Məhkəmə qərarları › İş №2-1(118)-1163/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1163/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1163/2020 24.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Sumqayıt Bələdiyyəsi, X10 və X12) Sumqayıt şəhəri Corat bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinə dair X9 adına, X.Hacıyevin ölümündən sonra arvadı X2 və X5 adına tərtib edilmiş torpağın plan və ölçüsündə, reyestr qeydində düzəliş edilərək Sumqayıt şəhəri, Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi kimi qeyd olunması və həmin ünvana dair koordinatlar müəyyən olunmaqla texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Sumqayıt Bələdiyyəsi, X10 və X12) iddia qaldıraraq Sumqayıt şəhəri Corat bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinə dair X9 adına, X.Hacıyevin ölümündən sonra arvadı X2 və X5 adına tərtib edilmiş torpağın plan və ölçüsündə, reyestr qeydində düzəliş edilərək Sumqayıt şəhəri, Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi kimi qeyd olunması və həmin ünvana dair koordinatlar müəyyən olunmaqla texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını İnzibati-İqtisadi Məhkəməsindən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(085)579/2019 saylı qərardadı ilə, Sumqayıt Bələdiyyəsi, X10 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-579/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)- 583/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1208/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. İddiaçının tələbinin əsasları. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 27 nömrəli qərarı ilə Corat bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Sumqayıt şəhər Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinə dair X9 adına torpağın planı və ölçüsü tərtib edilmişdir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhər Corat bağ massivində yerləşən 2386C bağ torpaq sahəsinin yerləşdiyi koordinatlara (cavabdehlərin ehtimal etdiyi Sumqayıt şəhəri Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi adı altında) mərhum X.Hacıyevin adına çıxarış verilmişdir. X.Hacıyevin vərəsəsi arvadı X10 həmin sənədlər əsasında mirası qəbul edərək mülkiyyət hüququ onun adına rəsmiləşdirilmişdir. Bundan sonra həmin əmlak X2 qızı X5 adına rəsmiləşdirilmişdir. İddiaçı hüquqlarının mühafizəsi ilə əlaqədar hüquqşünasa müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, X1 şəhəri Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinə dair Sumqayıt şəhər ZDS İK-nin BTİ və İB-nin xx.xx.1978-ci il tarixli 1680 saylı müqavilənin arxiv sənədi mövcud deyildir. Digər tərəfdən isə Sumqayıt şəhəri Corat bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinin X3 mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarış verilmişdir və hal-hazırda qüvvədədir. Sumqayıt şəhər Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi mövcud deyildir. Sumqayıt şəhəri Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinə dair Sumqayıt şəhər ZDS İK-nin BTİ və İB-nin xx.xx.1978-ci il tarixli 1680 saylı müqaviləsinin arxiv sənədi mövcud olmadığından həmin sənədi saxta olması qənaətinə gəlmək olar. Digər tərəfdən isə yuxarıda adları qeyd olunan orqanların əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsinin istifadəsindən məhrum olmuşdur. Cavabdeh təşkilata ərizə ilə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri Corat bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinə dair X9 adına, X.Hacıyevin ölümündən sonra arvadı X2 və bundan sonra X5 adına tərtib edilmiş torpağın planı və ölçüsündə, reyestr qeydində düzəliş edilərək Sumqayıt şəhəri Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi kimi qeyd olunmasını və həmin ünvana dair koordinatlar müəyyən olunmaqla texniki sənədlər verilməsi xahiş edilmişdir. İddiaçının ərizəsi ilə bağlı cavabdeh təşkilat ilk öncə xx xxxx 2018-ci il tarixli məktubunda qeyd etmişdir ki, ərizəsinin icrası mümkün deyil, ikinci məktuba cavab verilməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri Corat bağ massivində yerləşən 2386C saylı bağ torpaq sahəsində (cavabdehlərin ehtimal etdiyi Sumqayıt şəhəri Saray bağ massivində yerləşən 2336 saylı torpaq sahəsində) tikinti və sair işlər aparılır. İddiaçı tələbinin hüquqi əsasları kimi aşağıdakıları qeyd etmişdir: Birincisi, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 27 nömrəli qərarı ilə Corat bağları massivində yerləşən sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İkincisi, Sumqayıt şəhər Corat bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi X6 mülkiyyətində olmasına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarış qüvvədə olan zaman Sumqayıt şəhəri Corat bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinə dair X9 adına reyestrdə qeydin daxil edilməsi və buna dair çıxarışın verilməsi qanunsuz və əsassızdır. Üçüncüsü, Sumqayıt şəhər ZDS İK-nin BTİ və İB-nin xx.xx.1978-ci il tarixli, 1680 saylı müqaviləsində və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Sumqayıt şəhəri Saray bağ massvində yerləşən 2336 saylı torpaq sahəsi üçün mərhum X9 adına torpağın planı və ölçüsü tərtib edilmişdir. Bu onu təsdiq edir ki, mərhum X9 hüquq müəyyənedici və texniki sənədləri Sumqayıt şəhəri Saray qəsəbəsində olmuşdur, bunun isə Corat qəsəbəsinə aidiyyəti yoxdur. Dördüncüsü, Sumqayıt şəhəri Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsinə dair Sumqayıt şəhər ZDS İK-nin BTİ və İB-nin xx.xx.1978-ci il tarixli, 1680 saylı müqaviləsinin arxiv sənədi mövcud olmadığından həmin sənədin saxta olması qənaətinə gəlmək olur. Digər tərəfdən isə yuxarıda adları qeyd olunan orqanların əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ əsasında iddiaçı ona məxsus torpaq sahəsinin istifadəsindən məhrum olmuşdur. Beşincisi, mülkiyyətin üç elementi var: sahiblik, istifadə və sərəncam vermək hüququ. İddiaçı qeyd edir ki, o qeyd olunan torpaq sahəsi barəsində potensial mülkiyyətçiyə çevrilmişdir. İddiaçı cavabdeh təşkilatın imtinasını qanunsuz və əsassız hesab etmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdehin imtinası onun Konstitusiya və qanunlarla qorunan hüquqlarını pozur. Cavabdehin hüquqi mövqeyi. Cavabdeh qeyd edir ki, iddia ərizəsində göstərilən hallar cavabdeh tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-7566/15 saylı qətnaməsi ilə (hakim Zeyqəm Hüseynov) İddiaçı iddiası təmin edilərək, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 27 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0.12 hadan ibarət 2386C saylı bağ torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsi ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin həmin tarixdən bağlanmış hesab olunması, qətnamənin Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0.12 ha-dan ibarət bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün əsas hesab olunması qət edilmişdir. Məhkəmə qətnaməsi əsasında sözügedən torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır və sonuncunun adına xx xxxxxx 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan cavabdeh X10 tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2 (060)-7566/15 saylı qətnaməsi ləğv olunmuş, İddiaçı Sumqayıt Bələdiyyəsinə və X4 Sumqayıt Bələdiyyəsinə və X7 qarşı iddiası təmin edilməmişdir. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılaraq İddiaçı Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)7566/15 saylı qətnaməsi əsasında qeydiyyata alınmış hüquqları ləğv olunmuşdur. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(102)-6050/16 saylı qərarı ilə qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(105)-1461/16 saylı qətnaməsi ləğv edilmiş, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2(105)-796/2017 saylı qətnaməsi ilə hazırki iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmiş, İddiaçı ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin və mütəxəssis tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bu qətnamədən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2(105)796/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-139/2017 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və X15 Mərkəzinin 2 saylı Sumqayıt Layihə-Tədqiqat İdarəsinə və X8, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi və Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)- 6735/2018 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və X15 Mərkəzinin 2 saylı Sumqayıt Layihə-Tədqiqat İdarəsinə və X8, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi və Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “Torpaq sahəsinin planı və ölçüsü”nün etibarsız hesab edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Həmin ərazidə yerləşən və ilkin hüquqmüəyyənedici sənədlərdə ünvan “Sumqayıt şəhəri, Corat bağları ərazisi 2336” qeyd olunan 0.1503 ha torpaq sahəsi xx xxxx 2018-ci il tarixdə İdarəyə daxil olan ərizə və ərizəyə əlavə olunmuş Sumqayıt şəhər XDS İcariyyə Komitəsinin nəzdində olan bağ Təsərrüfatı İdarəsinin verdiyi “bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə” xx xxxxxx 1978-ci il tarixli, 1680 nömrəli müqavilə və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli, 7427 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında mərhum X9 adına qeydiyyata alınmışdır və sonuncunun adına xx xxxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra Sumqayıt “Asan Xidmət” mərkəzinə notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxxx 2018-ci il tarixdə təsdiq olunmuş 2V-817 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları qeydiyyata alınmış və xx xxxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan Sumqayıt şəhəri 4 saylı notariat kontorunun təsdiq etdiyi xx xxxxxxxx 2018-ci il tarixli, 4Ə-1660 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində X5 mülkiyyət hüquqları qeydiyyata alınmışdır və onun adına xx xxxxxxxx 2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sonrakı mərhələdə torpaq sahəsinin bir hissəsi bir neçə hissələrə bölünərək özgəninkiləşdirilmişdir. Beləliklə, X13 tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hazırki iddianın qaldırılmasında məqsəd mülki icraat qaydasında baxılmış iş üzrə artıq qanuni qüvvəsini almış və icra da edilmiş məhkəmə qətnaməsi ilə həllini tapmış mübahisənin yenidən qaldırılmasına nail olmaq üçün əsasın (və ya əsasların) əldə edilməsi və başqa şəxsə qarşı iddia tələbi adı altında nəyin bahasına olursa olsun, mülki icraat qaydasında həll edilmiş məsələyə yenidən baxılmasına, bu mübahisənin öz xeyrinə həll edilməsinə nail olmaqdır. Məhkəmənin gəldiyi nəticənin hüquqi əsası: Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-579/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının öhdəliyin icrası haqqında hazırkı iddia tələbinin predmeti əslində iddiaçı ilə üçüncü şəxslər arasında torpaq sahəsi ilə bağlı uzun illər mülki məhkəmə icraatı qaydasında davam edən məhkəmə mübahisələri ilə bağlı olmaqla hüquq münasibətlərinin xarakterinə görə cavabdeh inzibati orqanın ümumi (publik) hüquq sahəsində həyata keçirilən fəaliyyəti ilə əlaqədar deyildir. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)-583/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iddianı bu əsasla mümkünsüz hesab etməyi əsaslı hesab etməməşdir. Məhkəmə iş materiallarını əraşdıraraq hesab edir ki, iddia digər əsaslarla mümkün hesab edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı özünə məxsus olan plan və ölçü sənədinə deyil, üçünçü şəxslərə məxsus plan və ölçü sənədinə düzəliş edilməsini istəyir. Lakin məhkəmədə hüquqların müdafiəsi, müəyyən olunması, habelə hüquqlara düzəliş edilməsi və dəyişdirilməsi ilə bağlı hüquqları pozulmuş şəxslər tərəfindən, hüquq sahibləri tərəfindən müraciət olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı digər şəxsin deyil, özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası ilə bağlı iddia irəli sürmək yolu ilə hüquqi müdafiə vasiətlərindən istifadə edə bilər. Digər şəxsələrə verilmiş torpaq sənədləri iddiaçının subyektiv hüququ olduğu torpaq sahəsinə verilmişsə, o halda həmin sənədləri mübahisələndirə bilər, ləğvi vəya etibarsızlığını tələb edə bilər. Lakin iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş torpağın plan və ölçüsündə, reyestr qeydində düzəliş edilərək Sumqayıt şəhəri, Saray bağ massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi kimi qeyd olunması və həmin ünvana dair koordinatlar müəyyən olunmaqla texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, digər şəxsin hüquqlarının dövlət qeydiyyatı ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyulması inzibati məhkəmə icraatı qaydasında baxılan idialarda nəzərdə tutulmamışdır. İdiaçı ona məxsus torpaq sahəsinə digər şəxsə qanunsuz sənəd verildiyi halda, həmin sənədin ləğvini vəya etibarsızlığını tələb edə bilər. Digər tələblər artıq həmin üçüncü şəxsin hüquqları daxilində olan tələblərdir və yalnız həmin şəxs tərəfindən irəli sürülə bilər. Bundan əlavə iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə üçüncü şəxslər arasında daha əvvəllərdə məhkəmə mübahisələri olmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qeyd edilən torpaq sahəsinə dair mübahisələrə hüquqi qiymət verilmişdir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə qarşı topraq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamədən verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iddiaçı Sumqayıt Bələdiyyəsinə, cavabdeh X7 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin daşınmaz əmlaka sahiblik və istifadə hüququnun və reyestrdə qeydiyyata alınması üçün əsas hesab edilməsi tələbinə dair iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx xxxxxx 2015ci il tarixli, 2(060)7566/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli 2(105)-796/2017 saylı qətnaməsi ilə həmin iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “X20” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar