Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1161/2020 28.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X1 katibliyi, xxxxnümayəndəsi X2 iştrakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xxxx“xxxx” MMC-yə dair qəbul etdiyi xx.xx.2019-cu il tarixli, **********933500 nömrəli, xx.xx.2019-cu il tarixli, **********895300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xxxx“xxxx” MMC-yə dair qəbul etdiyi xx.xx.2019-cu il tarixli, **********933500 nömrəli, xx.xx.2019-cu il tarixli, **********895300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi tələbinə” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinin xx xxxx 2019-cu il tarixli, **********933500 nömrəli, 05 dekabr 20l9–cu il tarixli, **********895300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarları ilə “Qızıl Ay Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə kameral yoxlama nəticəsində əsassız olaraq vergi və sosial sığorta haqları məbləği hesablanmışdır. Qeyd olunan qərarı yanlış, qanunsuz və əsassız hesab edirik. Belə ki, “xxxx” MMC-nin uzun müddətdir ki, fəaliyyəti dayandırılmışdır, təsərrüfat fəaliyyəti yoxdur, bununla əlaqədar bütün lazımi bəyannamə və hesabatlar təqdim edilmişdir. Müəssisə dəqiqləşdirilmiş hesbatlan təqdim etmiş və bu hesabtlar üzrə yaranmış vergini də ödəmişdir. Lakin Cavabdeh yanlış kameral yoxlama nəticəsində əsassız vergi hesablamışdır. Odur ki, qeyd olunan qərarlar hesablanmış vergilər, həmçinin həmin qərarı əsas alınaraq şəxsi hesab vərəqəsinə işlənmiş 109742,7l manat cəmi ödənilməli borc silinməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. xxxxiddianın qeyri-mümkün hesab edilməsi ilə bağlı gətirdiyi arqument aşağıdakılardan ibarət olmuşdur. Belə ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “xx.xx.2019–cu il tarixli, **********933500 nömrəli qərar xx.xx.2019-cu il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə, saat 15:44-də oxunmuşdur. İddiaçının ərizəsinə əsasən ““Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinin predmetini vergi orqanı tərəfındən vergi ödəyicisinə sənədlərin (qərarların) elektron şəkildə gömdərilməsi təşgil edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 62.2–ci maddəsinə əsasən görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdimedildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İPM–nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarda qeyd edildiyi kimi, mübahisələndirilen inzibati qərar iddiaçıya təqdim edilmiş və qanunun tələbinə əsasən iddiaçı tərəfındən 30 gün müddətində şikayət instansiyasına və ya məhkəməyə müraciət edilməklə mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 70.2-1.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra həmin qərar təqdim edilmiş sayılır. Həmçinin Vergi Məcəlləsinin 7(.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra qərar təqdim edilmiş sayılır. Göründüyü kimi, yuxarıda qeyd edilən və iddiaçıya təqdim edilən sənədlərin təqdim edilməsi vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə mübahisələndirmişdir ki, bu da iddia verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edılməsi haqqında "xx.xx.2019-cu il tarixli,**********933500 nömrəli, qərarın mübahisələndirilməsinə dair iddia tələbinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edilir. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən xxxxnümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, xxxxhəmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda xxxximtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda iddiaçı prosessual müddəti ötürdüyü üçün də iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərarlar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan qərarlar 2 saylı Ərazi Vergilər idarəsi tərəfindən “xxxx” MMC-nin elektron ünvanına göndərilmiş, xx.xx.2019-cu il tarixli, **********933500 nömrəli sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar xx.xx.2019-cu ildə, xx.xx.2019-cu il tarixli, **********895300 nömrəli qərar isə xx.xx.2019cu ildə ayrı-ayrılıqda müxtəlif saatlarda “xxxx” MMC tərəfindən oxunmuşdur. Əvvəla nəzərə alınmalıdır ki, vergi ödəyicisinə şəxsi kabinetinə daxil olması üçün vergi orqanı tərəfindən yalnız özünə məlum olan kod və parol verilir və həmin şəxsi kabinet vasitəsi ilə vergi ödəyicisi tərəfindən aparılan bütün yazışmaların riskini vergi ödəyicisinin özü daşıyır. Belə olduğu tədqirdə hazır ki, iş üzrə mübahisə predmeti olan qərarlardan şikayət verilməsinin müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli, **********303900 saylı vəsatətlə müraciət edərək bildirmişdir ki, iddiaçı hal-hazırda 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olduğundan müvafiq mübahisədə əsl cavabdeh kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli, **********303900 saylı vəsatətinə münasibətdə bildirir ki, iddiaçın halhazırda 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olmağına baxmayaraq mövcud qərarlar 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edildiyindən müvafiq mübahisədə cavabdeh kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsi qalmalıdır. Qeyd olunan vəsatət əsassız olduğundan rədd edilməlidir. Göründüyü kimi iddiaçı “xxxx” MMC mübahisə etdiyi qərarlardan məlumatlı olmuşdur və şikayət etmə müddəti ötürüldüyündən sonra iddia tələbi ilə qeyd olunan qərarların ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalı və cavabdeh təşkilatın vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xxxx“xxxx” MMC-yə dair qəbul etdiyi xx.xx.2019-cu il tarixli, **********933500 nömrəli, xx.xx.2019-cu il tarixli, **********895300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi tələbinə” dair iddiası mümkün sayılmasın. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********303900 saylı vəsatəti təmin edilməsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1161/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1161/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver