Məhkəmə qərarları › İş №2-1(118)-1158/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1158/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1158/2022 29.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X16 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X18 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin müdiri işləyən, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ev 57-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və X29 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı gənc müəllim kimi işləməyə Şabran rayonu Xəlfələr kəndinə göndərilmişdir. Həmin vaxtdan onlar orada yaşayıb təsərrüfat aparırlar. Bu müddət ərzində onlar Şabran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 178 saylı sərəncamı ilə Ziyada Qasımovaya ayrılmış torpaq sahəsini pulla əldə etmişlər. Bundan sonra həmin torpaq sahəsi sərəncamla Z.Qasımovanın adından iddiaçının adına keçirilmişdir. İddiaçı zəruri sənədləri topayaraq mülkiyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X27 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının təqdim etdiyi sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyi torpaq sahəsi Şabran RİHB-nın xx.xx.2006-cı il tarixli 178 saylı sərəncamı ilə ayrılmışdır. Halbuki, həmin dövrdə artıq yerki icra hakimiyyəti orqanlarınını torpaq ayrmaq səlahiyyəti olmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanuna əsasən torpaq sahələrinin ayrılması ilə nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Qeyd olunanları nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan : - Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının 178 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamından görünür ki, Xəlfələr kəndində yaşamış mərhum X5 məxsus olmuş, sonradan ləğv edilmiş təsərrüfata aid 0.2 ha həyətyanı torpaq sahəsi ehtiyacı nəzərə alınaraq Xəlfələr kənd sakini İddiaçı adına keçirilməsi qərara alınmışdır. - X6,X11,X14,babayeva Xansənəm Ağakərim qızı,X19,Ağayeva Hicran Ağakərim qızı və X7 tərəfin yazılmışvə notarial qaydada təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, onlar X5 məxsus mülkün X1 mülkiyyətinə keçirilməsinə razıdırlar. - -xx.xx.2006-cı il tarixli aktdan görünür ki, X3 mərhum X8 məxsus yaşayış evini İddiaçı 1000 ABŞ dolları dəyərinə satmışdır. -Məhkəmənin sorğusuna əsaən Şabran rayon İH Düzbilici İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli cavab məktubundan görünür ki, Şabran rayon Xəlfələr kəndində qeydiyyatda olmuş və yaşamış X12 09 oktyabr 1997-ci il tarixində vəfat etmişdir. Nümayəndəliyin 1995-2000-ci İllər üzrə təsərrüfatbaşına kitablarının nümayəndəliyin binasında saxlanılma müddəti 10 il olduğundan, sözü gedən illər üzrə təsərrüfatbaşına kitablar arxivləşdirilərək Şabran rayonu Arxiv İdarəsinə təhvil verilmişdir. Bu səbəbdən mərhum X4 adına 1995-2000-ci illər üzrə təssərrüfatbaşına kitabdan çıxarış verilməsi mümkün deyildir. X4 ölümündən sonra onun aşağıdakı ailə üzvlərinin qalması müəyyən olunmuşdur : əri -X9, övladları - X2, X6, X19, X7, X10, X15 və Ağayeva Hicran Ağakərim qızı. -Şabran rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 16 may 2022-ci il tarixli cavab məktubundan görünür ki, 1991-1995 və 1996-2000-ci İllərin təsərrüfatbaşına kitablarından çıxarılmış surətləri məhkəməyə göndərilmişdir. - Şabran rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 28 mart 2022-ci il tarixli cavab məktubundan görünür ki, Sizin sorğunuza əsasən Şabran rayon Dövlət Arxivi məlumat üçün bildirir ki, Şabran rayon İcra Hakimiyyəti Başçısının 25,02,2006-cı İl tarixli 178 saylı sərəncamın və onlara aid əlavə edilmiş sənədləri məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisıəli torpaq sahəsi ilkin olaraq X8 ayrılmışdır. xx.xx.2006-cı ildə Şabran (*keçmiş Dəvəçi) rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə mərhum Z.Qasımovaya ayrılmış 0.20 ha torpaq sahəsi İddiaçı adına keçirilməsi qərara alımışdır. Halbuki, “Torpaq islahatı haqqında” Qanunun və Torpaq Məcəlləsinin müddəalarına əsasən 1999-cu ildə bələdiyyələr yaradıldıqdan sonra vətəndaşlara torpaq sahələrinin ayrılması bələdiyyələri səlahiyyətinə verilmişdir və artıq 2006-cı ildə yerli icra hakimiyyətinin belə bir səlahiyyəti olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsaslar sadalanmışdır. Lakin yerli icra hakimiyyəti orqanlarının sərəncamları həmin əsaslara daxil edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar