Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1169/2021 09.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Hacıbalayev Knyaz Qubaşah oğlunun iştirakı ilə İddiaçı cavabdeh Qusar rayon Həzrə Bələdiyyəsinə qarşı “Onun sənədlərinin əsillərinin ona qaytarılması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qusar rayon Həzrə Bələdiyyəsinə qarşı “Onun sənədlərinin əsillərinin ona qaytarılması”na dair iddia ərizəsi ilə məkhəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 14.12.2005-ci ildə özü üçün fərdi yaşayış evi tikmək məqsədi ilə həyətyanı torpaq sahəsi almaq üçün bələdiyyəyə müraciət etmişdir. Qusar rayon Həzrə bələdiyyəsinin 30 noyabr 2005-ci il tarixli, 13 saylı qərarı 2006-cı ildə bələdiyyə sədri tərəfindən iddiaçının adına 0,10 ha torpaq sahəsinin sənədləri ona verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yerini də iddiaçıya göstərmişdir. İddiaçı bələdiyyənin hesabına 14 dekabr 2005-ci ildə ödəniş də etmişdir. İddiaçıya sənədlərin surətlərini və xəritəsindən çıxarışı verməsinə baxmayaraq, ona söz vermişdir ki, çıxarışla birlikdə sənədlərini əslini verəcəkdir. Lakin bu günə kimi iddiaçı sənədlərinin əsillərini ala bilmir. Hal-hazırkı bələdiyyə müxtəlif bəhanələr gətirərək, iddiaçının sənədlərini qaytarmaqdan yayınır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Hacıbalayev Knyaz Qubaşah oğlu iştirak etmiş, iddia ərizəsinə uygun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia ödəliyin icrasıdır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddiaçı müxtəlif vaxtlarda cavabdeh bələdiyyədən müvafiq sənədlərin əsillərini tələb etmiş, bələdiyyə isə həmin sənədlərin bələdiyyənin arxivində saxlanılmadığını bildirmişdir. İddianın əsaslığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mahiyyəti baxımından əsaslı deyil. Belə ki, iddiaçı sənədlərinin əsillərinin ona qaytarılmasını istəyir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı satılmış 0.10 ha torpaq sahəsi Həzrə Bələdiyyəsi yox, Kirig Bələdiyyəsi tərəfindən verilmişdir. İddiaçı ilkin sənədlərinin əsli Həzrə Bələdiyyəsində aşkar edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə bilməz. İş materiallarına əlavə edilmiş Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 09.03.2021-ci il tarixli, 76 saylı Arxiv Çıxarışına əsasən X2 İclasının 13 saylı Protokol Qərarı əsasında Kirig kənd sakini İddiaçı 0.10 ha torpaq sahəsi satılmışdır. İddiaçının nümayəndəsi Hacıbalayev Knyaz Qubaşah oğlu əvvəldə öz adından eyni iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-711/2021 saylı 08 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və hüququ müdafiə vasitələri izah edilmişdir. Lakin yenidən uğurlu olayan hüquq müdafiə vasitəsi seçilmişdir. Bununla bağlı məhkəmə iclasında iddiaçı tərəfə yenidən hüquqi yardım edilmiş, iddiaçı hüquqi savadı olmadığını müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Belə ki, hansı sənədlər arxivdə varsa müvafiq arxiv çıxarışı əldə edə bilər, hansıkı həmin sənədlərin əslini əvəz edən hüquqi əsas yaradır, hansı sənədlər arxivdə yoxdursa, fakt təsdiqi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1169/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1169/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver