Məhkəmə qərarları › İş №2-1(118)-1173/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1173/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1173/2020 30.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-2123/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsinə” dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə aşağıda qeyd olunanlara görə özünü səlahiyyətli saymır və hesab edir ki, işin aidiyyəti müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi hazırki mübahisə keçmiş hərbi qulluqçu ilə inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı deyil. Bu halda məhkəmə hesab edir ki, hazırki işdə ərazi aidiyyatının müəyyən olunması üçün İPM-nin xüsusi norması olan 8.1.3-cü maddəsi tətbiq edilməsinə zərurət yoxdur. Belə ki, həmin maddəyə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından görünür ki, hazırki işdə İddiaçı ilə Suraxanı rayon İcra Hakimiyyəti arasında xidməti münasibət mövcud deyil və iddia tələbi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xidməti hüquq münasibətlərindən irəli gəlmir.Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Qeyd olunan maddənində tərifindən göründüyü kimi qanunvericilik keçmiş hərbi qulluqçu ilə xidməti hüquq münasibətlərində olmayan yerli icra hakimiyətlərinin üzərinə göstəriş qoyur. Bu isə bir daha ona dəlalət edir ki, Bakı İnzibati Məhkəməsi İPM-nin 8.1.3cü maddəsinin müddəalarına əsaslanmaqla iddiaçının yaşadığın yerin inzibati məhkəməsinə inzibati işi göndərməkdə haqlı olmamışdır. Beləliklə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində müəyyən olunmuş, mübahisəyə iddiçının xidməti yaşayış sahəsinin vəya iddiaçının yaşayış yeri üzrə baxılması halı mövcud olmadığına görə, həmin maddə ilə müəyyən olunmuş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən işə baxılması halı tətbiq edilməlidir. İnzibati orqanın yerləşdiyi yer isə Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına daxil deyildir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan əsasa görə hazırki mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Ona görədə iş, aidiyyətin müəyyən olunması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsinə” dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-1173/2020 saylı iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar