Məhkəmə qərarları › İş №2-1(118)-1176/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1176/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1176/2020 12.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, X1, Cavabdehin nümayəndəsi X5 iştrakları ilə, X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasınaaçıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı pensiya almaq tələbi ilə DSMF-nin Abşeron Şöbəsinə müraciət etmiş, cavabdehin ona ünvanladığı **********6 saylı, xx xxxxx 2020-ci il tarixli məktubda bildirilir ki, guya onun pensiya hüququ yoxdur. Ona ünvanlanmış imtina məktubu tamamilə əsassızdır. Hesab edir ki, cavabdehin məsələyə yanaşması səhvdir. Belə ki, mən, xx.xx.1962-ci ildə Laçın rayonu Malbəy kəndində anadan olmuş, xx.xx.1979-cu il tarixində Laçın rayonu, M. Əzizbəyov adına sovxozda fəhlə işləməklə əmək fəaliyyətinə başlamışdır. 1981-1983-cü illərdə, N saylı hərbi hissədə Sovet Ordusu sıralarında qulluq eləmiş, xx.xx.1990-cı il tarixində, sovxoz ləğv edilənədək, o, həmin sovxozda fəhlə işləmişdir. Yəni 1979-1990-cı ildə o sovxozda işləmiş, ordan hərbi xidmətə getmiş, dönəndən sonra öz işinə davam etmişdir. Hərbi xidmət də daxil olmaqla 11 il iş stajı 1990cı ildə artıq var idi. Hər kəs bilir ki, Sovet vaxtı rəsmi iş yerinin olmaması, kiminsə işləməməsi, mümkün deyildi, sadəcə ola bilməzdi. Bu sadə həqiqəti DSMF-də də bilirlər, buna baxmayaraq, onun həmin illərini qəsdən saymayıblar. Həmin illər baş verənlər hər kəsə məlumdur. O məlumat möhürsüz deyildir. İcra hakimiyyəti tərəfindən təsdiqlənmişdir. 1990-95-ci illərdə Laçın rayonu, M. Hüseynzadə kolxozunda işləmiş, həmin qaçqınlıqköçkünlük illərində sənədləşmənin dəqiq aparılması mümkün deyildi. Çünki, idarələrin çoxu sənədləri Laçından çıxara bilməmişdi. O işləmiş, onun təqsiri deyil ki, müharibə olub, ermənilər laçını işğal edib, dövlət strukturları sənədləşməni vaxtında və dəqiq edə bilməyib.mDSMF-nin legitim saymadığı 1979-90-cı illər sovxozda işləməyi və 1990-95-ci illərdə Laçın rayonu, Mehdi Hüseynzadə kolxozunda işlədiyi vaxtı birgə, yanaşı yaşadığımız çoxsaylı həmkəndliləri, yerliləri vardır. Onlardan bir neçəsini burada qeyd edir və onlar gəlib məhkəmədə dediklərinə şahidlik etməyə hazırdırlar. 1. X12, AZE 08441507, Laçın, Malıbəy; 2. X9, AA 1268507, Laçın, Malıbəy; 3. X10, AZE 1698617, Laçın, Cağazur.1995-98-ci illərdə İmişli SES-də mühəndis hidrotexnik vəzifəsində işləmiş, ona bildirirlər ki, 2006-cı ildən sonra işlədiyi özəl iş yerləri iş stajına aid edilmir. Halbuki, həmin iş yerləri qeydiyyata alınmış rəsmi iş yerləridir.2006-2008-ci illərdə Yol "xx" MMC-nin X3 sürücü işləmiş, 2008-ci ildə 6 ay ARGE inşaat Ticarət AS-da sürücü işləmiş, xx.xx.2011xx.xx.2011-ci il tarixində "xxxxxxxxxxxx" MMC-də yenədə sürücü işləmiş, xx.xx.2011xx.xx.2012-ci il tarixində "xxxxxxxxxxxx" MMC-də sürücü işləmiş,xx.xx.2012-xx.xx.2013-cü il tarixində "xx" MMC-də sürücü işləmiş,xx.xx.2014-xx.xx.2014-cü il tarixində Hərbi Komisarlığın Xətai rayon bölməsində sürücü işləmiş, xx.xx.2015-xx.xx.2015-ci il tarixində Ekologiya və TSN-də usta-rəngsaz vəzifəsində işləmiş, xx.xx.2016-xx.xx.2016-cı il tarixində X14 Nəzarət İdarəsində sürücü vəzifəsində işləmişdir.2016-cı ildə əməliyyat olunmuş və ona İİ qrup əlillik dərəcəsi verildi.Bütün bunlardan sonra ona pensiya verilməsindən imtina edilməsi absurddur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin xx xxxxx 2020-ci il tarixli **********6 saylı imtinasının əsassız hesab olunması və xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixinədək Laçın rayonu “M.Əzizbəyov” adına sovxozunda işlədiyi müddətin sığorta stajına daxil edilməsi 1979-cü ildən 1990-cı ilə qədər işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb edir.Hesab edir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir:Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (x xxxx 2019 - xx xxxx 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1 -ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır.İddiaçının əmək kitabçasında xx.xx.1979-cu ildə həmin sovxozda əmək fəaliyyətinə başlaması və xx.xx.1990-cı ildə işdən çıxması barədə məlumat qeyd olunsa da, işdən çıxması barədə qeyddə sovxozun möhürün olmaması həmin qeydin mötəbərliyini sual altına qoyur. Buna görə də iddiaçının həmin sovxozda məhz 1990-cı ilə qədər işləməsi faktı əsaslı şübhələr yaradır.Həmçinin qeyd etmək istərdim ki, həmin qeydlərin möhürlə təsdiq olunmaması sovxozda işlədiyi mübahisəli dövrün iş stajına daxil edilməsini yolverilməz edir. Belə olduğu halda isə, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı cəmi 09 il 09 ay 10 gün təşkil edir. Bu isə əlilliyə görə pensiyanın təyin olunması üçün tələb olunan 14 ildən az olduğu üçün, iddiaçıya əlilliyə görə pensiyanın təyin olunması qanunla mümkün deyil.X2 öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdeh təşkilatın nümayəndəsi X8 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 saylı imtina məktubu, TSEK-in xx.xx.2016-cı il tarixli arayışı, ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti, hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti, Laçın Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/226 nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının az olması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə xx xxxxxx 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, İddiaçı xx.xx.2016-cı ildə İİ dərəcəli əllik almışdır və hal hazırda onun iddia tələbi əlilliklə əlaqədar əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Hesab olunur ki,tərəflər arasında olan hazır ki, mübahisəyə baxılarkən zaman etibarı ilə tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına istinad olunmalıdır. Belə ki, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli hüququ münasibətlərinin yaranması zamanı (Qeyd:Əmək pensiyaları haqqında edilmiş 24cü dəyişiklik 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir. Ona görədə hazır ki, iddia tələbinə baxılarkən xx.xx.2016-cı ildə Əmək pensiyaları haqqında Qanunun qüvvədə olan redaksiyasına istinad olunmalıdır) “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan redaksiyasına istinad olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən (xx.xx.2016-cı ildə qüvvədə olan redaksiyaya əsasən) əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Həmin Qanunun 32.2-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün təyin olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən xx.xx.2016-cı il tarixli arayışı arayışdan görünür ki, iddiaçı xx.xx.2016-cı ildən İİ qrup əlillik dərəcəsi almışdır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun sosial stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunauyğundur.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 əmək stajı 23 ildən çoxdur. Belə ki, ona məxsus olan əmək kitabçasında olan qeydlər ilə bağlı şübhələrin aradan qaldırılması məqsədi ilə Laçın rayon İcra Hakimiyyətinə sorğu verilmiş və nəticədə Əbülfət Ağayevin xx.xx.1979-cu ildən xx.xx.1990-cı ilədək Laçın rayonunun Malıbəy kəəndində fəaliyyət göstərmiş “M.Əzizbəyov” adına sovxozda işləməsi müəyyən olunmuşdur. Əbülfət Ağayevin əlil olması və 23 ildən çox sosial sığortası olduğuna görə ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun tələblərinə görə Əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinin tələbləri baxımından İddiaçı hüququn yarandığı, yəni İİ qrup əlilliyə çıxdığı xx.xx.2016-cı ildən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri baxımından İddiaçı təyin olunacaq pensiya onun cavabdeh təşkilata müraciət etdiyi xx xxxxx 2020-ci il tarixdən əvvəlki üç il üçün (xx.xx.2017-ci ildən) ödənilməklə təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlər təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək X4 əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi illəri və hərbi xidmət müddətlərini sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2017-ci ildən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi illəri və hərbi xidmət müddətlərini sosial sığorta stajına daxil edilərək,ona xx.xx.2017-ci ildən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar