Məhkəmə qərarları › İş №2-1(118)-118/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-118/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-118/2023 31.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, kənd təsərrüfatı təyinatlı 0,5387 ha torpaq sahəsində cavabdeh tərəfindən yerləşdirilmiş quyuların cavabdehin hesabına çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, mülkiyyət hüququnun bərpa edilməsinə” dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,5387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi vərəsəlik qaydasında keçmişdir. Həmin torpaq sahəsi üzərində nə vərəsəsi olduğu ərinin, nə də ailə üzvü kimi onun razılığı və icazəsi olmadan cavabdeh tərəfindən quyular qazılaraq “Masazır” kabel xətlərinin transpozisiyaları quyuları kimi istifadə edildiyi cavabdehə müraciət etdikdə müəyyən edilmişdir. Həmin qurğuların oradan çıxarılması, əks halda torpaq sahəsinin bazar dəyərini ödəməklə torpaq sahəsiin dövlət ehtiyaclarından ötru alınmasının təmin edilməsindən ötrü müraciət etsə də, müsbət cavab alınmamışdır. Torpaq sahəsinin çıxarışının həmin quyuların yerləşdirilməsindən sonra əldə edildiyini göstərsələr də, bu əvvəla mülkiyyət hüququna müdaxilə üçün əsas ola bilməz. İkincisi isə həmin torpaq sahəsi üzərində vərəsəlik qaydasında mülkiyyət hüququ əldə edilmişdir. Həmin quyuların orada yerləşməsi mülkiyyət hüququna müdaxilə təşkil edir. Nə torpaq sahəsini təyinatı üzrə sahiblik və istifadə etməyə, nə də ki torpaq sahəsinin özgəninkiləşdirilməsindən ötrü sərəncam vermək hüququnun realizə edilməsinə imkan verir. Cavabdeh tərəfindən verilən cavab da mülkiyyət hüququnun bərpası üçün məhkəməyə müraciət etməyini qaçılmaz etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etmişdir. İddiaçıya hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını, bu mümkün olmadıqda isə müvafiq kompensasiya əldə etmək istəyir. Cavabdehin kim olması onun üçün əhəmiyyət daşımır. Hazırda verdiyi iddiasına baxılmasını istəyir. Eyni zamanda məhkəmə prosesi gedişində iddiaçı müvafiq qurumlara müraciətlər etmiş mübahisənin məhkəmədənkənar həlli mümkün olmamış, sonda iddiaçı iddiaya hazırkı formada baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə sorğusuna cavabında bildirir ki, 110 kV-luq '‘1”-ci və "2"-ci “Masazır" kabel xətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi DLİ “Azərdövləttikintilayihə” müəssisəsi tərəfindən 2012-ci ildə layihələndirilmiş və 2014-cü ildə istismara verilmişdir. Sifarişçilərin (təlabatçılann) layihələrinin enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması üçün Texniki şərtlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları" Qərarı əsasında verilir. ETŞ-nin qoşulma nöqtəsinədək işlər sifarişinin hesabına onun və ya seçdiyi podratçı tərəfindən yerinə yetirilir, elektrik xəttinin trassası sifarişi tərəfindən razılaşdırılır. İşlər başa çatdıqdan sonra (Energetika Nazirliyinin Dövlət Enerjinəzarət (indiki adı-X1 Agentliyi-EMTA) İdarəsi tərəfindən verilən istismara buraxlış aktı əsasında ETŞ-yə qoşulur. Sorğu məktubundan göründüyü kimi, İddiaçı, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5387 ha torpaq sahəsinə mülkiyyət hüququ barədə reyestrdən çıxarışı xx.xx.2020-ci ildə əldə etmişdir Həmin sahədə yerləşən quyular 110 kV-luq "1”-ci və “2”-ci “Masazır” kabel xətlərinin transpozisiya quyularıdır, layihə və tikinti işləri FHN-yi tərəfindən 2014-cü ildə icra edilib. Həmin vaxtdan Cavabdeh ASC-nin tabeliyindəki hüquqi şəxs olan “Sumqayıt YGEŞ" MMC-nin balansına qəbul edilib. "xxxx" MMC-yə sorğu məktubunda qeyd edilən sənədlərin məhkəməyə təqdim olunması tapşırılmışdır. Yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103 nömrəli 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə əsasən, 110 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçdiyi trassa boyu kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində hər iki tərəfə 20 metr qəbul olunmuşdur. Un, kV — xətlərin gərginliyi; m — məsafələrdir; Un, kV l-20 35 110 150 220 330-500 L, m İ0 15 20 25 25 30 b) yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi. "Qaydalar”ın; 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə olunmalıdır. 12-ci bəndinə əsasən, hava xətlərinin mühafizə zonalarında hava xətlərinin keçdiyi ərazilərin çəpərlənməsi, trassası boyu hərəkətin məhdudlaşdırılması qadağan edilmişdir. Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi MMC 24 may 2022-ci il tarixli, 16/01-13/420 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsjndə yerləşən 0,5387 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində yerləşən metal qapaqla örtülmüş quyular, həmin sahədən keçən 110 kV-luq 1-ci və 2-ci Masazır kabel xətlərinə məxsusdur. 110 kV 1-ci və və 2-ci Masazır kabel xətləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikiritidə X2 Agentliyi DLİ “Azərdövləttikintilayihə” müəssisəsi tərəfindən 7905 ET sayh sifarişlə 2012-ci ildə layihələndirilmiş və 2014-cü ildə tikintisi başa çatdıqdan sonra istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2011-ci il tarixli 1346 №li Sərəncamı ilə “Qaçqınların və məcburi köykünlərin sosial şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı’na edilmiş əlavələrin 1.1 bəndinin icrasının təmin edilməsi məqsədilə “Məcburi Köçkünlərin Sosial İnkişaf fondu“nun sifarişi İlə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 758 ailəlik yeni yaşayış məhəlləsinin xarici elektrik təchizatı şəbəkəsinin tikintisi başa çatdıqdan sonra 2014-cü ildə istismara qəbul edilmə haqda X5 20 fevral 2014-cü il tarixli aktı ilə "xxxx" MMC-nin balansına istismara verilmişdir (aktın surəti məktuba əlavə edilir). İddiaçı Cavabdeh ASC "xxxx" MMC-yə qarşı iddiası əsassızdır. Belə ki, "xxxx" ASC "xxxx" MMC-nin iddiaçıya məxsus ərazidə 110 kV 1-ci və 2-ci Masazır kabel xətlərinin və kabel quyularının yerləşdirilməsinə, tikinti-quraşdırma işlərinin aparılmasına heç bir aidiyyatı yoxdur. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Dövlət Layihə İnstitutu “AZƏRDÖVLƏTSƏNAYELAYİHƏ”-nin xx/xx-00240 saylı, 13 may 2022-ci il tarixli məktubu ilə Abşeron rayonu, Masazır bələdiyyəsi ərazisində 758 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarından ibarət yeni yaşayış məhəlləsinin (220/110 kv-luq səanye qovşağı-110/10 kv-luq “Masazır” y/st-lararası 110 kv-luq kabel xətti) işçi layihə sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş və bildirmişdir ki, hazırkı mübahisə inzibati mübahisə deyil. Həmin elektrik quyuları məcburi köçkünlər üçün tikilən evlərə elektrik enerjisi təchizatı üçün nəzərdə tutulmuşdur. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin təşübbüsü ilə çəkilmiş, istismara qəbul olunduqdan sonra Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi MMC-nin balansına verilmişdir. Azərenerji ASC sifarişçi və ya icraçı olmamışdır. MMC-də özünü səlahiyyətli hesab etmir. AR FHN Tikintidə X2 Agentliyi cavabdeh ola bilərdi. Azərenerji tərəfindən çəkilmiş olsa idi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmalı idi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, kənd təsərrüfatı təyinatlı 0,5387 ha torpaq sahəsində cavabdeh tərəfindən yerləşdirilmiş quyuların cavabdehin hesabına çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, mülkiyyət hüququnun bərpa edilməsini” istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində qoyduğu Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir və eyni zamanda mübahisənin yaranmasına əsas olmuş elektrik xətti Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərfindən çəkilməmiş, çəkildikdən sonra "xxxx" MMC-nin balansına istismara verilmişdir. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması halıda mövcud deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sənədlərdən aydın olmuşdir ki, elektrik xəttini Cavabdeh Açıq Səhmdar Cəmiyyəti çəkməmiş, hazırda isə ayrıca hüquqi şəxs olan "xxxx" MMC-nin balansına istismara verilmişdir. Bu halda məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının mülkiyyət hüququnun pozulması halı açıq-aşkar olsada, məhkəmə hesab edir ki, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. Məhkəmə hesdab edir ki, dövlət etiyacları üçün torpaq sahələrinin geri alınması halı yoxdursa, mülki məhkəmə icraatı qaydasında olan tələblərin uğurluluq ehtimalı daha yüksək görsənir. Bu halda işə hansı məhkəmədə baxılmasından asılı olmayaraq kompensasiya formasında torpağın dəyəri yox, torpağa sahiblik imkanlarının məhdudlaşdırılması ilə bağlı yaranan və mülki qanunvericilikdə müəyyən edilmiş hüquqlardan meydana gələn tələblər irəli sürülə bilər. İndiyə qədər formalaşmış məhkəmə təcrübəsini nəzərə alanda, cavabdehin inzibati orqan olub-olmaması işə mülki məhkəmə icraatı qaydasında vəya inzibati məhkəmə icraatı qaydasında baxılmasını müəyyən etsədə, hər bir halda məhkəmə hesab edir ki, torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması halı yoxdursa, bu kateqoriya tələblər ancaq mülki qanunvericilikdən irəli gələn hüquqlar əsasında formalaşa bilər. Məhkəmə hesab edir ki, cavbdehin orqanın və müvafiq tələbin, eyni zamanda məhkəmə aidiyyətinin düzgün seçilməsi iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından vacib əhəmiyyət daşıyır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanlardan ziyana görə kompensasiya tələbi formasında hüquq müdafiə vasitəsinin seçilməsi halında, hazırkı iş üzrə torpaq sahələrinin dövlət ehtiyacları üçün geri alınması halı olmadığını və sübut etmə vəzifəsinin iddiaçıya aid olmasını nəzərə alanda, cavabdeh inzibati orqanın düzgün müəyyən edilməsi iddianın uğurluluq ehtimalı baxımından vacib əhəmiyyət daşıyır. Məhkəmə bir daha qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun pozulması açıqaydın görsənsədə, iddiaçı əlverişli hüquq müdafiə vasitələrindən istifadə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, elektrik xətti Sumqayıt YGEŞ” MMC-nin balansına istismara verildiyi və həmin orqan inzibati orqan olmadığına görə, həmin orqana qarşı hazırkı tələb ilə mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilənlərə uyğun olaraq müxtəlif hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar