Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1169/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Şamaxı rayonu, 1-ci Çaylı kəndində yaşayan), Cavabdehin nümayəndəsi X2 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri,Ə.Nəzmi küçəsi ev 14-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı imtinanın əsassız hesab olunması, 1967-ci ilin yanvar ayından xx xxx 1973-cü ilədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cl il tarixədək Şamaxı rayın 1-ci Çaylı C.Cabbarlı adına kolxozda, xx xxx 1991-ci ildən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı sovxozunda işlədiyi müddətin sosial siğorta stajına hesablanması və yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şamaxı rayon şöbəsinə qarşı imtina cavabının əsassız hesab olunması, 1967-ci ilin yanvar ayından xx xxx 1973-cü ilədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cl il tarixədək Şamaxı rayın 1-ci Çaylı C.Cabbarlı adına kolxozda, xx xxx 1991-ci ildən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı sovxozunda işlədiyi müddətin sosial siğorta stajına hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1967-ci ilin yanvar ayından xx xxx 1973-cü ilədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cl il tarixədək Şamaxı rayın 1-ci Çaylı C.Cabbarlı adına kolxozda, xx xxx 1991-ci ildən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı sovxozunda işlədiyi müddətin sosial siğorta stajına hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə qismən təmin edilərək İddiaçı 15 yaşının tamam olduğu dövrdən sonra işlədiyi və dövlət arxivinin arayışları ilə təsdiq olunan dövrlər, onun pensiya təyinatının hesablanması zamanı nəzətə alınmaqla pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göstərilən qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialını inzibati məhkəmə icraatına cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1955-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1967-ci ilin yanvar ayından C.Cabbarlı adına kolxozda başlamışdır. xx xxx 1973cü il tarixə kimi və xx xxxxxx 1975-ci il tarixdın xx xxxxxxxx 1976-cı il tarixədək orada işləmişdir. Daha sonra o, C.Cabbarlı sovxozunda fəaliyyətini davam etdirmiş, bu dövr əmək kitabçasında qeyd edilmişdir. xx xxx 1991-ci il tarixdən xx xxxxxx 1996-cı il tarixədək C,Cabbarlı adına sovxozda işləmişdir. O, zəruri sənədləri toplayıb əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh ona imtina cavabı verərək göstərilən dövrləri onun sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçı 1967-ci ildən başlayaraq işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsini tələb edir ki, 15 yaşı tamam olmadan şəxsin işə götürülməsi qadağandır. Bu səbəbdən iddiaçının 15 yaşı tamam olana kimi müddətin sosial sığorta stajına daxil edilməsi qeyri mümkündür. Bundan sonrakı dövrə gəldikdə isə qeyd olunmalıdır ki, göstərilən müddət onun əmək kitabçasında qeyd olunmadığından cavabdeh həmin müddəti sosial sığorta stajıa daxil etməkdən və yaşa görə əmək pensiyasınə təyin etməkdən imtina etmişdir. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. -Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 131 saylı xx.xx.2019-cu il tarixli arxiv çıxarışlarından görünür ki, İddiaçı həqiqətən 1967-1973-cü illərdə və 1975-1976-cı illərdə Şamaxı rayonu 1-ci Çaylı kənd C.Cabbarlı adına kolxozda kolxozçu işləmiş, 1967-ci ildə 5 əmək günü, 1968-ci ildə 68 əmək günü, 1969-cu ildə 150, 1970-ci ildə 144, 1971-ci ildə 102, 1972-ci ildə 222, 1973-cü ildə 318, 1975-ci ildə 181 və 1976-cı ildə 596 əmək günü işləmişdir. -Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 131 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 1976-cı ilin sentyabr ayından 1982-ci ilədək Çaylı kənd C.Cabbarlı adına sovxozda, 1983-1985-ci illərdə və 1986-1990-cı illərdə Quşçu kənd Xəqani adına sovxozda, 1991-1996-cı illrədə Çaylı kənd C.Cabbarlı adına sovxozda işləmiş və əmək haqqı almışdır. -Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 1967-ci ildən xx xxxxxxxx 1978-ci il tarixədək C,Cabbarlı adına kolxozda kişilər üçün minimum 180 əmək günü təyin edilmişdir. -Azərbaycan Respublikası DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı 1967-ci ilin yanvar ayından xx xxx 1973cü ilədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cı il tarixədək Şamaxı rayın 1-ci Çaylı C.Cabbarlı adına kolxozda, xx xxx 1991-ci ildən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı sovxozunda işlədiyi dövr onun əmək kitabçasında əksini tapmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin etmək mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi 1967-1973, 1975-1976-cı illərdə C.Cabbarlı adına kolxozda işləməsi kişilərə 180, qadınlara 120 əmək günü, 1991- 1996-cı illərdə l Çaylı kolxozunda və sovxozda isə ayla hesablanır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pesniya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddən üzrə nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı işlədiyi dövrdə Çaylı kənd C.Cabbarlı adına kolxozda əmək iştirakı minimumu 180 əmək günü müəyyən edilmişdir. İddiaçının 1972-1976-cı illərdə hər ildə 180 əmək günündən artıq işləməsi təsdiq edildiyindən göstərilən illər onun sosial sığorta stajına daxil edilməlidir. 1991-1996-cı illərə gəldikdə məhkəmə qeyd edir ki, həmin müddət əmək kitabçasında qeyd edilməsə də, iddiaçının həmin dövrdə işləməsi və əmək haqqı alması arxiv arayışı ilə təsdiq edildiyindən cavabdehin həmin müddəti sosial sığorta stajına daxil etməkdən imtinası əsassızdır. Bununla yanaşı məhkəmə hesab edir ki, qanunverciiliyə əsasən əmək müqaviləsi 15 yaşına çatmış şəxslərlə bağlana biləcəyinə görə, iddiaçının 15 yaşı tamam olana kimi işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməməlidir. Buna baxmayaraq qalan müddət ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 1970-ci ildə 144, 1971-ci ildə 102 əmək günü normasını yerinə yetirmişdir. İllik normanın 180 əmək günü olması nəzərə alınarsa, məhkəmə hesab edir ki, 1 il 6 ay iş stajı da iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı 30 ilə yaxın sosial sığorta stajına malik olması öz təsdiqini tapdı. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, iddiaçının 1970-ci ilin yanvar ayından xx xxx 1973-cü il tarixədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cı il tarixədək Şamaxı rayon l Çaylı C.Cabbarlı adına kolxozda və xx xxx 1991-ci il tarixdən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı adına sovxozda işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməli və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 1970-ci ilin yanvar ayından xx xxx 1973-cü il tarixədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cı il tarixədək Şamaxı rayon l Çaylı C.Cabbarlı adına kolxozda və xx xxx 1991-ci il tarixdən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı adına sovxozda işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1169/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1169/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver