Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-116/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X42 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X26, X2, X7 və X19 məxsus JN 2385, kod 30111018 olan Qusar rayonu Hil kəndi ərazisində 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. X11, X12 və X29 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Məhkəməsi iddiaçı 13 mart 2020ci il tarixli 2(029)-31/2020 saylı qətnaməsi ilə iddiaçılar X30, X13 və X14 cavabdehlər X50, X27 və X28 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonunun Hil kəndində yerləşməklə onlara məxsus olan 2.17 ha torpaq səhəsnin zəbt olunmuş hissəsindən cavabdehlər X43, X20 X21 çıxarılmasına, həmin torpaq sahəsinin onlara qaytarılmasına və həmin torpaq sahəsində inşa edilmiş tikintilərin cavabdehlərin öz hesabına sökülməsinə dair iddia ərizəsin təmin etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilib, iş hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. İş materiallarında olan JN 2335, kod 30111018 altında olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X22, X1, X3 və X15 (Qusar rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2 (029)-31/2020 saylı qətnaməsi üzrə iddiaçılar) mülkiyətlərinə Qusar rayonu Hil kəndi ərazisindən 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17/3 və Qusar rayon məhkəməsinin 12 aprel 2006-cı il tarixli 158a saylı qətnaməsi ilə verilmişdir. Qusar rayon məhkəməsinin İddiaçı 30 iyun 2020-ci il tarixli G(029)-352)2020 nömrəli məktubunda göstərilmişdir ki, “16 iyun 2020-ci il tarixdə Qusar Rayon Məhkəməsinə daxil olmuş ərizənizə əsasən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-ci il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarının qeydiyyatında X16 və qeyrilərinin İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılmasına dair 158a saylı mülki iş mövcud deyildir. Odur ki, 158a saylı mülki iş üzrə hər hansı bir sənədin təqdim edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsi X26, X2, X23ma və X19 məxsus JN 2335, kod 30111018 olan Qusar rayonu Hil kəndi ərazisindən 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə müraciət edilsə də, onlar bunun məhkəmə qaydasında həll edilməsinin vacibliyini bildirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 31 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, izahatında bildirmişdir ki, üçüncü şəxsin adına verilmiş dövlət aktında istinad olunan məhkəmə qərarı mövcud deyildir. Üçüncü şəxs mülkiyyət hüququnu düzgün əldə etməmişdir. Tərəflərin qonşuluq münasibətində olması inkar edilmir. Məhkəmə iclasında üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, izahatında bildirmişdir ki, tərəflər arasında apellyasiya məhkəməsində də işə baxılan zaman ekspertiza zamanı ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 366 saylı Dövlət aktında koordinatlar qeyd edilmişdir. Həmin koordinatlar sübut edir ki, tərəflər qonşuluq münasibətindədir. Hesab edir ki, iddiaçının üçüncü şəxsin adına verilmiş mülkiyyət sənədini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Qusar rayon məhkəmə tərəfindən mülki işin araşdırılması zamanı verilmiş ekspert rəyindən də iddiaçının subyektiv hüququnun olmadığı görünür. Barışığa razı gəlmişdirlər, lakin 10000 manat məbləğ razılaşdırılsa da iddiaçı hər dəfəsində yayınmışdır. Digər üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, X26, X2, X7 və X19 məxsus JN 2385, kod 30111018 olan Qusar rayonu Hil kəndi ərazisində 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsini istəyir. İşin materiallarından görünür ki, JN 2385 KOD 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 17/3 və Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 158a saylı qətnaməsi ilə 2.17 ha torpaq sahəsi X26, X2, X7, X19 verilmiş, dövlət aktı qeydiyyat kitabında 351 nömrə ilə qeydiyyata alınmışdır. JN 636 KOD 30111018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 saylı qərarı ilə İddiaçı və X41 0.95 ha torpaq sahəsi verilmiş, dövlət aktı qeydiyyat kitabında 61 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə prosesləri gedişində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 30572 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən, Qusar rayonunun Hil kəndində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2385 KOD 30111018 sayh Dövlət Aktına əsasən X24, X8, X9 və X26 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0,31 ha olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədə uyğun olmadığı müəyyən olunur. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2385 KOD 30111018 saylı Dövlət Aktına əsasən Qusar rayonunun Hil kəndində yerləşən torpaq sahəsi şərq istiqamətində (0,06 ha torpaq sahəsi) X55, qərb istiqamətində (0,099 ha torpaq sahəsi) X33, cənub istiqamətində isə (30 kv.m torpaq sahəsi) X34 tərəfindən istifadə olunduğu və eləcə də, tədqiq olunan torpaq sahəsində cavabdeh X44 fərdi yaşayış evi (146,5 kv.m) tikdiyi müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayon Məhkəməsinin 2(029)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddiaçılar X18, X4 və X5 cavabdehlər İddiaçı, X27 və X28 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılmasına” dair iddiası təmin edilmiş, Qusar rayonunun Hil kəndi ərazisində yerləşən JN-2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar X24, X6, X10 və mərhum X26 məxsus torpaq sahəsinin şərq istiqamətində 0.06 ha. torpaq sahəsindən cavabdeh X43, qərb istiqamətində 0.099 ha torpaq sahəsindən cavabdeh X21, cənub istiqamətində isə 30 kv.metr torpaq sahəsindən cavabdeh X25 çıxarılması, həmin torpaq sahələrinin iddiaçılara qaytarılması, cavabdeh X43 həmin torpaq sahəsində inşa etdiyi 146.5 kv.metr sahəsi olan fərdi yaşayış evinin X43 öz hesabına sökülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-228/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(118)-1866/2021 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin istəyinə uyğun olaraq mübahisənin məhkəmədən kənarhəlli üçün tərəflərə vaxt verilsə də mübahisənin həlli mümkün olmamışdır. Bundan sonra isə müvafiq mütəxəssis rəyinin alınması qərara alınmışdır. Məhkəmənin mütəxəssis rəyinin alınması barədə 2-1(118)-116/2023 saylı, 15 mart 2023-cü il tarixli Qərardadı ilə iş üzrə mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur : -İddiaçı məxsus JN 636, kod 30111018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında müəyyən edilmiş koordinatlarla X26 məxsus JN 2385 KOD 30111018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında müəyyən edilmiş koordinatlar üst-üstə düşürmü? Düşürsə koordinatlar müvafiq xəritədə göstərilməklə məhkəməyə təqdim edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli, 3-21-3-34/2-6919/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, qeyd olunan suallar əsasında məhkəməyə müvafiq rəyin tərtib olunub təqdim edilməsi məqsədilə sözügedən torpaq sahəsinə tərəflərindən baxış keçirilməsi üçün yerinə getmələrinə və tərəflərin iştirakı olmasına baxmayaraq İddiaçı özünün faktiki istifadə vəziyyətinə uyğun olan torpaq sahəsinin müvafiq ölçülərinin və koordinatlarının naturadan köçürülməsinə icazə verilməmişdir, bu səbəbdən müvafiq rəyin hazırlanıb verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddiaçı üçüncü şəxslərin adına verilmiş dövlət aktını mübahisələndirir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, tərəflərin qonşuluq münasibətində olması inkar olunmur. İddiaçı üçüncü şəxslərin adına verilmiş dövlət aktını qanuni hesab etmir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı üçüncü şəxslərin adına verilmiş mülkiyyət sənədini o halda mübahisələndirə bilər ki, üçüncü şəxslər tərəfindən iddiaçının mülkiyyət hüququna hərhansı müdaxilə olduğu aşkar edilsin. Lakin iddiaçı tərəfindən onun subyektiv hüququnu müəyyən edən hərhansı sübut da məhkəməyə təqdim edilməmişdir. İddiaçının tələbinin əksinə olaraq məhkəmə prosesi gedişində təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 30572 saylı ekspert rəyində üçüncü şəxslərə məxsus torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus olmayan torpaq sahəsində yaşayış evi tikmişdirsə, bu inzibati icraat qaydasında həmin torpaq sahəsinin mülkiyyət sənədlərinin mübahisələndirilməsinə əsas vermir. Subyektiv hüquq o zaman yaranmış olar ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hər hansı bir hüququ müəyyən edilsin. Bunun üçün isə müvafiq mütəxəsis rəyi alınması barədə qərar qəbul edilmişdir: İddiaçı məxsus JN 636, kod 30111018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında müəyyən edilmiş koordinatlarla X26 məxsus JN 2385 KOD 30111018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında müəyyən edilmiş koordinatlar üst-üstə düşürmü? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli, 3-21-3-34/2-6919/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, qeyd olunan suallar əsasında məhkəməyə müvafiq rəyin tərtib olunub təqdim edilməsi məqsədilə sözügedən torpaq sahəsinə tərəflərindən baxış keçirilməsi üçün yerinə getmələrinə və tərəflərin iştirakı olmasına baxmayaraq İddiaçı özünün faktiki istifadə vəziyyətinə uyğun olan torpaq sahəsinin müvafiq ölçülərinin və koordinatlarının naturadan köçürülməsinə icazə verilməmişdir, bu səbəbdən müvafiq rəyin hazırlanıb verilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçı subyektiv hüququnun olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, bu hüququn müəyyən olunması üçün zəruri olan mütəxəsis rəyinin alınmasına isə şərait yaratmamışdır. Bu halda məhkəmə qeyd edir ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(118)-116/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-116/2023
06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver