Məhkəmə qərarları › İş №2-1(118)-1158/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1158/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1158/2025 18.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X5 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən ona xx.xx.2024-cü il tarixdək Azərbaycan Respublikası müdafiəsi zamanı almmış 3-cü qrup əliliyin təyin edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən ona 5 il müddətinə xx.xx.2026-ci il tarixdək Azərbaycan Respublikası müdafiəsi zamanı alınmış 3-cü qrup əliliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müharibədə sağlamlığına dəyən zərərin qiymətləndirilməsi və əlillik dərəcəsinin müəyyən olunması üçün Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyi ( əvvəlki adı Tibbi -Sosial Ekspert Komissiyası) tərəfindən xx.xx.2021-ci il tarixdə qərar verilmişdir. Həmin qərarda ona 5 il müddətinə üçüncü dərəcə əlillik təyini müəyyən olunmuşdur. Diaqnoz: Revmatoid artritoynaq forma, seroneqativ, yarımkəskin proqressivləşən gediş,aktiv faza, ikinci dərəcə, 3-cü mərhələ.Hormondan aslı vəziyyət. Ağırlaşma M24.5.Oynaqların kontrakturası. Hər iki mil bilək və diz oynaqlarını bükücü kontıakakurası.Oynaq funksiyasının pozulması 3-cü dərəcə.Ağırlaşma M81 .Patoloji sınıq olmadan olmadan asteooparaz.Steroidili asteporaz.Yanaşı xəstəliklər Ellinsulindən asılı olmayan şəkərli diabet, şəkəraltı diabet 2-ci tip.orta ağır forma əlilik və ya sağlamlıq imkanlarının məhduluq müddəti xx.xx.2024-cü ilədək nəzərdə tutulmuşdur. Əlillik səbəbi Hərbi xidmət dövrü ilə əlaqədar müəyyən edilmişdir. Azərbayca Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli tarixli qərarı ilə müəyyən edilmişdir ki, Zəngilan RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış Füzuli Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli HP-17//312 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Əlin kiçik oynaqlarının revmatoid poliartiti “(Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon Bölməsinin xx.xx.2019~cu il tarixli 265 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 243 nömrəli arayışı , SQ Baş Klinik Hospitalından verilmişxx.xx.2019-cu il tarixli 3670 nömrəli arayış, MNHK-mn həkim mütəxəssisinin rəyi və təsdiq edilir) “ Hərbi Travmadır Azərbaycan Respublikasın müdafiəsi zamanı alınmışdır”. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********7). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, T.Fərzəliyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019cu il tarixli 531 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Əlin kiçik oynaqlarının revmatoid poliartriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Vizual olaraq əl və ayaq pəncələrində barmaqlarında hərbi qərarda qeyd olunmuş xəstəliyə uyqun kobud deformasiya və kontrakturalar, funksional pozuntular müəyyən edilməmişdir. Periferik nəbz kafi dolqunlucıda, hərəkətlər sərbəst qeyd olunmuşdur’’ kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiq, şəkərli diabet və revmatoid artrit xəstəliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 15 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, aşağı ətraflarda ödem olduğunu bildirmişdir. Müayinə zamanı aşağı ətraflarda dolğun nəbz qeydə alınmış, ödem, trofik pozuntular izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuş, şəkərli diabet və revmatoid artir xəstəliklərinin ağırlaşmaları aşkarlanmamışdır, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Revmatoid artrit, seroneqativ forması, hər iki mil-bilək oynağının, daraq və faianqa birləşmələrinin artroz-artriti, repionar osteoparozu, əl barmaqlarının yarımbükülmüs vəziyyətdə açıcı-bükücü kontrakturası, tam bükülməməsi, tutma funksiyasının pozulması, hər iki diz oynağının İİİ dərəcəli artrozu, açıcı-bükücü kontrakturası (solda açma 170 dərəcə, bükmə 95 dərəcə, sağda açma 165 dərəcə, bükmə 155 dərəcə), hər iki aşıq-baldır oynağının valqus deformasiyası, artroz-artriti, açıcı-bükücü kontrakturası (sağda açma 110 dərəcə, bükmə 100 dərəcə, solda açma 100, bükmə 90 dərəcə). Hər iki pəncənin ayaq barmaqlarının çəkicə bənzər deformasiyası, xırda oynaqların artrozu, retional osteoparez, daimi ağrı sindromu və dayaq- hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 1438 nömrəli Tibbi Rəyində nəticə “l/is OU-O.5 (onda beş). Diaqnoz: Diabetik retınopatiya. Qeyri-proliferativ diabetik retinopatiya (başlanğıc)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir.Sumqayıt Tibb Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Şəkəri: diabet tip 2, Forma insulintələbli, diabet sensornevropat. Aşağı ətrafda diabet anqiooat. Xroniki pankreatit. Ürəyin işemik xəstəliyi.Gəminik stenokardiyası. Hipertoniya xəstəliyi 2-ci mərhələr kimi qeyd edilmişdir.Təqdimedilmiş xx.xx.2023-cü il tarixli Rəngli doppler exooqrafiyası müayinəsinin nəticəsi “Sol mədəciyin ekssentrik hipertrofiyası. Perikardial maye minimal. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip’’ kim müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verər patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlə- Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyə-olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi X1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının hazırkı tələbi inzibati orqanın üzərinə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. Bu növ iddialarda imperativ norma olan 30 günlük müddət şamil olunur. İş materiallarından görünür ki, iddiaçıya əlilliyin imtina olunması barədə xx.xx.2023-cü il tarixli qərarın bildirişi ona xx.xx.2023-cü ildə cavabdeh tərəfindən təqdim edilməsinə baxmayaraq, iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini xx.xx.2024-cü ildə məhkəmədə (8 aydan çox müddətə) mübahisələndirmişdir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar