Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1176/2021 09.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin hüquqi varisi İddiaçı MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “İddiaçı MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən X3 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" QSC-nin hüquqi varisi İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq İddiaçı MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən X3 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 17.08.2015-ci il tarixli, 2(012)-3222/2015 saylı qətnaməsi ilə iddiaçı "Unileasing” lizinq şirkəti QSC-nin cavabdeh X8 qarşı evin boşaldılaraq mülkiyyətçiyə qatylarılması tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin boşaldılaraq X6 istifadəsindən alınıb "Unileasing” QSC-yə qaytarılması və cavabdehdən 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Dövlət Reyestrindən Çıxarışa əsasən "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi "Direkt Kredi” MMC-nin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi "Direkt Kredi” MMC-nin mülkiyуətinə keçdikdən sonra məlum olmuşdur ki, X9 həmin ünvanda qeydiyyatdadır. Bu isə "Direkt Kredi” MMC-nin mülkiyyətçi kimi həmin əmlak üzərində hüquqlarını həyata keçirməsinə maneə yaradır. Bu səbəbdən tərəflərindən sorğu ilə Abşeron Rayon Polis İdarəsinə müraciət edilərək X3 İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması xahiş edilmişdir. Abşeron Rayon Polis İdarəsinin 07.04.2021-ci il tarixli cavab məktubu ilə X3 İddiaçı MMCnin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmasından imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin hüquqi varisi İddiaçı MMCnin nümayəndəsi X14 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışı və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Məhkəmənin qəbul etdiyi qanuni qərarla razılaşırlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** saylı, 23.09.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 01.04.2021-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi, ev 8V ünvanında qeydiyyatdadır. - Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 07 aprel 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının X3 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti təmin edilməmişdir. - İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdeh X8 qarşı evin boşaldılaraq mülkiyyətçiyə qaytarılması tələbinə dair Abşeron rayon Məhkəməsinin 2(012)-3222/2015 saylı, 17.08.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən, 1 mərəbəli, 2 otaqlı fərdi yaşayış evinin boşaldılaraq, X6 istifadəsindən alınıb "xxxx" Lizinq Şirkəti QSC-nə qaytarılması, X5 ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub "xxxx" Lizinq Şirkəti QSC-nə ödənilməsi qət edilmişdir. - Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları X2, X17, X18, tələbkar "xxxx" Lizinq Şirkəti QSC-nin etibarnamə üzrə nümayəndəsi X15, borclu X13, hal şahidləri X10 və X16 tərəfindən akt tərtib edilmiş, həmin aktda 11.05.2018-ci il tarixdə icra vərəqəsində qeyd edilən yaşayış evinin boşaldılaraq X6 istifadəsindən alınaraq tələbkar "xxxx" lizinq şirkəti QSC-nə qaytarılması və tələbkarın etibarnamə üzrə nümayəndəsi X11 icra vərəqəsində qeyd edilən mənzili boş vəziyyətdə təhvil alması qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. X9 qeyd olunan mənzildə qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin sonuncunun 07.04.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o, faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxs X9 məhkəmə iclaslarına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 ünvan 1 ünvanından qeydiyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X3 ünvan 1 ünvanından qeydiyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1176/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1176/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver