Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-117/2020 16.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Xaçmaz rayonu Qobu-Qıraq bələdiyyəsinə qarşı “iddiaçıların hər birinə Xaçmaz rayonu, Qobu-Qıraq Bələdiyyəsi tərəfindən xx xxxx 2004-cü il tarixli 08 saylı qərarla verilmiş 0.10 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olan sənədlərin, yəni Xaçmaz rayonu Qobu-Qıraq Bələdiyyəsinin torpaq sahəsinin iddiaçılara satılması barədə xx.xx.2004-cü il tarixli qərarının, Xaçmaz rayonu Qobu-Qıraq Bələdiyyəsi tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat planından çıxarışın, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi (ləğv edilmiş) və Qobu-Qıraq bələdiyyəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının, torpaq sahəsinin planı və ölçüsünün (1:10000 və 1:2000 miyas xəritələr) iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Xaçmaz rayonu Qobu-Qıraq bələdiyyəsinə qarşı iddia qaldıraraq,hər birinə Qobu-Qıraq Bələdiyyəsi tərəfindən xx xxxx 2014-cü il tarixli 08 saylı qərarla verilmiş 0.10 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olan sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar tələblərini dəqiqləşdirərək iddiaçıların hər birinə Xaçmaz rayonu, Qobu-Qıraq Bələdiyyəsi tərəfindən xx xxxx 2004-cü il tarixli 08 saylı qərarla verilmiş 0.10 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olan sənədlərin, yəni Xaçmaz rayonu Qobu-Qıraq Bələdiyyəsinin torpaq sahəsinin iddiaçılara (İddiaçı1, İddiaçı3, İddiaçı2) satılması barədə xx.xx.2004-cü il tarixli qərarının, Xaçmaz rayonu Qobu-Qıraq Bələdiyyəsi tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarışın, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi (ləğv edilmiş) və Qobu-Qıraq bələdiyyəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının, torpaq sahəsinin planı və ölçüsünün (1:10000 və 1:2000 miyas xəritələr) iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxx 1980-cı ildə Xaçmaz rayonu, Qobu-Qıraq kəndində, İddiaçı2 xx xxxxxx 1983-cü ildə Xaçmaz rayonu Qobu-Qıraq kəndində, İddiaçı3 xx xxxx 1985-ci ildə Xaçmaz rayonu Qobu-Qıraq kəndində anadan olmuşdurlar. Azərbaycan Respublikasında Bələdiyyələr yaradılan zaman Xaçmaz rayonu Qobu-Qıraq kəndində də bələdiyyə yaradılmışdır. xx xxxx 2004-cü ildə onlar 08 saylı qərarla Xaçmaz rayonu Qobu- Qıraq Bələdiyyəsi ilə bağladıqları alqı-satqı müqaviləsinə əsasən hər biri Qobu-Qıraq Bələdiyyəsindən 0,10 ha torpaq sahəsi almışdır. Lakin həmin dövrdə bələdiyyənin sədri onların əmisi X2 olmuşdur. Əmiləri onlara Bələdiyyə ilə bağladıqları alqı-satqı müqaviləsini, alqı-satqı barədə qərarı verməmiş, tezliklə verəcəyini bildirmişdir. Onlar da Bələdiyyə sədri əmiləri olduğundan sənədləri verəcəyindən arxayın olub, onu gözləmişdirlər. Dəfələrlə əmiləri yanlarına gələrək hər şeyin qaydasında olduğunu, sənədlərin onda olduğunu, narahat olmamalarını bildirmişdir. Lakin son bir neçə ildə iddiaçılar artıq görmüşlər ki, əmiləri onları aldadır, pulunu ödəyərək bələdiyyə ilə bağladıqları alqı-satqı müqaviləsi əsasında aldıqları torpaq sahələrini onlara vermir. Ona görə də iddiaçılar qeyd edilən torpaq sahələrinin alınması ilə bağlı sənədləri toplamağa başlamışlar. Qeyd edilən məsələ ilə bağlı Xaçmaz rayonu Qobu-Qıraq bələdiyyəsinə müraciət etmişlər. Qobu-Qıraq bədiyyəsinin xx xxxxxxxx 2018-ci il tarixli, 61 nömrəli cavab məktubunda İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qobu-Qıraq bələdiyyəsinin həyətyanı torpaq sahələrinin satışı üzrə qeydiyyat kitabında adlarına Qobu-Qıraq bədiyyəsinin xx.xx.2004cü il tarixli, 08 saylı qərarı ilə hər birinin adına 0,10 ha torpaq sahəsinin qeydiyyata alındığı göstərilmişdir. Bundan başqa Qobu-Qıraq bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxx 2018ci il tarixli, 70 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin adına Qobu-Qıraq bələdiyyəsi tərəfindən 0,10 ha torpaq sahəsinə görə 2005-ci ildən 2018-ci ilədək hər birinə 1 manat illik torpaq vergisi hesablanmışdır. İddiaçılar ilə bələdiyyə arasında bağlanılan alqı-satqı müqavilələrinin verilməsi üçün müraciət etdikdə Qobu-Qıraq bələdiyyəsi tərəfindən onlara verilmiş xx xxxxxxx 2018-ci il tarixli 70 nömrəli məktubda göstərilmişdir ki, ayrılmış torpaq sahələrinə dair qərarların surətləri Qobu-Qıraq bələdiyyəsinin arxivində yoxdur. Bundan sonra iddiaçılar onlarla bağlanmış alqı-satqı müqavilələrinin surətlərinin verilməsi üçün Xaçmaz rayon Dövlət Arxivinə müraciət etmişlər. Xaçmaz rayon Dövlət Arxivindən verilmiş xx xxxx 2019-cu il tarixli 256 nömrəli məktubda Xaçmaz rayonu Qobu-Qıraq bələdiyyəsinin sənədlərinin arxivə təhvil verilmədiyi göstərilmişdir. Bundan sonra iddiaçılar qeyd edilən alqı-satqı müqaviləsinin 5 saylı X5bolmaması barədə sorğu ilə müraciət etmiş, verilmiş cavabda onlarla Xaçmaz rayonu Qobu-Qıraq bələdiyyəsi arasında torpaq sahələrinin alqı-satqısına dair bağlanmış sənədlərin aşkar olunmaması qeyd adilmişdir. Bundan sonra iddiaçılar bələdiyyə ilə aralarında torpaq alqı-satqısı zamanı ödənilmiş dövlət rüsumunun surətinin alınması ilə bağlı Azərbaycan Respublikası Beynəlxalq Bankına müraciət etmişdirlər. Onlara verilmiş cavabda 2013-cü ilə kimi ödəniş qəbzlərinin saxlanılmadığı qeyd edilmişdir. Bundan başqa iddiaçılar Xaçmaz rayonu Hülövlü kənd icra nümayəndəliyindən adlarına təsərrüfatbaşına kitabda torpaq sahəsinin olub-olmaması barədə verilmiş sorğuya cavabda Xaçmaz rayonu Hülövlü kənd icra nümayəndəliyinin 2006-2010-cu illərə aid təsərrüfatbaşına kitabda hər birinin adına 0,10 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İddiaçılar sonradan torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınmasına əsas olan sənədlərin verilməsi üçün Qobu-Qıraq bələdiyyəsinə müraciət etmişdirlər. Bələdiyyədən verilmiş cavabda onlarla Bələdiyyə arasında bağlanmış xx.xx.2004-cü il tarixli qərarların və aktların, 1:10000 və 1:2000 miqyas xəritələrin Qobu-Qıraq bələdiyyəsinin arxivində olmaması bildirilmişdir. Qobu-Qıraq bələdiyyəsinin keçmiş sədri olmuş əmiləri Vaqif Seyidəliyev müqaviləni arxivə təhvil vermədiyindən onlar özlərinə məxsus torpaq sahələrinə çıxarış almaq üçün sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim edə bilməmişdirlər. İddiaçılar torpaqlara dair vergiləri ödəmişdirlər, lakin 2004-cü ildən bu vaxta kimi torpaqlarından istifadə edə bilmirlər, özlərinə fərdi yaşayış evi tikə bilmirlər. İddiaçılar torpaq sahələrindən istifadə edə bilmədiklərindən onlara ziyan dəymişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X12 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçılar Seydəliyev Zöhrab Səddər - oğlu, X3, X1 hər birinə xx.xx.2004-cü il tarixli qərara əsasən 0,10 ha torpaq sahəsinin satılması barədə müvafiq sənədlər o dövrdə mövcud olan DT və XK-nin Xaçmaz rayon Şöbəsində qeydiyyatdan keçirilərək, əsli iddiaçılara verilməli idi. Surətlər isə 1 nüsxə DT və XK-nin Xaçmaz rayon Şöbəsinin, digər nüsxə isə Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsinin arxivində saxlanılmalı idi. Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsinin sədri 2005-ci ildən fəaliyyət göstərir. Bələdiyyə sədri kimi fəaliyyətə başladığı dövrdə həmin nüsxələr ona təhvil verilməmişdir və bələdiyyənin arxivində mövcud deyildir. Ona görə də Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Ryeestrindən çıxarış verilməsinə əsas olan sənədlərin iddiaçılara təqdim olunması mümkün deyildir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 **********37 saylı xx.xx.2018-ci il tarixli , **********81 saylı xx.xx.2018-ci il tarixli məktublarından görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X13 təhvil verilmiş arxiv məlumatlarına əsasən Xaçmaz rayon, Qobu-Qıraq kəndində iddiaçıların adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 **********49 saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçıların adına Xaçmaz rayonu, Qobu-Qıraq kəndində 0.10 ha torpaq sahəsinə məxsus sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 **********48 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçılar ilə Xaçmaz rayonu Qobu-Qıraq Bələdiyyəsi arasında bağlanmış sənədlər aşkar edilməmişdir. Xaçmaz rayon Dövlət Arxivinin xx xxxxxxx 2018-ci il tarixli, 672 saylı arxiv arayışından görünür ki, Qobu-Qıraq bələdiyyəsinin sənədləri arxivdə mövcud deyildir. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddiaçılar torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınmasına əsas olan sənədlərin verilməsi üçün Qobu-Qıraq bələdiyyəsinə müraciət etmişdirlər. Bələdiyyədən verilmiş cavabda müvafiq sənədlərin bələdiyyəsinin arxivində olmaması bildirilərək, iddiaçıların müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iddiaçıların hər birinə Xaçmaz rayonu, Qobu- Qıraq Bələdiyyəsi tərəfindən xx xxxx 2004-cü il tarixli 08 saylı qərarla verilmiş 0.10 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olan sənədlərin, yəni Xaçmaz rayonu Qobu-Qıraq Bələdiyyəsinin torpaq sahəsinin iddiaçılara (İddiaçı1, İddiaçı3, İddiaçı2) satılması barədə xx.xx.2004-cü il tarixli qərarının, Xaçmaz rayonu Qobu-Qıraq Bələdiyyəsi tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarışın, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi (ləğv edilmiş) və Qobu-Qıraq bələdiyyəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının, torpaq sahəsinin planı və ölçüsünün (1:10000 və 1:2000 miyas xəritələr) iddiaçılara verilməsini istəyirlər. Lakin cavabdeh, iddiaçılar Seydəliyev Zöhrab Səddər oğlu, X3, X1 hər birinə xx.xx.2004-cü il tarixli qərara əsasən 0,10 ha torpaq sahəsinin satılması barədə müvafiq sənədlərin bələdiyyənin arxivində mövcud olmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 **********37 saylı xx.xx.2018-ci il tarixli , **********81 saylı xx.xx.2018-ci il tarixli məktublarından görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X13 təhvil verilmiş arxiv məlumatlarına əsasən Xaçmaz rayon, Qobu-Qıraq kəndində iddiaçıların adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 **********49 saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçıların adına Xaçmaz rayonu, Qobu-Qıraq kəndində 0.10 ha torpaq sahəsinə məxsus sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 **********48 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçılar ilə Xaçmaz rayonu Qobu-Qıraq Bələdiyyəsi arasında bağlanmış sənədlər aşkar edilməmişdir. Xaçmaz rayon Dövlət Arxivinin xx xxxxxxx 2018-ci il tarixli, 672 saylı arxiv arayışından görünür ki, Qobu-Qıraq bələdiyyəsinin sənədləri arxivdə mövcud deyildir. İş materiallarından da görünür ki, iddiaçıların hər birinə ayrılmış 0.10 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olan sənədlər nə iddiaçılarda, nə bələdiyyədə, nə də dövlət arxivdə mövcud deyildir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin yaranma əsasını iddiaçılar ilə bəllədiyyə sədri işləmiş əmiləri arasında yaranan hüquq münasibətləri təşkil etdiyinə görə, iddiaçılar hüquqi faktın təsdiq edilməsi və digər mülki məhkəmə icraatı qaydasında baxıla biləcək hüquqi müdafiyə vasitələrindən istifadə edə bilərlər. Məhkəmə hesab edir ki, qeyd olunanlar iddianın təmin edilməməsi üçün əsas təşkil edir və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-117/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-117/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver