Məhkəmə qərarları › İş №2-1(118)-117/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-117/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-117/2021 20.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri,N2-ci mikr-n, ev N/2 mənzil 39-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasi Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində fəaliyyət göstərən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyini nəzərə alaraq ona Qarabağ müharibəsi veteranı vəsiqəsinin vəzifəsinin Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində fəaliyyət göstərən komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia üzrə cavabdeh Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində fəaliyyət göstərən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyanı əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin N6.03.202N-ci il tarixli qəradadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində fəaliyyət göstərən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyanın əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N986-N988-ci illərdə Sovet ordusunun tərkibində həqiqi hərbi xidmətdə olmuş və həqiqi hərbi xidməti tam başa vurmuşdur. N.08.N992-ci il tarixdə Ağdam rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlik məqsədilə komissarlığa dəvət edilmiş və həmin tarixdən etibarən Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissə ön cəbhədə olduğundan N.08.N992-ci il tarixdən 23.N2.N992-ci il tarixədək Azərbaycan Respublikasının torpaqlarının azadlığı uğrunda erməni işğalçılarına qarşı ağır döyüş əməliyyatlarında, o cümlədən Ağdərə rayonunun Mehmanı kəndi və Ağdam rayonunun Fərrux dağı uğrundakı döyüşlərdə iştirak etmişdir. Fərrux dağı uğrunda gedən döyüşlər zamanı xeyli sayda döyüş yoldaşları həlak olmuşlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivindən onun adına verilən arayışda göstərildiyi kimi N saylı hərbi hissə komandirinin N avqust N992-ci il tarixli, N26 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Hərbi komendaturaya göndərilməyi ilə əlaqədar isə N saylı hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli, N94 nömrəli əmrilə şəxsi siyahısından azad edilmişdir. O, hərbi komendaturaya müraciət edərək qəbul olunmasını xahiş etmişdir, lakin ona bildirilmişdir ki, yalnız hərbi polis işçilərindən istifadə edirlər və onların kifayət qədər əməkdaşları vardır. O, artıq tərxis olunmuş şəxs kimi azaddır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid kimi dindirilən XN ifadəsində bidirdi ki, o, N99N-ci ildən Azərbaycan Respublikası Baş Porkurorluğunun cərgələrində işləmişdir. Həmin dövrdə Qarabağ münaqişəsi ilə əlaqədar Nazirlər Sovetinin sərəncamına əsasən vahid istintaq qrupu yaradılmışdır. N992-ci ildə Şuşaya getmək ərəfəsində Baş prokurorun əmri ilə t.xminən 40 nəfərlik qrup Ağdama göndərilmişdir. X4 istintaq qrupuna rəhbərlik etmişdir. İddiaçı N992ci ilin dekabr ayında hərbi hissədən hərbçi tələb olunduğuna görə Ağdama göndərilmişdir. İddiaçı bir neçə ay ərzində hərbi əməliyyatlarda iştirak etmişdir. Daha sonra yeni prorkurorluq yarandığı zaman ehtiyac olmadığına görə ona xidmət etməsi ilə bağlı arayış verilmişdir və o, oradan ayrılmışdır. İş materiallarında olan : - Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 04.N0.20N9-cu il tarixli 9/2-N4750 №-li arxiv arayışından görünür ki, Ağdam RHK tərəfindən qəbul edilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli N26 №-li əmrilə (əsas: səh-N0, §-2, sıra-38) şəxsi heyətin siyahısına daxil edilmişdir. Hərbi komendaturaya xidmətini davam etdirmək üçün göndərilməsi ilə əlaqədar İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli N94 №li əmri ilə (əsas: səh-77, sıra-5) şəxsi heyətin siyahısından azad edilmişdir. - Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən verilən N6.NN.20N9-cu il tarixli N/Q-N6277 №-li məktubundan görünür ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın N5.NN.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 04.N0.20N9-cu il tarixli 9/2-N4750 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə 23.N2.N992-ci il tarixdən sonra Hərbi Komendaturaya göndərildikdən sonra xidmət keçməyi və qanuni əsaslarla xidmətdən tərxis olunmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. -AA № N58623 seriaylı vəsiqədən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır. - Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Boyəhmədli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 429 nömrəli 24.N0.20N9-cu il tarixli arayışdan görünür ki, İddiaçı N.08.N992-23.N2.N992-ci illərdə N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşmüşdür. -НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı N.08.N992-23.N2.N992-ci illərdə, N nömrəli hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı vuruşlarda iştirak etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin NN-ci bəndinin 8-ci yarımbəndində əsasən N99N-ci il oktyabrın 9-dan N994-cu il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada dacil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bü isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı hərbi hissənin şəxsi heyətinin sırasından hərbi komendaturaya xidmətini davam etdirmək üçün göndərilməsi ilə əlaqədar azad edilmişdir. İddiaçının sonrakı hərbi xidməti və qanuni surətdə təxris edilməsi barədə sübut təqdim edilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh, düzgün olaraq, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar