Məhkəmə qərarları › İş №2-1(118)-1164/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1164/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1164/2023 05.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “cavabdeh tərəfindən xx.xx.2007ci il tarixli 208 saylı doğum akt qeydinin ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh (keçmiş VVAQ şöbəsi) tərəfindən xx.xx.2007-ci il tarixdə, AZ-İ № 930979 doğum haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbini dəqiqləşdirərək, “cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixli 208 saylı doğum akt qeydinin ləğv edilməsi” tələbinə dair 1 qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2, xx.xx.1968-ci iidə Siyəzən şəhərində anadan olmuşdur. Keçmiş həyat yoldaşı, İddiaçı1, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Aralarında olan nikah xx.xx.2013-cü il tarixli, AZ-l № 160698 nikahın pozulması haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X1, xx.xx.2006-cı ildə Rusiya Federasiyası Samara vilayətində anadan olmuşdur ki, bununla bağlı xx.xx.2006-cı il tarixli, İ- EP№ 837958 doğum haqqında şəhadətnamə almışdırlar(Samara vilayəti Baş VVAQ İdarəsinin Samara şəhər dairəsinin Sovetsk rayonu VVAQ şöbəsi tərəfindən). Paralel olaraq, uşağın babası X3, xx.xx.2007-ci il tarixdə, AZ-1 № 930979 Siyəzən VVAQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə almışdır. Sonra onun əsasında xx.xx.2007-ci il tarixli, AZE № 10233185 şəxsiyyət vəsiqəsi almışdır. ( heç bir yerdə qeydiyyatı olmadan, sənəd təqdim etmədən) Bu barədə onların heç bir məlumatları olmamışdır. xx.xx.2022-ci il tarixdə həqiqi şəxsiyyət vəsiqəsi əsasında ( 6XQ3FJK ) ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə almışdırlar. Övladlarının şəxsiyyət vəsiqəsinin yenilənməsi üçün xx.xx.2022-ci il tarixdə 3 Saylı ASAN xidmətə müraciət etmişdirlər. Oradan onlara bildirilmişdir ki, övladlarının adına 2 FİN kod çıxır. ASAN xidmətdən onlara bildirmişlər ki, doğum haqqında şəhadətnamənin ləğvi üçün Cavabdehnə müraciət etsinlər. Cavabdehndən xx.xx.2022-ci il tarixli, 267 saylı cavab məktubu ilə bizə bildirilmişdir ki, akt qeydinin ləğv edilməsi üçün ilkin yazılmış akt qeydi əsas olmalıdır. Akt qeydinin surətinin Rusiya Federasiyasından 6 ay müddətinə göndərildiyini nəzərə alaraq vaxt məhdudiyyəti baxımından doğum akt qeydinin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət elməyi qərara almışdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və cavabeh orqan tərəfindən iddiaya yazılı münasibət bildirməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh iddiaçılara ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İ- EP № 887958 saylı, 23 avqust 2006-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının Samara vilayəti, Samara şəhərində anadan olmuşdur. - AZ-İ № 930979 saylı, 03 iyul 2007-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 05 avqust 2006-cı il tarixdə Siyəzən rayonunda anadan olduğu, bununla bağlı doğum haqqında akt qeydləri kitabında 208 nömrə ilə , 03 iyul 2007-ci il tarixdə qeyd aparılması qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Cavabdeh tərəfindən tərtib edilmiş 208 saylı, 03 iyul 2007-ci il tarixli “Doğum haqqında akt qeydi”nin surətindən görünür ki, X4 05 avqust 2006-cı il tarixdə Siyəzən rayonunda anadan olduğu qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıların övladı X6 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının Samara vilayəti, Samara şəhərində anadan olmuşdur. Bunu Rusiya Federasiyası tərəfindən verilmiş EP № 887958 saylı, 23 avqust 2006-cı il tarixli “Doğum haqqında şəhadətnamə” də təsdiq edir. Buna baxmayaraq, eyni zamanda X4 adına AZ-İ № 930979 saylı, 03 iyul 2007-ci il tarixli “Doğum haqqında şəhadətnamə” tərtib edilmişdir. Həmin şəhadətnamədə isə X4 05 avqust 2006-cı il tarixdə Siyəzən rayonunda anadan olduğu, bununla bağlı doğum haqqında akt qeydləri kitabında 208 nömrə ilə, 03 iyul 2007-ci il tarixdə qeyd aparılması qeyd edilmişdir. İddiaçılar qeyd edilən şəhadətnamənin ləğvi ilə bağı inzibati orqana müraciət etmiş, cavabdehin 18 oktyabr 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də onlar məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli 208 saylı doğum akt qeydinin ləğv edilməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarından görünür ki, X2 Federasiyasının Samara vilayətinin Samara şəhərində doğulmuş və onun orada 05 avqust 2006-cı il tarixdə doğumu qeydə alınaraq doğum haqqında akt qeydi tərtib olunmuşdur. Həmin akt qeydi əsasında ona, 23 avqust 2006-cı il il tarixdə Doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdeh tərəfindən verilmiş AZ-İ № 930979 saylı, 03 iyul 2007-ci il tarixli “Doğum haqqında şəhadətnamə” isə 208 nömrəli, 03 iyul 2007-ci il tarixli Doğum haqqında akt qeydi əsasında verilmiş və eyni zamanda həmin akt qeydində X6 barəsində məlumatlar fərqli qeyd edilmişdir. Belə ki həmin qeyddə onun Siyəzən rayonunda anadan olduğu qeyd edilmişdir. X4 doğumu ilkin olaraq Rusiya Federasiyası, Samara şəhərində qeydiyyata alındığından və həmin qeydiyyat əsasında Moskva Höküməti, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi tərəfindən Doğum haqqında şəhadətnamə verildiyindən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən sonradan tərtib edilmiş 208 nömrəli , 03 iyul 2007-ci il tarixli Doğum haqqında akt qeydi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qeyd olunan qaydanın 1.5-ci bəndinə görə icra hakimiyyətinin nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. Həmin Qaydanın 1.11-2-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət etdikdə, bu halda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır. Həmin Qaydanın 2.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş 208 nömrəli , 03 iyul 2007-ci il tarixli Doğum haqqında akt qeydi ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 208 nömrəli , 03 iyul 2007-ci il tarixli Doğum haqqında akt qeydi ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar