Məhkəmə qərarları › İş №2-1(118)-1167/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1167/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1167/2020 26.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 (DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialda mütəxəssis işləyən, Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi ev 42-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 sayıl Regional Ərazi filialına qarşı Azərbaycan Respublikası DSMF-nin Quba rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel-oktyabr aylarında pensiyasından tutulmuş 370 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və əmək pensiyasından pul tutulmasınını cavabdehə qadağan edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon şöbəsinə qarşı iddia ərizəsi verərək Azərbaycan Respublikası DSMF-nin Quba rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel, may və iyun aylarında pensiyasından tutulmuş 268 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və əmək pensiyasından pul tutulmasınını cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Azərbaycan Respublikası DSMF-nin Quba rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel-oktyabr aylarında pensiyasından tutulmuş 370 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və əmək pensiyasından pul tutulmasınını cavabdehə qadağan edilməsi Məhkəmə tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdeh prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialı cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıl İddiaçı xx xxxx 2007-ci il tarixdə 1ci qruo əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin əvvəlində əmək pensiyasının məbləği 334.50 manat məbləğində təşkil etmişdir. 2020-ci lin aprel ayından qanunsuz olaraq onun pensiyasından tutulmalar aparılmışdır. Belə ki, həmin ilin aprel ayından-oktyabr ayınadə k pensiyasından tutulmalar aparılmışdır. Bununla bağlı o, cavabdehə müraciət etmiş və cavabında bildirilmişdir ki, 1-ci qrup əlillərə qulluq üçün əmək pensiyasınını sığorta hissəsinə 11 manat əlavə əvəzinə xx.xx.2019-cu il tarixdən 50 manat məbləğində Prezident təqaüdü təsis edilmişdir. lakin iddiaçıya ödənilən 11 manat xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənildiyindən həmin əlavələr geri tutulmağa başlanmışdır. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab edərək bununla bağlı iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini və iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçıya 2007-ci ildə l qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən l qrup əlillərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə 11 manat əlavə əvəzinə 1 qrup əlilliyi olan şəxslərə qulluq edənlərə xx.xx.2019-cu ildən 50 manat məbləğində Prezident təqaüdü təsis edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya 1 il ərizndə həm 11 manat əlavə, həm də 50 manat təqaüd ödənilmişdir. Bununla bağlı ödənilmiş əlavə xx.xx.2020-ci ildən pensiyadan tutulmuşdur. Artıq pensiyadan tutulma dayandırılmışdlr. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli sərəncamnın 1.10-cu bəndindən görünür ki, İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə İ qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının əmək pensiyasının tərkibində 1-ci dərəcə əlilə qulluğa görə 11 manat sığorta hissəyə əlavə xx.xx.2019-cu ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən pensiya məbləğindən çıxılmalı olan halda ödənişi davam etdirilmiş və nəticədə artıqalma yaratmışdır. Bundan başqa cavabdehin nümayəndəsi izah ki, iddiaçı gözdən əlil olmasına baxmayaraq TSEK yərəfindən tərtib olunan reyestrdə əlilliyin səbəbi “Ümumi səbəbdən” kkimi qeyd edilmişdir və bu MİS-in Pensiya Altsistemində də öz əksini tapmışdır. Nəticədə vətəndaşın əmək pensiyasında 1 dərəcə “Gözdən əlilliyə görə” 110 manat sığorta hissəyə əlavə xx.xx.2019, xx.xx.2020-ci il tarixlərdə əmək pensiyalarının artımı ilə əlaqədar indeksasiya olunmamalı olduğu halda avtomatlaşdırılmış qaydada indeksasiya olunmuşdur. İddiaçının pensiyasının məbləğində həm də bu səbəbən pensiyası artıq hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya artıq ödənilmiş əlavənin onun pensiyasından qanuna zidd olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar