Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1160/2020 16.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X2 adına verilmiş Qusar rayon İHB-nın xx.xx.2017-ci il tarixli 40 saylı Sərəncamının, torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin və torpaq sahəsinin kadastr sənədlərinin ləğv edilməsinin və mübahisə olunan Qusar rayon İHB-nın xx.xx.2017-ci il tarixli 40 saylı Sərəncamı, icarə müqaviləsi və kadastr sənədlərinin surətlərinin cavabdehdən alınaraq işə əlavə olunması”- na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq X2 adına verilmiş Qusar rayon İHB-nın xx.xx.2017-ci il tarixli 40 saylı Sərəncamının, torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin və torpaq sahəsinin kadastr sənədlərinin ləğv edilməsinin və mübahisə olunan Qusar rayon İHB-nın xx.xx.2017-ci il tarixli 40 saylı Sərəncamı, icarə müqaviləsi və kadastr sənədlərinin surətlərinin cavabdehdən alınaraq işə əlavə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət olunmuşdur. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddia onunla əsaslandırılmışdır ki,Qusar rayon İHB-nın xx xxx 2006-cı il tarixli 58 saylı sərəncamı ilə 28 saylı “Yataq” yay otlaq sahəsindən 340 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Mükiyyətçi ilə həmin tarixdə icarə müqaviləsi bağlanmış və qeydiyyatdan keçirlmişdir. Bundan sonra, 3-cü tərəf olan X3 Qusar rayon İHB-nın xx xxxxxxx 2017-cı il tarixli 40 saylı sərəncam və 28 saylı “Yataq” adlı yay otlaq sahəsindən 504 ha torpaq sahəsi 15 il müddətinə icarəsinə verilmişdir. X2 iddiaçıya və X5 üçüncü şəxslər Qusar rayon İcra Hakimiiyyətinə və ƏMDK yanında Torpaqların Dövlət İdarəçiiyinin təşkili üzrə Dövlət Agentliyinə qarşı iddiaçının T.A.Mİrzəliyevin Qusar rayon İHB-nın xx.xx.2017-ci il tarixli 40 saylı Sərəncamı ilə 15 il müddətinə onun istifadəsinə verilmiş Qusar rayonunun inzibati ərazisinə aid olan Şahdüzü adlanan sahədə 504 ha ərazidən ibarət 27 saylı “Çadır” və 28 saylı “Yataq” adlı yay otlaq ərazisindən özbaşına zəbt etdikləri otlaq sahəsinindən çıxarılma və həmin sahədən icarəçi olaraq onun istifadəsinə maneçilik törədilməsinin onlara qadadğan edilməsinə dair iddia qaldırmışdır. Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə X1 iddiaçıya və X5 üçüncü şəxslər Qusar rayon İcra Hakimiiyyətinə və ƏMDK yanında Torpaqarın Dövlət İdarəçiiyinin təşkili üzrə Dövlət Agentliyinə qarşı iddiası təmin edilmiş, iddiaçının T.A.Mİrzəliyevin Qusar rayon İHB-nın xx.xx.2017-ci il tarixli 40 saylı Sərəncamı ilə 15 il müddətinə onun istifadəsinə verilmiş Qusar rayonunun inzibati ərazisinə aid olan Şahdüzü adlanan sahədə 504 ha ərazidən ibarət 27 saylı “Çadır" və 28 saylı “Yataq” adlı yay otlaq ərazisindən özbaşına zəbt etdikləri otlaq sahəsindən çıxarılma və həmin sahədən icarəçi olaraq onun istifadəsinə maneçilik törədilməsi onlara qadağan edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinə baxılan zaman məhkəmə kollegiyası məhkəmətorpaqşünaslıq ekspertizası təyin etmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, AR ƏMDK yanında Daşınmaz əmlakın Kadastr və Yerquruluşu layihə X6 LTİ-nin mütəxxəsis rəyinə əsasən xx.xx.2006-cı il tarixli icarə müqaviləsi ilə İddiaçı ayrılmış 28 saylı “Yataq" adlanan torpaq sahəsinin dəqiq kordinatları müəyyən edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi plan və ölçüsündə göstərilən cizgilər daxilində yerləşmir. Həmin cizgilər natura ilə üst- üstə düşmür və üst-üstə düşməyən hissə 153 ha təşkil etdiyi müəyyən olunur. Mütəxxəsis rəyinə əsasən xx.xx.2017-ci il tarixdə icarə müqavilə ilə X3 ayrılmış 28 saylı "Yataq” adlanan torpaq sahəsinin dəqiq kordinatları ilə Qusar rayonu inzibati ərazisinə aid olan Şahdüzü adlanan sahədə X4 adma qeydə alınmış xx.xx.2006-cı il tarixli,28 saylı “Yataq” adlı yay otlaq ərazisi iş materaillarının 19-cu səhifəsində olan yer quruluşu planı nəzərə alınmaqla qalan torpaq sahəsinin naturada dəqiq kordinatları üst-üstə düşür üst-üstə düşən hissədə yerləşən torpaq sahəsinin faktiki olaraq T.A.Mirzəliyev tərəfindən istifadə edilir. Göründüyü kimi,3-cü tərəf F.Ə.Həmidova Qusar rayon İHB-nın xx.xx.2017-ci il tarixli 40 saylı Sərəncamı ilə 15 i müddətinə onun istifadəsinə verilmiş Qusar rayonunun inzibati ərazisinə aid olan Şah-düzü adlanan sahədə 504 ha ərazidən ibarət 27 saylı “Çadır“ və 28 saylı “Yataq“ adlı yay otlaq ərazisinin dəqiq kordinatları ilə Qusar rayonu inzibati ərazisinə aid olan Şahdüzü adlanan sahə X4 iddiaçının adına qeydə alınmış xx.xx.2006-cı il tarixli,28 saylı “Yataq ” adlı yay otlaq ərazisi yer quruluşu planı nəzərə alınmaqla qalan torpaq sahəsinin naturada dəqiq kordinatları üst-üstə düşür üst-üstə düşür.Bu səbəbdən 3cü tərəfə verilmiş torpaq ayrılmasına dair Qusar rayon İHB- nın xx.xx.2017-ci il tarixli 40 saylı Sərəncamı,İcarə müqaviləsi və kadastr sənədi ləğv olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.1-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən miibahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019- cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair qərarında göstərilmişdir ki,mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir ” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materillarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. X1 adına verilmiş Qusar rayon İHB-nın xx.xx.2017-ci il tarixli 40 saylı Sərəncamının, torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin və torpaq sahəsinin kadastr sənədlərinin ləğv edilməsini istəyir. Göründüyü kimi iddiaçının tələbləri müxtəlif orqanlara yönəlmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi inzibati akt hesab olunmadığına görə onun hüquqi nəticələrindən irəli gələn məsələlər inzibati qaydada baxıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında müxtəlif orqanlara yönəlmiş tələblərə və mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərə baxılması nəzərdə tutulmamışdır. Ona görədə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, inzibati orqanın inzibati aktlarını inzibati aktı qəbul etmiş orqana qarşı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Müqavilə öhdəliklərindən irəli gələn mübahisələrlə bağlı isə mülki məhkəmə icraatında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublik ası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1160/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1160/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver