Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-116/2020 31.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştrakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinə qarşı “2007-ci ilin sentyabr ayından başlayaraq, “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün hesablanaraq, tam şəkildə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçının həyat yoldaşı X6 xx.xx.1995–ci ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N saylı hərbi hissə tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə həlak olmuş, xx xxxxx 1995-ci il tarixli, lV-ЖГ № 9 425210 nömrəli “Ölüm haqqında" Şəhadətnamə verilmişdir. Qeyd olunan X1 N saylı hərbi hissə tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə şəhid olduğu qeyd edilmişdir. Şəhidin həyat yoldaşı kimi ona “şəhid ailəsi" statusu verilmiş və Sumqayıt Şəhər ƏSMM tərəfindən xx xxxx 1995–ci il tarixli, 008919 saylı vəsiqə təqdim edilmişdir. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006–cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına müvafiq olaraq (Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minib) 2007–ci ilin yanvar ayından şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almışdır. Lakin 2007-ci ilin sentyabr ayından inzibati orqan tərəfindən xəbərdarlıq edilmədən və heç bir səbəb göstərilmədən qeyd olunan təqaüdün verilməsi dayandırılmışdır. Bununla bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsinə müraciət etsə də inzibati orqan ona köməklik etməmişdir. xx.xx.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsindən şəhid X3 N saylı hərbi hissə tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə həlak olması barədə arayış alıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsinə təqdim etsə də müraciətinə cavab verilməmişdir. xx.xx.2019–cu il tarixdə ƏSMM Sumqayıt şəhər şöbəsinə gedib məlumat alarkən ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsindən alınan arayışda X3 “həlak olması” yazıldığını, "həlak olmaq"la "şəhid olmaq" anlayışlarının fərqli olmasını və buna görə təqaüdün verilməsindən imtina olunduğunu bildirmişlər. Sonuncu müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunduğu, qeyd olunan sənədlər əsasında ərizəçinin həyat yoldaşının şəhidlik statusu təsdiq edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tərəfindən müvafiq tədbirlər görüləcəyi, Azərbaycan Respublikasınin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2019-cu il tarixli, 352 saylı məktubuna əsasən X3 həlak olması barədə məlumat olduğunu, lakin onun “şəhid" statusuna, ailəsinin “şəhid ailəsi" statusuna malik olmaları barədə heç bir məlumat verilmədiyindən Prezident təqaüdünün təyin olunmasının qanunazidd olması bildirmişdir. İnzibati orqan qərəzli olaraq, onun müraciətini araşdırmadan, əsassız olaraq formal cavab məktubu yazmaqla öz vəzifəsini icra etməkdən yayınmışdır. Şəhid ailəsi statusu barədə (faktı təsdiq edən) sənəd sayılan 008919 saylı "şəhid ailəsi" vəsiqəsinin olmasına və 2017-ci ilin 8 ayı ərizndə təqaüd verilməsinə baxmayaraq, inzibati orqan yenidən həmin statusu təsdiqlənməsi üçün müraciət etməli olmağı ilə bağlı məntiqsiz şəkildə qanunvericiliyin normalarına şərh vermişdir. Digər tərəfdən, qanunvericiliyə əsasən məhz Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslər şəhid sayılırlar. Belə ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının x xxxxxxxx 1993-cü il tarixli Qanununun 1–ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ər-arvad şəhid ailəsinin üzvləri hesab edilir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarına əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nəzirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri tərəfindən təyin edilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədə xahiş etmişdir. İddiaçıməhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 2007-ci ilin sentyabr ayından başlayaraq “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq, tam ödənilməsi tələbinə dair etirazımızı bildirirlər. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx xxxxxx 2007-ci il tarixli 100 nömrəli Qərarına əsasən xx.xx.2007–ci il tarixdən “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdün təyin olunmuş və xx.xx.2007-ci ilədək ödənişi həyata keçirilmişdir. Həmin tarixdən xx.xx.2007-ci ildən sonra İddiaçı Prezident Administrasiyasının məktubuna əsasən “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənişi dayandırılmışdır. Səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2007-ci il 29 iyun tarixli 11/27–66 nömrəli və Azərbaycan Respublikasının Hərbi Komisarlığının 2007-ci il 28 iyun tarixli 4530 nömrəli məktublarına əsasən bütün rayon İcra Hakimiyyəti, Səfərbərlik Xidməti və ƏƏSMN tərəflərindən Komissiya yaradılmış və şəhid ailələrinə verilən Prezident təqaüdlərinin araşdırlması aprılmışdır. Araşdırma zamanı bəzi “şəhid statusu" olmayan işlər dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli, ********** nömrəli sorğusuna cavab olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq Laçın rayon şöbəsinin 651 nömrəli xx.xx.2019-cu tarixli arayışına əsasən mərhum 1953–cü il təvəllüdlü Laçın rayonu, Güləbird kənd sakn X6 xx.xx.1995–ci il tarixdə N saylı hərbi hissədə həlak olmuş və xx.xx.2019–cu il tarixdən şəhid, ailəsinə isə “şəhid ailəsi” statusu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi xx.xx.2019cu il tarixdən ömürlük İddiaçı “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş və mütəmadi olaraq plastik kart , vasitəsilə ödənişi həyata keçirilir. Vətəndaşa şəhid ailəsi statusu verilməsindən əvvəlki dövür üçün təqaüdün verilməsi mümkün deyil. Bu səbəbdən də ona şəhid olması barədə arayışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DSMF-nun Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş imtina məktubu, etiraz, şəxsi hesab vərəqələri, arayışlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsinin məktubları, arayışları, Ölüm haqqında şəhadətnamənin surəti, iddiaçının şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki, cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. İddia buna cavab verməli olan inzibati orqana qarşı yönəlmiş və iddiaçı əvvəlcədən cavabdeh orqana müraciət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydaların 1-ci bəndinə əsasən maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Bundan sonra həmin qaydaların 1.2.6-cı bəndi Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxx 2009-cu il tarixli 107 nömrəli Qərarı ilə dəyişdirilmiş və Qaydaların yeni 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublıkası Qanununun 1-ci maddəsinə dair xx xxxxxx 2008-ci il tarixli qərarına görə, Silahlı qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri «Hərbi qulluqçulann statusu haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə, o cümlədən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 697 Nli, x xxxxxxxx 1993-cü il tarixli Azərbaycan Respublikası qanununa və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü ill tarixli 10 N-li qərarına əsasən: Şəhid– Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. “Şəhid adının əbədiləşdirllməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” x xxxxxxxx 1993–cü il tarixli 697 N-İi Azərbaycan Respublikası Qanunun 4-cü hissəsinə əsasən Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Göstərilən qanunvericilik normalarnın təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1–ci maddəsı X2 Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının venlməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbayan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu məlum qərarı ilə kimlərin şəhid hesab edilməsi anlayışının əhatə dairəsini genişləndirərək, yalnız döyüşdə həlak olan hərbi qulluqçuların deyil, həm də atəşkəs şəraitində, döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların da şəhid hesab edilməsini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxxx 1995-ci il tarixli, lV-ЖГ № 9 425210 nömrəli “Ölüm haqqında"X1 N saylı hərbi hissə tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə şəhid olduğu qeydi vardır və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin aprel ayının 12 günündə 436 N ilə qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2019-cu il tarixli 636 saylı arayışından görünür ki, X6 xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissə tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, X6 vəfat etdiyi gündən şəhid statusu əldə etmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi QAYDALARİnın 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir.Həmin Qaydaların6-cı bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həcmində, yəni 2007–ci ilin sentyabr ayından başlayaraq, iddiaçıya "şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85. maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. 2007-ci ilin sentyabr ayından başlayaraq İddiaçı "şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün hesablanaraq, ödənilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-116/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-116/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver