Məhkəmə qərarları › İş №2-1(118)-1173/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1173/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1173/2021 26.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, XN Şaban qızının katibliyi ilə, İddiaçı Musa oğlunun iştirakı ilə, İddiaçı Musa oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” statusunun və “Müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “ona “Müharibə veteranı” statusunun və “Müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, noyabr N-cü il tarixdə bir qrup Sumqayıt şəhər sakinləri ilə bərabər Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət edərək Vətənin ərazi bütövlüyü və müstəqilliyinin qorunması məqsədilə könüllü olaraq döyüş bölgəsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt şəhər Hərbi Komissarlığının nümayəndəsinin müşayiəti ilə Ağdam rayonunda Sumqayıt batalyonu N saylı hərbi hissəyə göndərilmişlər. Hərbi hissənin N8.NN.N-cü il tarixli, 3N3 nömrəli əmri ilə onu motoatıcıtaboruna atıcı kimi təyin etdilər. Hərbi hissə 25.N7.N996-cı il tarixdə ləğv edildiyindən onları Sumqayıt şəhər Hərbi Komissarlığına onlar Sumqayıt şəhər Hərbi komissarlığına qaytarılmışdılar. O, komissarlığında qeydiyyata alındıqdan sonra komissarlığın yazılı göstərişinə əsasən işlədiyi müəsissə cəbhə bölgəsində olduğu bütün müddət üçün əmək haqqını yüz faiz məbləğində ona ödənilmişdir. O,xx.xx.N967-ci ildə anadan olmuşdur. Ailəlidir, ailəsi beş nəfərdən ibarətdir. Uzun müddətdir səhhəti ilə əlaqədar işləyə bilmir, xəstəliyi isə pensiya almaq hüququ vermir. “Müharibə veteranı" statusunu və müvafiq olaraq “Müharibə veteranı vəsiqəsi” almaq üçün may 2NN9-cu il tarixdən hal-hazıra kimi dəfələrlə Müdafiə Nazirliyinə müraciət etməsinə baxmayaraq hər dəfə bir bəhanə ilə dövlət qurumlarından müxtəlif sənədlərin təqdim edilməsini tələb edirlər. Tələb olunan sənədlərin təqdim edilməsinə baxmayaraq onları hüquq təsdiqedici sübut kimi qəbul etməyərək məhkəməyə müraciət etməsini tövsiyyə edirlər. Məhkəmə iclasında İddiaçı Musa oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.N9.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcbuetmə iddiası ilə nəticələnən inzibati hüquqi münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakultativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmətkeçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin xidmət keçməsi. Hərbi xidmətkeçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və arxiv arayışı daxil edilməmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərtərəfli araşdırılması üçün tərəflərindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N9 iyun 2N2N-ci il tarixli müşayiət məktubu ilə təqdim edilən arayışına əsasən N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-noyabr N994-cü il, iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin arayışa əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 339 nömrəli əmrinə əsasən İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdankənar çıxarılmış və bütün növ təminatlar dayandırılmışdır. Bununlada Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya N9 aprel 2N2N-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, İddiaçı Musa oğlu cəbhə yoldaşı olub, N-cü ilin oktyabr ayında onları Ağdam rayonunun Çəmənli kəndinə aparmışlar. İddiaçı ilə birlikdə getmişdir. Lakin o, yaşı çox olduğundan hərbi xidmətdən tez tərxis olunmuşdur. Həmin vaxtı N95N-N96N-cı il təvəllüdlülər tərxis olunurdu. Məhkəmə iclasında dindirilmiş digər şahid X3 ifadəsində bildirdi ki, İddiaçı onların komandirləri olmuş, bir yerdə döyüşmüşlər. Yengibarın ailəsində hüzr olduğuna görə o tez qayıtmışdı. Qayıdıb gələndə Yengibarı hərbi hissəyə qəbul etmədilər, biraz gecikmişdi. Onu Gəncəyə N saylı hərbi hissəyə göndərdilər. Lakin həmin hərbi hissədə də onu qəbul etmədilər. İyul ayında onları tərxis etdilər. Geri qayıdandan sonra onun barəsində məlumatı olmadı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N2.N4.2N2N-ci il tarixli, N/Q-9N93 saylı məktubu ilə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin N9 iyul 2N2N-ci il tarixli, Q-6436 saylı arayışında Azərbaycan İddiaçı məhkumluğunun olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İddiaçı ünvanladığı N4 iyun 2NN9-cu il tarixli HPNN/454 saylı məktubunda onun barəsində Respublika Prokurorluğunda hər hansı bir cinayət işinin və yaxud təqsirləndirici materialın olmadığı qeyd edilmişdir. -İkinci Sumqayıt mexaniki quraşdırma idarəsinin arayışında İddiaçı 27.NN.N-cü ildən 25.N7.N996-cı ilə qədər Azərbaycan Milli Ordusunda hərbi xidmətdə olduğu və tərxis olunduğundan əvvəlki iş yerinə qaytarıldığı qeyd edilmişdir. -N saylı hərbi hissə komandirinin 3N3 saylı N8 noyabr N-cü il tarixli əmrindən görünür ki, həmin tarixdən etibarən Sumqayıt şəhər hərbi komissarlığından göndərilmiş 26-cı motoatıcı taburun şəxsi heyətinin N nömrəli hərbi hissənin tərkibinə daxil edilməsi və bütün növ təchizatlarla təmin edilməsi əmr edilmişdir. -N saylı hərbi hissə komandirinin N saylı N dekabr N994-cü il tarixli əmri ilə İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə ştatdankənar çıxarılması və bütün növ təminatların dayandırılması əmr edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N2 iyul 2NN9-cu il 9/2-9N32 saylı arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N8.NN.N-cü il tarixli 3N3 nömrəli əmrində İddiaçı barədə Sumqayıt ŞHK-dan çağrılmış bir qrup hərbi mükəlləfiyyətlinin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə edilmiş 26-cı motoatıcı taborun şəxsi heyətinin siyahsında çavuş İddiaçı adı qeyd edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli, 339 nömrəli əmri ilə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissə komandirinin oktyabr N-cü il, noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, hazırkı iş üzrə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Lakin iddiaçı yuxarıda qeyd edilən halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş arxiv arayışında da iddiaçının hərbi xidmətdən tərxisi ilə bağlı əmrin olduğu müəyyən edilməmiş, əksinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N2 iyul 2NN9-cu il 9/2-9N32 saylı arxiv arayışında onun hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli, 339 nömrəli əmri ilə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edildiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində hərbi hissəni özbaşına tərk edən şəxslərə müharibə veteranı adının və statusunun verilməsinin istisna edildiyi imperativ olaraq öz əksini tapmışdır. İddiaçı isə qeyd olunan halı təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Musa oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” statusunun və “Müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NNN-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Musa oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” statusunun və “Müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 3N (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi N2N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar