Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1171/2021 01.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Üçüncü şəxs Kərimova (Xalıqlı) Könül Hacıimaməli qızının (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Kərimova (Xalıqlı) Könül Hacıimaməli qızının və 30.08.2011-cil təvəllüdlü X5, ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Kərimova (Xalıqlı) Könül Hacıimaməli qızının və 30.08.2011-cil təvəllüdlü X5, ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı ididanı müdafiə edərək izah etdi ki, Sumqayıt şəhəri, məhəllə 41A, 4V saylı evdə yerləşən 41 saylı mənzil 1980-ci ildə ona işlədiyi zavoddan ayrılmışdır. 2006-cı ildə mənzili özəlləşdirmişdir. Ona məxsus olan mənzildə keçmiş gəlini 16.01.1985-ci il təvəllüdlü Kərimova (Xalıqlı) Könül Hacıimaməli qızı övladı 30.08.2011-ci il təvəllüdlü X11 ilə birlikdə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin mənzildə heç bir hüququ yoxdur. Bu hal Sumqayıt şəhər Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsi ilə də təsdiq edilmişdir. O, üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin ona imtina cavabı verilərək inzibati məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs Kərimova (Xalıqlı) Könül Hacıimaməli qızı iddianı qbul etməyərək izah etdi ki, 2009-cu ildə iddiaçının oğlu X8 ilə 2009-cu ildə ailə həyatı qrumuşdur. 2011-ci ildə mübahisəli mənzilə qeydiyyata düşmüş, 2016-cı ilin axırlarınadək həmin mənzildə yaşamışdır. 2017-ci ildə nikahları pozulmuşdur. Birgə nikahdan uşaqları olduğuna görə evdən qeydiyyatdan çıxmağa razı deyildir, belə ki, qeydiyyata düşməyə başqa yeri yoxdur. Polisin ünvanına qeydiyyata düşmək istəmir. İş materiallarında olan: - DƏDRX-nin MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 41A məhəllədə istifadədə olan 0.100406 ha torpaq sahəsində yerləşən 4V nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən 49.85 kv m ümumi, 32.93 kv m yaşayış sahəsindən ibarət 2 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli, ******* yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, Kərimova (Xalıqlı) Könül Hacıimaməli qızı və X2 İdayət Kibləli oğlunun mülkiyyətində olan ünvan 4 ünvanında qeydiyyatdadırlar. - AZ-İ № 275290 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X1 Könül Hacıimaməli qızı ilə arasında olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017 ilin 11 ayının 04 günündə 358 № ilə qeyd edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(060)-2361/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı X3 qarşı yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(105)-610/2021 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 05.10.2010-cu il tarixli, 2(060)- 2361/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli, 123-17327Q- 3221 saylı imtina məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq Kərimova (Xalıqlı) Könül Hacıimaməli qızının və X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxsin mənzilin mülkiyyətçisi dəyişməmişdən əvvəl qeydiyyata düşməsri təsdiq edilir. Onun formal qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının xüsusiu mülkiyytətindədir. Üçüncü şəxs həmin mənzilə qeydiyyata alınsa da, iddiaçı tərəfindən notariat qaydasında təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış razılıq verilmədiyindən üşüncü şəxsin həmin əmlakdan istifadə hüququ yaranmamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(060)-2361/2020 saylı qətnaməsindən görünür ki, məhkəmə İddiaçı cavabdeh X3 qarşı yaşayış hüququnun itirilmiş hesab edilməsinə dair iddiasını rədd edərkən hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələblərinə əsasən cavabdehin həmin mənzildən istifadəsi üçün hüquqi əsas yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Kərimova (Xalıqlı) Könül Hacıimaməli qızının və X5 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Kərimova (Xalıqlı) Könül Hacıimaməli qızının və X5 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1171/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1171/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver