalında müalicə almışdır. Bu isə ona müharibə veteranı adı verən orqanlar arasında mübahisə yaratmışdır. İddiaçıya izah edilmişdir ki, harda müalicə alması onun veteran adı alması üçün cavabdeh səlahiyyətli orqanı müəyyən edən meyar ola bilməz, o tələbini xdmət etdiyi və təxris olduğu qoşun növunun tabe olduğu və müharibə veteranı adı vermək səlahiyyəti verilmiş inzibati orqana yönəltməlidir. Bunun üçündə ilkin olaraq həmin orqana müraciət edilməlidir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı ona müharibə veteranı adı və müvafiq vəsiqəsinin verilməsini istəyir və tələbini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı yönəltmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görsənir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına müraciət etmiş, Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları 20.01.2021-ci il tarixli, 13-2/242-71M saylı məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçı hərbi xidmət dövründə aldığı güllə yarası ilə Müdafiə Nazirliyinin tabeliyində olan qospitalda stasionar müalicədə olmuşdur. Odur ki, qaldırılan məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı əlavə olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyada” digər qoşun növlərində xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müharibə veteranı adı və vəsiqəsi vermək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki o, hazırkı tələb ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edə bilər. İnzibati orqan imtina vəya hərəkətsizlik edərsə, inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1158/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1158/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver