Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1169/2022 17.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis şöbəsinə qarşı “X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH №0032231 nömrəli xx.xx.2009-cu il tarixli çıxarışına əsasən İddiaçı məxsus Siyəzən şəhəri Sabir küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 87 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin Siyəzən rayon Polis şöbəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X1 Siyəzən şəhəri Sabir küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 87 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 1054Ə-3222 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. X2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri Sabir küçəsində 0.06 ha. torpaq sahəsində yerləşən 87 saylı fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır (əsas-“ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” Seyriya MH № 0032231, xx.xx.2009-cu il tarixli “Çıxarış”). Belə ki, hazırki evin inşasına 2000-ci ildə başlamış və 2009-cu ildə tikintisini başa çatdırıb müvafiq “Çıxarış” almışdır. Hazırda 0.06 ha. torpaq sahəsində yerləşən 87 saylı fərdi yaşayış evində iddiaçı, həyat yoldaşı Narxanım Əsədova ilə birlikdə yaşayır. Ailədə yalnız özü evə qeydiyyatdadır. Lakin evi satarkən müəyyən olunmuşdur ki, Sabir küçəsində 0.06 ha. torpaq sahəsində yerləşən 87 saylı ünvanda yerləşən ona məxsus evdə heç vaxt yaşamayan, X2, xx.xx.1972; X6, xx.xx.1982; X7,xx.xx.1980;X12, xx.xx.2009; X8,xx.xx.2005;X3, xx.xx.1970, qeydiyyatdadırlar (əsas-Siyəzən RPŞ QvŞV qrupunun xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışı). Əsassız qeydiyyatda olanlarla söhbət əsasında, X2, istisna olmaqla qeydiyyatdan çıxmaları barədə razılığa gəlinmişdir. X17 ilə dəfələrlə cəhd edilsədə əlaqə yaradmaq mümkün olmamışdır. Beləliklə aşağıda adları göstərilən və evdə formal qeydiyyatda olanlar, X6, xx.xx.1982; X7, xx.xx.1980; X12, xx.xx.2009; X8, xx.xx.2005; X3, xx.xx.1970, istisna olmaqla, X1 evdən qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Bununla da, X1, formal olaraq mülkiyyətində qeydiyyatda qalması səbəbindən, iddiaçının “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konveksiyasının 8-ci maddəsində təsbit olunmuş, şəxsi və ailə həyatına hörmət hüquqları pozulur. Belə ki,bu maddənin 1-ci hissəsinə görə “hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. ’’Vətəndaşa məxsus mənzildə onunla əlaqəsi olmayan şəxslərin mülkiyyəçinin iradəsi əleyhinə daimi qeydiyyatda olması vətəndaş üçün bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haddı ödəmək,məzili satacağı halda onların yazılı razılıq ərzəsini alması ,həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin vətəndaşa məxsus mənzilə gələcək olması və s.) yaradır. Bu isə istər beynəlxalq, istərsə də milli qanunlarda təsbit olunmuş “şəxsi həyata və ailə həyatına hörmət hüquqlarının pozulmasına səbəb olacaq. Habelə AR Mülki Məcəlləsinin 152.1-152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Odur ki,yuxarıda qeyd olunanaları əsas tutaraq, X1 qeydiyyatdan çıxarılması ilə əlaqədar Siyəzən rayon Polis şöbəsinə yazlı olaraq müraciət etsə də, tərəflərindən məktubla ona imtina cavabı verərək, bildirmişdirlər ki, adı qeyd edilən vətəndaşın qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməlidir (Siyəzən RPŞ-nin xx.xx.2022-ci il tarixli cavab məktubu). İddiaçı hesab edir ki, hazırki iddiaya münasibətdə cavabdeh inzibati orqanın, iddia üzrə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtinası qanunsuzdur. Ona görə ki, üçüncü şəxs hazırda formal qeydiyyatda olduğu yerdə(evdə) halhazırda və ümumiyyətlə heç vaxt yaşamadığına görə o, mülkiyyətində olan evdən mübahisəsiz qeydiyyatdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, hər bir şəxs yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cİ maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında, “İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair İddialara (öhdəliyin icrası haqqında iddia) baxılır”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, “öhdəliyin İcrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasına etirazının olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********29-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Siyəzən şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55.9 kv.m yaşayış, 50.4 kv.m köməkçi sahədən ibarət 87 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması əsasında ərazi idarəsində mövcud olan arxiv materillarına əsasən Siyəzən şəhəri, Sabir küçəsi ünvanında yerləşən **********29-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 may 2022-ci il tarixli, **********12 saylı məktubu) Azərbaycan Respublikası Siyəzən rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 09 fevral 2022-ci il tarixli, 408 saylı arayışda qeyd edilir ki, Əsədov X9 şəhəri, Sabir küçsəi 87 №li evdə qeydiyyatdadır və aşağıdakı tərkibdə ailəsi var: X5. Üçüncü şəxs hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxsin iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH №0032231 nömrəli xx.xx.2009-cu il tarixli çıxarışına əsasən İddiaçı məxsus Siyəzən şəhəri Sabir küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 87 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Siyəzən rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH №0032231 nömrəli xx.xx.2009cu il tarixli çıxarışına əsasən İddiaçı məxsus Siyəzən şəhəri Sabir küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 87 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Siyəzən rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev