Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1169/2023 12.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə vəzifə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, müharibə veteranı adının və müvafiq vəsiqəsinin üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, xx/xx-N084 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində 06/26-68N nömrəli məktub ilə Ədliyyə Nazirliyi ona müharibə veteranı vəsiqəsinin verilməsindən imtina etmişdir. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, “Sizin "Müharibə veteranı" adının verilməsi barədə daxil olmuş müraciətinizə baxılmışdır. Təqdim etdiyiniz N nömrəli hərbi hissə üzrə xx.xx.N992-ci il, xx.xx.N992-ci il və xx.xx.N992-ci il tarixli əmrlərdən çıxarışlardan görünür ki, Siz Ağdam rayonunda xidməti ezamiyyətdə olmusunuz. Bildiririk ki, "Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olaraq "Müharibə veteranı" adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Lakin sözü gedən əmrlərdən çıxarışlarda bu barədə birbaşa qeyd olmadığına görə və digər təsdiqedici sənədlər təqdim etmədiyinizdən hazırkı müraciətinizin əsasında Sizə "Müharibə veteram" adının verilməsi imkan xaricindədir. Bununla bağlı xidməti qaydada telefon danışığı zamanı Sizə ətraflı izah verilmişdir. İddiaçı cavabdehin imtinası ilə razı olmadığına görə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə olunmuş N nömrəli hərbi hissənin xx.xx.N993-cü il tarixli 8 nömrəli arayışında qeyd olunur ki, hazırkı arayış verilir serjant İddiaçı, ondan ötəri ki, həqiqətən də Azərbaycan Respublikası suverenlik uğrunda Ağdam rayonu Paprəvənd kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavabdeh orqan iddiaçıya müharibə veteranı adı yə vəsiqəsinin verilməsindən imtina edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən əmirlərdən çıxarışlarda bu barədə birbaşa qeyd olmadığına görə və digər təsdiqedici sənədlər təqdim etməyinizdən hazırki müraciətinizin əsasında sizə "Müharibə veteranı" adının verilməsi imkan xaricindədir. Halbuki yuxarıda qeyd edilən N saylı hərbi hissənin xx.xx.N993-cü il tarixli 8 nömrəli arayışı iş materiallarına əlavə olunmuşdur. Lakin cavabdeh orqan həmin arayışa hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Veteranlar haqqında xx.xx.N994-cü il tarixli Qanunun 3cü maddəsinə əsasən Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayırlar. Hamin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranına müvafiq veteran adını va sənədlərini uyğun olaraq Azərbaycan Respublikasının müdafiə, daxili İşlər və milli təhlükəsizlik Nazirlikləri verir. 7 aprel 2006-ci il tarixdə "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə edilmiş dəyişikliklərə əsasən bu maddəyə aşağıdakı ikinci hissə və qeyd əlavə edilmişdir: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazi və dövlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatçılarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. " (Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 saylı Fərmanı ilə belə siyahıların təsdiqi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilmişdir): Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 may N997-ci il tarixli, 33 saylı qərarı ilə bağlı məsələlərə də dəyişiklik edilmişdir. Nəticədə Əsasnamənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi ilə bağlı hissəsi aşağıdakı redaksiyada verilmişdir; "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — daxili işlər, dövlət təhlükəsizliyi orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanlari tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün e`zam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 9 iyul 2007-ci il tarixli Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hesab etmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 22 sentyabr N995-cı rl tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N bölməsinin 9-cu abzasına görə müharibə veteranı adı Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda N99N-ci ilin oktyabr ayının 9-da N994-cü ilin may ayının N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanları tərkibində hərbi xidmət keçirmiş şəxslərə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam edilmiş şəxslərə verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, təqdim edilən N nömrəli hərbi hissə üzrə xx.xx.N992-ci il, xx.xx.N992-ci il və xx.xx.N992-ci il tarixli əmrlərdən çıxarışlardan görünür ki, o, Ağdam rayonunda xidməti ezamiyyətdə olmuşdur. Qeyd edilir ki, «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-cı il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olaraq «Müharibə veteranı» adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Bununla əlaqədar sözügedən əmrdən çıxarışlarda bu barədə birbaşa qeyd olmadığına və digər müvafiq təsdiqedici sənəd təqdim etmədiyinə görə İddiaçı «Müharibə veteranı» adının verilməsi imkan xaricində olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini istəyir. İddiaçı qeyd edir ki, N saylı hərbi hissənin xx.xx.N993-cü il tarixli 8 nömrəli arayışı iş materiallarına əlavə olunmuşdur. Lakin cavabdeh orqan həmin arayışa hüquqi qiymət verməmişdir. Cavabdeh isə qeyd edir ki, «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-cı il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olaraq «Müharibə veteranı» adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Bununla əlaqədar sözügedən əmrdən çıxarışlarda bu barədə birbaşa qeyd olmadığına və digər müvafiq təsdiqedici sənəd təqdim etmədiyinə görə İddiaçı «Müharibə veteranı» adının verilməsi imkan xaricində olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ordu sıralarından tərxis olunması ilə bağlı əmr Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayının arxivində saxlanılır. Həmin əmr və bununla bağlı mövcud əlaqəli sənədlərin, iddiaçının N saylı hərbi hissədə xidmət etməsi barədə əmrlərin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. (Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayının NN fevral 2023-cü və 30 may 2023-cü il tarixli, 3-N6-N7/N5/2-70/2023 saylı və 3-N6-N7/N5/2- 344/2023 məktubu) Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı N5 yanvar N992-ci il tarixdə hərbi hissəyə ictimai asayişin qorunması üçün ezam olunmuş, 30 mart N992-ci il tarixli, 8N saylı əmrlə 30 mart N992-ci il tarixdən ezamiyyətdən qayıtmış hesab edilmiş, 2N aprel N992-ci il tarixli N0N saylı əmrlə N saylı hərbi hissədən müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının döyüş bölgəsinə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməmişdir. İddiaçı sübut qismində N saylı hərbi hissənin xx.xx.N993-cü il tarixli 8 nömrəli arayışına istinad edir. Sözügedən arayışda iddiaçının Azərbaycan Respubliasının suverenliyinin erməni qəsbkarlarından qorunması istiqamətində faktiki olaraq döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, N saylı hərbi hissənin xx.xx.N993-cü il tarixli 8 nömrəli arayışı təkbaşına iddianın təmini üçün əsas təşkil etmir. Bununla bağlı formalaşmış məhkəmə təcrübəsi də vardır. Yuxarıda qeyd edilən qanunvericilik tənzimləməsinə əsasən hərbi qulluqçunun döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezam edilməsi tələbi və müvafiq əmrlərin arxiv arayışları ilə təsdiq edilməsi tələb olunur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş və sorğu əsasında əldə edilmiş rəsmi sənədlərə əsasən iddiaçının döyüş bölgəsinə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilmir. Bu isə inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1169/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1169/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver