Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1161/2021 05.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı oğlu müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmiş, iddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün qərar çıxarılmasını xahiş etmişdir. Ünvanına daxil olmuş 17.04.2020-ci il tarixli 1/71-6183 saylı məktubla iddiaçıya bildirilmişdir ki, onun müraciəti "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 18.03.2020-ci il tarixli iclasında baxlmış və barəsində müsbət qərar qəbul edilmədiyindən, təqdim olunduğu sənədlər geri qaytarılıb. Həmin məktubda göstərilir.. "Mərkəzi Arxivin 16.09.2019-cu il tarixli 9/2-13307 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakinı (25.01.N-22.02.N-cü il) nəzərə alaraq və yanvar N-cü il tarixdə hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılmağınız barədə məlumat olmadıqına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir”. Aşağıda şərh olunanlara əsasən, iddiaçı hesab edir ki,cavabdehin üzərinə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, Xaçmaz rayonu Qarabağı kənd sakini, 1971-ci il təvəllüdlü İddiaçı 22.09.1993-cti ildə keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən Səfərbərliklə əlaqədar olaraq Hərbi Xidmətə göndərilmişdir (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xaçmaz rayon Şöbəsinin 21 avqust 2018-ci il tarixli 199 nömrəli arayışı ). N saylı Hərbi hissədə xidmət edərkən cəbhə bölgəsində döyüşlərdə iştirak etmişdir. N saylı Hərbi Hissədə həmin vaxt vzvod komandiri işləmiş 1954-cü il təvəllüdlü, Xaçmaz rayon, Niyazoba kənd sakini X2 da təsdiq edə bilər ki, İddiaçı onunla birgə xidmət etmiş və döyüşlərdə iştirak etmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 11 aprel N-cü il tarixli 4819 saylı xəstəlik vəsiqəsindən görünür ki, X2 07.01.N -cü il tarixdə Fizuli bölgəsində döyüşlərdə güllə yarası almışdır. Başqa sözlə, onların eyni vaxtda xidmət etmələri təsdiq olunur. X3 İdarəsi Mərkəzi Arxivinin 16.09.2019-cu il tarixli ,912-13307 saylı və 27.01,2020ci il tarixli, 9/2-1112 saylı arxiv arayışları ilə də yuxarıda göstərilən hallar təsdiq olunur. Göstərilir ki, İ66 №li hərbi hissə komandirinin 11.11.1993-ci il tarixli 01 №li əmrində (əsas: səh.2, sıra 142, əmrdə atasının adı yazılmamışdır) Vəli Hüsynovun şəxsi həyətin siyahısına və bütün növ təminatlara daxil edilərək tuşlayıcı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Xaçmaz RHK-dan çağrılmış sıravi İddiaçı, İ66№li hərbi hissə komandirinin 10.12.1993-cü il tarixli 16 №li əmri ilə (əsas: səh. 16, sıra 182) şəxsi heyətin siyahısına daxil edilərək döyüş bölgəsində yerləşən Xaçinstroy kəndinə gəlmiş hesab olunmaqla aylıq məvacibi üçqat hesablanmışdır. N №li hərbi hissə komandirinin 22.12.1993-cü il tarixli 28 №li əmri ilə (əsas: səh.24, paq.fsıra 1) sıravi İddiaçı hərbiçi yoldaşlarının yas mərasimində iştirak etmək üçün üç günlük Bakı şəhərinə ezam olunaraq, şəxsi heyətin siyahısında saxlanılmaqla bütün növ ərzaq təminətından çıxarılmışdır. 166№li hərbi hissə komandirinin 01.01.N-cu il tarixli, 38 №li əmrilə (əsas: səh.28, paq. l, sıra 1) İddiaçı hərbi hissəyə qayıtmış hesab edilərək, bütün növ təminatlara daxil edilmişdir. Göründüyü kimi arxiv arayışları ilə də iddiaçının həqiqətən döyüş bölgəsində xidmət etməyi təsdiq olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komisiyasının 11.04.N-cü il tarixli 4819 saylı Xəstəlik haqqında şəhadətnaməsində göstərilir ki, aldığı xəsarətlər Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Onunla birgə hərbi xidmətdə olan hərbi qulluqçular da iddiaçının cəbhə bölgəsində döyüşlərdə iştirak etdiyimi təsdiq edə bilərlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə digər kateqoriyalı şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məkhəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə baxılır. Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 Nq-İİ Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silah!ı qüvvələr veteram», və «Əmək veteram» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №liqərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteram», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 16 sentyabr 2019cu il tarixli 9/2-13307 nömrəli arayışına əsasən İddiaçı hərbi hissədən xaric olunması barədə məlumat aşkar olunmamışdır və eyni zamanda iddiaçı qanuni əsaslarla ordu sıralarında tərxis olunması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. İddiaçının döyüş əməliyyatları aparılan zaman xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün onun hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməlliyatları aparan hərbi hissənin tərkibində xidmət etməsi sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə da tam sübuta yetirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan zaman xidməti və qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edirlər ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-1 (102)-1618/2020 nömrəli qərarı ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 16.09.2019-cu il tarixli, 912-13307 saylı məktubunda qeyd edilir ki, N №li hərbi hissə komandirinin 11.11.1993-cü il tarixli 01 №li əmrində (əsas: səh 2, sıra 142, əmrdə atasının adı yazılmamışdır) İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək tuşlayıcı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Xaçmaz RHK-dan çağırılmış sıravi İddiaçı N №li hərbi hissə komandirinin 10.12.1993-cü il tarixli 16 №li əmrilə (əsas: səh 16, sıra 182) şəxsi heyətin siyahısına daxil edilərək döyüş bölgəsində yerləşən Xaçinstroy kəndinə gəlmiş hesab olunmaqla aylıq məvacibi üçqat hesablanmışdır. N №li hərbi hissə komandirinin 22.12 1993-cü il tarixli 28 №liəmrilə (əsas: səh 24, §1, sıra 1) sıravi İddiaçı hərbiçi yoldaşlarının yas mərasimində iştirak etmək üçün uç gunluk Bakı şəhərinə ezam olunaraq şəxsi heyətin siyahısında saxlanılmaqla bütün növ ərzaq təminatından çıxarılmışdır. N №li hərbi hissə komandirinin 01.01.N-cü il tarixli 38 №liəmrilə (əsas:sən 28, §1, sıra 1) İddiaçı hərbi hissəyə qayıtmış nesab edilərək bütün növ təminatlara daxil edilmişdir. Qeyd edirik ki, N №li hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. İş materialları ilə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirakı təsdiqini tapsada onun qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1161/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1161/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver