Məhkəmə qərarları › İş №2-1(118)-1172/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1172/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1172/2022 30.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X8 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin müdiri işləyən, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ev 57-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publiuk Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanda yerləşən yaşayış evinə dair 09 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın torpaq sahəsinin X2 adına qeydə alınmasına dair hissədə ləğv edilməsi, yaşayış evinin yerləşdiyi torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən yaşayış evinə dair 09 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın torpaq sahəsinin X2 adına qeydə alınmasına dair hissəsində ləğv edilməsi, yaşayış evinin yerləşdiyi torpaq sahəsinə X6 mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 X5 Bürosunun 01 fevral 1996-cı il tarixli 205 ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında özünə məxsus ünvan 3 ünvanda yerləşən 330 kvm torpaq sahəsini və həmin torpaq sahəsindəki yaşayış evini Quba rayon notariat kontorunda tərtib və təsdiq olunmuş 17 iyul 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İddiaçı da həmin alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcı olaraq aldığı yaşayış evinə və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair adına çıxarış almaq üçün cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişdir. İddiaçıya ünvan 4 ünvanda yerləşən yaşayış evinə dair 09 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, həmin çıxarışda fərdi yaşayış evinin iddiaçının mülkiyyətində, torpaq sahəsinin isə satıcı X2 mülkiyyətində olduğu qeyd olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********28 saylı hüquqlarımın qeydə alınmasına dair imtina məktubunda qeyd edilir ki, Quba şəhəri Heydər Əliyev prospekti 227B ünvanda yerləşən əmlaka X2 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Halbuki, satıcı X4 yaşayış evini iddiaçıya satarkən, alqı-satqı qeydiyyat vəsiqəsinə əsasən həyata keçirildiyindən və qeydiyyat vəsiqələrində yaşayış evinin yerləşdiyi torpağa aid hissə xüsusi mülkiyyət kimi qeyd edilmədiyindən alqı-satqı ancaq yaşayış evinə keçirilmişdir. Cavabdeh çıxarış verərkən bu halı nəzərə almalı idi və iddiaçıya bütövlükdə həm yaşayış evinə, həm də ki, yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almalı idi. Raziyə İbrahimova qeyd etdiyim kimi xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı 2007-ci ildən qeyd edilən yaşayış evində ailəsi ilə birlikdə уаşayır və ona qarşı heç bir şəxsin iddiası yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X12 iddianı qəbul etmədi və izah etdi ki, mübahisələndirilən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.4cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba şəhəri H.Əliyev prospekti 227B ünvanda yerləşən əmlaka X2 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. İş materiallarında olan : -17 iyul 2007-ci il taxrixli alqı-satqı müqaviləsindən görünür ki, X1 Mirmusa Abbas oğluna ünvan 7 ünvanda yerləşən 330 kvm torpaq sahəsini və bir mərtəbəli iki otaqlı yaşayış sahəsi 24.0 kv m olan yaşayış evini satmışdır. - **********26-10301 nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindan çıxarışdan görünür ki, ünvan 4 fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Həmin çıxarışda evin yerləşidiy 0.033 ha torpaq sahəsinin X2 mülkiyyətində olması qeyd edilmişdir. -DDƏRX-nin 5 saylı Xaçmaz idarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd X9 məxsus ünvan 8 ünvanda yerləşən evə dair tərtib edilmişdir. Evin yerləşidiyi torpaq sahəsinin sənəd üzrə 0.033 ha, faktiki 0.0421 ha olması qeyd edilmişdir. -Quba rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, X4 16 aprel 2011-ci ildə vəfat etmişdir. -Məhkəmənin sorğusuna əldə edilmiş sənədlərdən müəyyən edildi ki, Quba şəhəri, Azərbaycan küşəsində yerləşən 227 saylı ev 1987-ci ildə X3 mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Ribrahimova həmin yaşayış evini və evin yerləşdiyi 330 kv m torpaq sahəsini İddiaçı satmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin İddiaçı aid olmaması ilə bağlı cavabdehin dəlili əsassız hesab edilməlidir. İddiaçının həmin evin yerləşdiyi torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin torpaq sahəsi ev satın alındığı vaxtdan iddiaçının qanuni sahibliyinə və istifadəsinə keçmişdir. Bununla da iddiaçı həmin torpaq sahəsi üzətində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinin və “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin ( fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrqfatının idarəşiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin, eləcə də Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən, gözlənilən mülkiyyət hüququna malikdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin (fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrqfatının idarəşiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürtdükləri ölçüdə verilir. Bununla bağlı məhkəmə hesab edir ki, daçınmaz əmlakın dövlət reyestrində çıxarışda torpaq sahəsinin tam olaraq X2 mülkiyyətində olmasına dair qeyd əsassız hesab edilərək şıxarış həmin hissədə ləğv edilməli və iddiaçının torpaq sahəsi üzrəniə mülkiyyət hüququnun qeydə alınması cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən yaşayış evinə dair 09 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın torpaq sahəsinin X2 adına qeydə alınmasına dair hissəsində ləğv edilməsi və yaşayış evinin yerləşdiyi torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar