Məhkəmə qərarları › İş №2-1(118)-117/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-117/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-117/2022 24.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-0003 saylı 30305058 saylı Torpağa Mülkiyyət Hüququna X58 əsasən 7,37 ha torpaq sahəsinin Daşınmaz Əmlakın elektron məlumat bazasında göstərilən koordinatlara uyğun olaraq iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-0003 saylı 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş torpaq sahəsinin iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı2 adında dövlət reyestrində qeydiyyata alınması və bu barədə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulması ” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN-0003 saylı 30305058 saylı Torpağa Mülkiyyət Hüququna X58 əsasən 7,37 ha torpaq sahəsinin Daşınmaz Əmlakın elektron məlumat bazasında göstərilən koordinatlara uyğun olaraq iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-206/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-206/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün yenidən Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1286/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, X7, X33, X32, X25, X19, X26, X8, X34, X39, X4, X35, X40, X16, X27, X20 2-1(118)-1286/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonunda keçirilən Aqrar İslahat zamanı iddiaçılara, yəni İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı2 Quba rayonu Qırız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsi verilmişdir. İddiaçılar həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-0003 KOD 30305058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında göstərilən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin elektron bazasında olan xəritə üzərində cizgisinə uyğun sxem olmaması, bu səbəbdən də müraciətlərinin icrasının mümkün olmaması qeyd olunmuş və onlara çıxarış verilməsindən imtina edilmişdir. Onlara məxsus JN-0003 saylı KOD 30305058 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında göstərilən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin elektron bazasında olan xəritə üzərində cizgisinə uyğun sxem olmamasına görə onların heç bir təqsirləri yoxdur və onlar buna görə məsuliyyət daşımırlar. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin başqa bir orqanı olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən onlara məxsus torpaq sahəsinin xəritə və cizgisi vardır. Bu barədə mütəxəssislər həmin sahəni ölçərkən bunu bir daha təsdiq etmişdirlər. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 286 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanının 6-cı bəndinə uyğun olaraq Quba rayonu üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilən X48, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş X48 məlumatlarına dair Qırız Dəhnə kəndində pay torpaq hüquqlarının sahibləri və sahəsinə aid cədvəldə 3-cü sırada onların adları da qeyd edilmiş və onlara 7,37 ha torpaq sahəsinin məxsus olması barədə qeyd də vardır. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu, Qırız kəndi ərazisindən Torpağa Mülkiyyət hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktının verilməsinə əsas olan sənədlərin surətlərinin verilməsinə dair Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanlanmış sorğuya verilmiş 29 iyul 2019-cu il tarixli cavab da təsdiq edir. Belə ki, həmin cavabda Torpağa Mülkiyyət hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktının verilməsinə əsas olan sənədlər verilmiş, həmin sənədlərlə X.Səfərəliyev adına kolxoz aqrar islahat komissiyasının özəlləşdiriləcək torpaq paylarının müəyyənləşdirilməsi haqqında 26 noyabr 1997-ci il tarixli 12 saylı qərarının müzakirə edilməsi barədə Quba rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 nömrəli protokolunun surəti və X.Səfərəliyev adına kolxozun aqrar islahatı ilə əlaqədar torpaq payı alan vətəndaşların siyahısından surət əlavə edilmişdir (onlarına adları 1269- 1275 saylarında qeyd edilmişdir). Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qırız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu da təsdiq edir. Belə ki, həmin məktubda onların adlarına verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktının ləğv edilmiş DT və XK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət Aktlarının verilməsi kitabında qeydiyyatdan keçməməsi bildirilsə də, həmin məktuba əlavə edilmiş qoşmada onlara aktın surəti əlavə edilmiş və onlara məxsus JN- 0003 saylı KOD 30305058 saylı Dövlət aktı əlavə edilmiş və arxivdə saxlanılan nüsxəsi ilə eyni olması qeyd edilməsi barədə ştamp vurulmuşdur. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qırız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini Azərbaycan Respublikası Dövlər Arxivinin Quba filialı tərəfindən sorğuya verilmiş 24 iyul 2019-cu il tarixli, 1216 nömrəli arxiv arayışında və ona əlavə edilmiş qoşmada bir daha təsdiq olunur. Belə ki, qeyd edilən arxiv arayışına əsasən Quba RİHB-nın Əlik İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə Qırız- Dəhnə kəndinə aid 5 nömrəli təsərrüfatbaşına kitabında vətəndaş X21 204 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1996-1998-ci illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Əlik İcra Nümayəndəliyinin 2001-2005-ci illər üzrə Dəhnə kəndinə aid 07 nömrəli təsərrüfatbaşına kitabında vətəndaş X21 204 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 7,37 ha biçənək-örüş sahəsinin olduğu qeyd edilmişdir. Əlik İcra Nümayəndəliyinin 2006-2010-cu illərə aid Qırız-Dəhnə kəndi üzrə 5 nömrəli təsərrüfatbaşına kitabında vətəndaş X21 200 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 7,757 ha torpaq sahəsi, o cümlədən 7,37 ha torpağı, 0,17 ha həyətyanı torpaq sahəsi, 0,03 ha digər torpaq sahəsi olduğu qeyd edilmişdir. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayonu Qırız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət aktına əsasən 7,37 ha torpaq sahəsinin verilməsini 27 noyabr 2006-cı ildə Quba rayon Polis Şöbəsinin sahə inspektorunun, DTXK-nın Quba rayonunun nümayəndələrinin, Quba rayon Qırız kəndi bələdiyyəsinin sədrinin, onların, Quba rayonu Qırız Dəhnə kənd sakinləri C.Sultanova, S.Əskərovun iştirakı ilə Quba rayonu Qırız- Dəhnə kəndində tərtib edilmiş Aktda öz əskini bir daha tapmışdır. Belə ki, həmin aktda qeyd edilmişdir ki, Quba rayon İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 saylı qərarına əsasən Qırız-Dəhnə kənd sakini X11 və 7 nəfər ailə üzvləri ilə birlikdə 7,37 hektar (Dövlət aktı №003) özəl torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi 0,90 ha hissəsini Qırız-Dəhnə kənd sakini Camməd Sultanov, digər 1,20 ha hissəsini isə Sabir Sərkərov tərəfindən qeyri-qanuni istifadə edilir. Onlara Quba rayonunda keçirilən Aqrar İslahat zamanı Quba rayon Qırız Dəhnə kəndi ərazisindən Torpağa Mülkiyyət Hüququna dair JN-0003 saylı KOD 30305058 saylı Dövlət Aktına əsasən 7.37 ha torpaq sahəsinin verilməsini Quba rayon Məhkəməsinin 1-64 nömrəli, 14 may 2007-ci il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 avqust 2007-ci il tarixli, 1-ci- 02/2007 nömrəli qərarı ilə öz təsdiqini tapmışdır. Onlara məxsus torpaq sahəsinin bir hissəsi zəbt olunduqdan sonra zəbt olunmuş yerin dəqiqləşdirilməsi üçün Quba rayonu Qırız-Dəhnə bələdiyyəsi aktın əslini almış və qaytarmaqdan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı1 JN 0003 KOD 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı barədə məlumatın verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə xx.xx.2018-ci il tarixli **********93 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN 0003 KOD 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Bundan sonra İddiaçı1 JN 0003 KOD 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Quba rayonu Qırız-Dəhnə kəndi ərazisində yerləşən torpaq sahəsinə çıxarışın verilməsinə ilə bağlı xx.xx.2019-cu il tarixli tarixli ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə xx.xx.2019-cu il tarixli **********58 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, DT və XK-sinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN 0003 KOD 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində cizgisinə uyğun sxem yoxdur. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1,1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildiririk ki, qeyd olunduğu kimi mübahisələndirilən JN 0003 KOD 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Bununla bağlı icraatda olan iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Odur ki, yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq, məhkəmədən xahiş edirik ki, İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsi təmin edilməsin. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - JN 0003 KOD 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Quba rayonu Aqrar İslahata Komissiyasının 1997-ci il 15 dekabr tarixli 18 nömrəli qərarı ilə verilmiş 7,37 ha torpaq sahəsi X9 və onun ailə üzvləri İddiaçı2, İddiaçı5, İddiaçı3 Şadbək oğlunun, X17, Əhmədova (Pirverdiyeva) İlhamə Şadbək qızının və İddiaçı4 Şadbək oğlunun adına qeydiyyata alınmışdır. - Quba rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli qərarından çıxarışdan görünür ki, X.Səfərəliyev adına kolxozun ərazisində Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ayrılmış yerquruluşu layihəsinin baş sxemi üzrə püşkatmaya hazırlığı üçün yerli aqrar islahat komissiyasının 26 noyabr 1997-ci il tarixli 12 saylı qərarının göstəricilərinin əsaslı sayılması, püşkatma ilə əlaqədar 26 noyabr 1997-ci il tarixli 12 saylı qərar və ona qoşma aktın cədvəllərinin təsdiq edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/506 saylı 05 mart 2021-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 dekabr 2020-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyinə əsasən, JN-0003 KOD 30305058 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»ndakı torpaq sahəsinin plan cizgisi və koordinatları ilə vahid elektron baza məlumatlarındakı xəritə materiallarındakı (DWJ xəritələri) həmin torpaq sahəsinin cizgiləri və koordinatları arasında kəskin uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2012-ci il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X2 mülkiyyətinə verilmiş 0.55 ha torpaq sahəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* saylı çıxarışla X22 mülkiyyətinə verilmiş 0,0791 ha torpaq sahəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli RX seriyalı ******* saylı çıxarışla X18 mülkiyyətinə verilmiş 0.0791 ha torpaq sahəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli MA seriyalı ******* saylı çıxarışla X12 mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli MA seriyalı ******* saylı çıxarışla X10 mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsi, xx.xx.2013-cü il qeydiyyat tarixli RX seriyalı ******* saylı çıxarışla X13 mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi, xx.xx.2009-cu il qeydiyyat tarixli MH seriyalı ******* saylı çıxarışla X3 mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli MH seriyalı ******* saylı çıxarışla X34 və Sərkərova Həcər islam qızının mülkiyyətinə verilmiş 0.8916 ha torpaq sahəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli MH seriyalı ******* saylı çıxarışla X28 mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X1 oğlunun mülkiyyətinə verilmiş 0.074 ha torpaq sahəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X23 oğlunun mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X29 oğlunun mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışla X23 oğlunun mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi, xx.xx.2014-cü il qeydiyyat tarixli RX seriyalı 032Ş067 saylı çıxarışla X5 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsi, xx.xx.2020-cı il qeydiyyat tarixli **********62 reyestr nömrəli çıxarışla X14 mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi və xx.xx.2011 -ci il qeydiyyat tarixli, MA senyalı ******* saylı çıxarışla X6 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi üst-üstə düşür. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi vahid elektron baza məlumatlarına əsasən JN 003 saylı 30319018 kodlu Dövlət Aktının 6,97 ha hissəsinin cizgisi ilə qismən üst-üstə düşür. Lakin qeyd olunur ki, iş materiallarında olan JN 003 saylı (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 6,97 ha torpaq sahəsinin cizgisi göstərilməmişdir. - Cavabdeh inzibati orqanın 16 sentyabr 2019-cu il tarixli məktubu ilə iddiaçıların Quba rayonu Qırız-Dəhnə kəndi ərazisində yerləşən torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Azərbaycan Respublikasının Vəkillər X51 Vəkil Bürosuna ünvanladığı 08 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayonunun Qrızdəhnə kəndində torpaq isıahatı aparılan zaman yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş rayon aqrar islahatı komissiyası tərəfindən təsddiq edilmiş bölgü layihəsinə əsasən vətəndaş X15 və onun ailə üzvlərinə (cəmi 7 nəfər) iki hissədən ibarət 7,37 ha (6,97 ha və 0,40 ha) kənd təsərrüfatı təyinatlı topaq sahəsi verilmiş və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin əraziyə aid JN-0003 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 may tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun aparılmış elektron uçot işlərinə və peyk çəkilişlərinə əsasən vətəndaş İddiaçı1 və onun ailə üzvlərinə pay torpaq sahəsi kimi verilmiş 7,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi digər vətəndaşlar tərəfindən inşa edilmiş fərdi yaşayış evləri ilə üst-üstə düşür. Qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-0003 nömrəli “Torpağa mülkiyət hüququna dair Dövlət Aktı”-nda ərazi koordinatları öz əksini tapmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məhkəmə soğrusuna ünvanladığı 20 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Quba rayonu, Qrız-Dəhnə kənd sakini X15 və onun ailə üzvlərinin adına ləğv edilmiş DTXK tərəfindən veriilmiş JN-003 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”-ında göstərilən 7.37 ha torpaq sahəsinin cizgisi iki hissədən (3/4.0 ha, 3/3,3697 ha) ibarətdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, JN 0003 KOD 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Quba rayonu Aqrar İslahat Komissiyasının 1997ci il 15 dekabr tarixli 18 nömrəli qərarı ilə verilmiş 7,37 ha torpaq sahəsi X9 və onun ailə üzvləri İddiaçı2, İddiaçı5, İddiaçı3 Şadbək oğlunun, X17, İddiaçı7 Şadbək qızının və İddiaçı4 Şadbək oğlunun adına qeydiyyata alınmışdır. Həmin dövlət aktında adları qeyd olunan şəxslər, yəni hazırki iş üzrə iddiaçılar sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakən dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişlər. Cavabdehin 16 sentyabr 2019-cu il tarixli məktubu ilə onların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi JN 0003 KOD 30305058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində cizgisinə uyğun sxeminin olmadığı göstərilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-206/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-206/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün yenidən Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sözügedən məhkəmə qərarından şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/506 saylı 05 mart 2021-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq iddiaçıların üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdikləri torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların iddia etdiyi torpaq sahəsinin digər şəxslərin adına qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşməsi və meşə fondu torpaqlarına aid olması halı iş üzrə qəbul ediləcək məhkəmə qərarlarının rəydə adı çəkilən şəxslərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan maraqlarına toxunması ehtimalı istisna olunmur. Məhkəmənin sorğusu əsasında həmin şəxslərə məxsus “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışlar və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların iddia etdikləri torpaq sahələri başqa şəxslərə, yəni iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmış və onlar həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əldə etmişlər. İddiaçılar tərəfindən həmin çıxarışların, habelə çıxarışların verilməsinə əsas olmuş sənədlərin ləğv olunması və ya etibarsız sayılması, eyni zamanda mübahisələndirilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı da qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Beləliklə iddiaçılar hal-hazırda başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinə öz adlarına mülkiyyət sənədinin verilməsini istəyirlər ki, həmin sənədlər qüvvədə olmaqla mötəbərsizliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından aşağıdakı hallarda imtina olunur: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün kifayət qədər əsaslar olduğundan, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-0003 saylı 30305058 saylı Torpağa Mülkiyyət Hüququna X58 əsasən 7,37 ha torpaq sahəsinin Daşınmaz Əmlakın elektron məlumat bazasında göstərilən koordinatlara uyğun olaraq iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-0003 saylı 30305058 saylı Torpağa Mülkiyyət Hüququna X58 əsasən 7,37 ha torpaq sahəsinin Daşınmaz Əmlakın elektron məlumat bazasında göstərilən koordinatlara uyğun olaraq iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsii”nə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar