Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-118/2021 24.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Flialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə 2001-ci ildən 2007-ci ilədək olan dövr üçün 2-ci qrup əlil kimi ona ödənilməli olan pensiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2001-ci ildən 2007-ci ilədək olan dövr üçün 2-ci qrup əlil kimi ona ödənilməli olan pensiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsi prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 26.01.1957-ci ildə Bakı şəhərində anadan olmuş və 1988-ci ildə Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş, şüalanmaya məruz qaldığı və xəstəliyə tutulduğu üçün əmək qabiliyyətini itirməklə ona DSMF-nin Sumqayıt şəhər şöbəsindən 2-ci qrup əlil kimi pensiya almışdır. O, Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 22.06.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 70, 94-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin həbsdə olduğu dövrdə 2001- 2007-ci illər üçün ona əlilliyi ilə bağlı pensiya ödənilməmişdir. Yalnız 2008-ci ildə onu cəzaçəkmə müəssisində müayinə edərək yenidən 2-ci dərəcəli əlillik təyin edilmişdir və müavinətin ödənilməsi davam etmişdir. O, dəfələrlə DSMF-nin Sumqayıt şəhər şöbəsinə etdiyi müraciətlərə baxmayaraq ona həmin dövrün müavinəti hesablanaraq ödənilməmişdir. O, əmək qabiliyyətsizdir, səhhəti ilə bağlı heç yerdə işləmir, ağır şəraitdə yaşayır. O, 2001-ci ildən 2007-ci ilədək ödənilməyən müavinətin hesablanaraq ödənilməsi barədə cavabdeh təşkilata dəfələrlə müraciət etmiş, lakin 05.02.2020-ci il tarixli məktubla müraciətini cavablandırmaqdan imtina etmiş və qeyd edilən vəsait ona ödənilməmişdir. Cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və 10.10.2019-cu ildən əvvəlki son 3 ilin də müavinətinin hesablanaraq ona ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmiş və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianınm təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izah etdi ki, İddiaçı müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, onun 2001-2007-ci illərdə əlil olmasını təsdiq edən hər hansı sənəd yoxdur. İddiaçı təkrarən əlillik Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 17.06.2008-ci il tarixli rəyi əsasında verilmiş və bundan sonra ona əlilliyə görə əmək pensiyaı təyin edilmişdir. İddiaçı əlilliyi əvvəlki tarixlərdə təsdiq edilmədiyinə görə ona bu müddət üçün pensiya təyin edilməmişdir. Bununla əlaqədar cavabdehin nümayənfdəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - İddiaçı məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. - “Çernobl əlilləri İttifaqı” ictimai birliyinin 25.09.2019-cu il tarixli 97 saylı arayışından görünür ki,İddiaçı “Çernobl əlilləri İttifaqı” ictimai birliyinin üzvüdür. (vəsiqə 1806) -Azərbaycan Respiblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı zona 26.05.1998-ci il tarixdə 1 il müddətinə, yəni 26.05.1999-cu il tarixədək və 25.05.200-ci il tarixdə 25.05.2001-ci il tarixədək ll dərəcli əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məhkumun şəxsiyyətini təsdiq edən 5204 nömrəli sənəddən görünür ki, İddiaçı 01.12.200-ci ildə 01.12.2015-ci il tarixədək cəza çəkmişdir. -DSMF-nin Sumqayıt şəhər Şöbəsi tərəfindən verilmiş 109 saylı 20.02.2020-ci iltarilxi arayışdan görünür ki, İddiaçı 17.06.2008-ci ildən ömürlük ikinci dərəcəli əlillik təyin edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli **********4 saylı cavab məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı əillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “əlillik” altsistemində heç bir məlumat aşkarlanmamışdır. -Məhkəmənin sorğusuna əsasən 6 saylı Məntəqə tipli Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli 963 saylı cavab məktubundan görünür ki, İddiaçı 08.10.2014-cü il tarixdən 01.12.2015-ci il tarixədək 6 saylı mıntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş və 01.12.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunaraq müəssisənin qeydiyyatından çıxarılmışdır.İddiaçı şəxsi işində onun 25.05.2000-ci ildən 25.05.2001-ci il tarixədək əlilliyinin müəyyən edilməsi barədə sənəd əlavə edilmişdir. - cavabdeh tərəfindən verilmiş imtina cavabından məlum olur ki, iddiaçı 01.01.2001 -ci ii tarixdən 05.06.2007-ci il tarixədək olan dövrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyinədən keçməsi barədə müayinə aktından çıxarışı şöbəyə təqdim etmədiyi üçün ona həmin dövrə pensiya ödənişi aparılmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 3- cü maddəsinə əsasən şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İş materiallarından İddiaçı əlilliyin 1998-1999-cu, 2000-2001-ci və 2008-ci ildən sonra müddətsiz təyin olunması təsdiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi 2001-2007-ci illərdə onun əlil olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. İddiaçı özü də iddia ərizəsində və izahatında 2000-ci ildən sonra müayinədən keçmədiyini və cəzaçəkmə müəssisəsində yalnız 2008-ci ildə müayinə edildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıa 2001-2007-ci illər üçün əlilliyə görə əmək pensiyasının təyin olunmması üçün hər hansı hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə belə qənaətə gəlir ki, idida tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-118/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-118/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver