Məhkəmə qərarları › İş №2-1(118)-1167/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1167/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1167/2022 24.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı “xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın iddiaçıya məxsus 0,07 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı iddia qaldıraraq “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 07 iyun 2011-ci il tarixli 199 saylı rəyinin və 04 iyul 2011-ci il tarixdə 477 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünün, Qusar rayon Qalacıq bələdiyyəsinin 09 iyun 2011-ci il tarixli iclas protokolunun 6 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi və vəkili ilə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilməsi və iddianın mümkünlüyü məsələsi müzakirə edilmişdir. Həmin normaya əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinin cavabdehlər sırasından çıxarılaraq, yalnız Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı “xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın iddiaçıya məxsus 0,07 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon ZDS İK-nin 12 iyun 1965-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə kooperativlər ittifaqı üçün yeməkxana tikməkdən ötrü Qalacıq kəndində meyvəçilik sovxozunun torpaq fondundan Qusar-Xudat yolunun kənarından 0.7 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində o tikinti altı torpaq sahəsi 303,8 kv.metr, ümumi sahəsi 265,6 kv.metr olan mağaza binası inşa etdirmişdir. Həmin mağaza binası onun tərəfindən özəlləşdirilmiş və xx.xx.2008-ci il tarixli ******* qeydiyyat nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin mağaza binasının qarşısında olan torpaq sahəsini cavabdeh X6 istifadə etməyə başlamış, o onun həmin torpaq sahəsini buraxmasını tələb etmişdir, lakin, o, orada olan 0.12 hektar torpaq sahəsini Qusar rayonu Qalacıq bələdiyyəsindən satın aldığını bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən də, Qusar rayonu qalacıq bələdiyyəsi 12 yanvar 2012-ci il tarixli alqı satqı müqaviləsinə əsasən 0.12 hektar torpaq sahəsini yaşayış məntəqələrinə aid torpaq sahəsi kimi X1. Daha sonra isə həmin alqı-satqı müqaviləsinin əsasında X4 adına Seriya RX ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu barədə vəkilin sorğusuna xx.xx.2017-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən bildirilmişdir. Bundan sonra o, Qusar rayon məhkəməsində iddia qaldıraraq Qusar rayonu Qalacıq bələdiyyəsi ilə X6 arasında bağlanmış 12 yanvar 2012- ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında X4 adına verilmiş Seriya RX ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdim. İşə baxılarkən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 iyun 2019- cu il tarixli 12217 saylı rəy verilmişdir. Həmin rəyə əsasən müəyyən olunmuşdur ki, X2 0.12 ha torpaq sahəsinin 83.5 kv.metr hissəsi ona məxsus 265.6 kv.metr qeyri-yaşayış binasının altında olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmin rəy ona məxsus qeyri-yaşayış binasına nəzərən verilmişdir. Həmin qeyri yaşayış binasının ölçüsü isə qeyd edildiyi kimi 265.6 kv.metr təşkil edir. Əgər ekspertiza Qusar rayon ZDS İK-nin 12 iyun 1965-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə kooperativlər ittifaqı üçün yeməkxana tikməkdən ötrü Qalacıq kəndində meyvəçilik sovxozunun torpaq fondundan Qusar-Xudat yolunun kənarından verilmiş 0.7 hektar torpaq sahəsi ilə müqayisəli şəkildə aparılmış olsaydı müəyyən olunardı ki, Radik Qasımova satılmış 0.12 ha torpaq sahəsi bütövlükdə həmin 0.7 hektar torpaq sahəsinin tərkibinə daxildir. Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-57/2019 saylı qətnaməsi ilə iddiam təmin edilmiş, Qusar rayonu Qalacıq bələdiyyəsi ilə X6 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında X4 adına verilmiş Seriya RX ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. X6 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(105)- 1393/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-57/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının iddiası qismən təmin olunmuş, cavabdehlər Qusar rayonu Qalacıq bələdiyyəsi ilə X6 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 11 iyul 2008-ci il tarixli 00009994 qeydiyyat nömrəli şəhadətnamə ilə İddiaçı verilmiş 265.6 kv.metr qeyri- yaşayış binasının altında olan torpaq sahəsi ilə üstüstə düşdüyü 83.5 kv.metr hissəsində etibarsız hesab edilmiş və həmin müqavilə əsasında cavabdeh X4 adına verilmiş Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış qeyd edilən 83.5 kv.metr hissədə ləğv edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(102)-2245/2021 saylı Qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(105)-1393/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(102)- 2245/2021 saylı Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “X3 torpaq sahəsinin alqı-satqısı həyata keçirdilməmişdən əvvəl müvafiq bələdiyyənin müraciəti əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi 07 iyun 2011-ci il tarixli rəy verərək satılması nəzərdə tutulan torpaq sahəsinin müsabiqəyə çıxarılmasını məqsədəmüvafiq hesab etmiş, həmin idarə torpaq sahəsinin plan və ölçüsünü hazırlamış və təsdiq etmiş, bundan sonra Qusar rayonu Qalacıq bələdiyyəsinin 09 iyun 2011-ci il tarixli iclas protokolunun 6 saylı qərarı ilə həmin torpaq sahəsinin satışa çıxarılması qərara alınmış və məhz həmin prosedurlardan sonra cavabdehlə torpağa dair 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi torpağın cavabdehə satılmasına dair müqavilənin əsasını yuxarıda qeyd olunan orqanların inzibati aktları təşkil edir. Torpaq sahəsinin ayrılması, müsabiqəyə çıxarılması və satılmasına dair inzibati aktlar inzibati məhkəmədə mübahisələndirilmədən iddianın təmin olunması əsaslı olmayacaqdır. Çünki, iddiaçı əslində torpaq sahəsinin təyinatının dəyişdirilməsini, əsassız olaraq həyətyanı torpaq sahəsi kimi ayrılmasını, onun qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üztə düşməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır ”. Sumqayıt Apelyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2( 105)- 2211/2021 saylı qətnaməsi ilə Qusar rayon məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(029)- 57/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya isə həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bildirir ki, Qusar rayon ZDS İK-nin 12 iyun 1965-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə kooperativlər ittifaqı üçün yeməkxana tikməkdən ötrü Qalacıq kəndində meyvəçilik sovxozunun torpaq fondundan Qusar-Xudat yolunun kənarından verilmiş 0.7 hektar torpaq sahəsinin təyinatı həyətyanı torpaq sahəsi deyil, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş torpaq sahəsi və həyətyanı torpaq sahəsi kimi hər hansı şəxsin mülkiyyətinə satıla bilməzdi. Bundan başqa, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid deyildir. Göründüyü kimi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi Qusar rayonu Qalacıq bələdiyyəsinin müraciətinə əsasən 07 iyun 2011-ci il tarixli 199 saylı rəy verərək satılması nəzərdə tutulan torpaq sahəsinin müsabiqəyə çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir. Halbuki, yuxarıda qeyd etdiyim kimi həmin torpaq sahəsinin həmin bələdiyyəyə heç bir aidiyyəti olmamış, iddiaçının istifadəsində olan torpaq sahəsi olmuş və torpaq sahəsinin təyinatı isə həyətyanı deyil, sahibkarlıq olmuşdur. Buna baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi həmin torpaq sahəsinin hüquqi rejimini və hüquqi statusunu düzgün müəyyən etməyərək və bununla da, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərini və torpaq münasibətlərini tənzimləyən digər qanunvericilikt aktlarının tələblərini, o cümlədən mənim torpağa dair maraq və mənafeyimi pozaraq yuxarıda göstərilən rəy vermişdir. Bundan sonra isə Qusar rayonu Qalacıq bələdiyyəsi özünün 09 iyun 2011-ci il tarixli iclas protokolunun 6 saylı qərarı ilə torpaq sahəsinin satışa çıxarılmasını qərara almışdır. Daha sonra isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi həmin toirpaq sahəsinə dair 04 iyul 2011-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsünü tərtib etmiş və 477 nömrə ilə uçota almışdır. Bununla da, yuxarıda qeyd edilən inzibati aktlar Qusar rayon ZDS İK-nin 12 iyun 1965-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə kooperativlər ittifaqı üçün yeməkxana tikməkdən ötrü Qalacıq kəndində meyvəçilik sovxozunun torpaq fondundan Qusar-Xudat yolunun kənarından 0.7 hektar torpaq sahəsinin hüquqi statusuna və hüquqi rejiminə uyğun olmamaqla Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun, «Torpaqların alqı-satqı qayları»nın, eləcə də mülki qanunvericiliyin tələblərini, o cümlədən iddiaçının qanunla qorunan maraqlarını və mənafeyini pozmuşdur. Beləliklə, hesab edir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsinin 07 iyun 2011-ci il tarixli 199 saylı rəyi və 04 iyul 2011-ci il tarixdə 477 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsü, Qusar rayonu Qalacıq bələdiyyəsinin 09 iyun 2011-ci il tarixli iclas protokolunun 6 saylı qərarı etibarsız hesab edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsindən Qusar rayonu Qalacıq bələdiyyəsinin adına verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin, həmin idarə bu barədə məhkəməyə müraciət etməyi bidirərək müvafiq məktub vermişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 müddətin ötürülmədiyini hesab etdiklərindən, iddiaya mahiyyət üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsinə və X5 (üçüncü şəxlər Qusar rayonu Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 saylı Ərazi İdarəsi) qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-57/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Qusar rayonu Qalacıq Bələdiyyəsi ilə cavabdeh X6 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh X4 adma verilmiş Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X6 apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-57/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1393/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 2(029)-57/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin olunmuş və cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsi ilə X6 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 11 iyul 2008-ci il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnamə ilə İddiaçı verilmiş 265.6 kv.metr qeyri-yaşayış binasının altında olan torpaq sahəsi ilə üstüstə düşdüyü 83.5 kv.metr hissəsində etibarsız hesab edilmiş və həmin müqavilə əsasında cavabdeh X4 adma verilmiş Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qeyd edilən 83.5 kv.metr hissədə ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən tərəflər kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı ilə Sumqay Apelyasiya Məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxmış Sumqayıt Apelyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarxli qərardadı ilə Qusar rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilmişdir. İddiaçı 2019-cu ildən hazırda mübahisələndirdiyi qərar və digər sənədlər məlumata malikdir. Lakin iddiaçı bələdiyyə qərarını və s. vaxtında mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin q və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Məhkəmə iclasında üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçının iddiası cavabdehin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarının iddiaçıya məxsus 0,07 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsindən ibarətdir. Göründüyü kimi iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktı mübahisələndirir. Beləliklə hazırki iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Bu şərtlərə həmçinin qeyd olunan iddia növü üzrə prosessual müddətlərə riayət olunması da daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsinə və X5 (üçüncü şəxlər Qusar rayonu Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi) qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-57/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Qusar rayonu Qalacıq Bələdiyyəsi ilə cavabdeh X6 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh X4 adına verilmiş Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1393/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 2(029)-57/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin olunmuş və cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsi ilə X6 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 11 iyul 2008-ci il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnamə ilə İddiaçı verilmiş 265.6 kv.metr qeyri-yaşayış binasının altında olan torpaq sahəsi ilə üst-üstə düşdüyü 83.5 kv.metr hissəsində etibarsız hesab edilmiş və həmin müqavilə əsasında cavabdeh X4 adına verilmiş Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qeyd edilən 83.5 kv.metr hissədə ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən tərəflər kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxmış Sumqayıt Apelyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarxli qərardadı ilə Qusar rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilmişdir. Beləliklə iş materiallarından görünür ki, iddiaçı mübahisələndirdiyi sənədlərdən hazırda məhkəmədə iddia qaldırmamışdan öncə, yəni əvvəlki məhkəmə mübahisələri zamanı məlumatlı olmuşdur. Lakin qeyd olunan mübahisə üzrə yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı 13 aprel 2021-ci il tarixdə qəbul olunsa da, iddiaçı tərəfindən həmin müddətdən uzun müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Beləliklə iddiaçı hazırki iddiaya məhkəmədə baxılması üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı “xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın iddiaçıya məxsus 0,07 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı “xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın iddiaçıya məxsus 0,07 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar