Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1182/2024 18.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı xidmət etdiyi işllərin düzgün hesablanaraq pensiyanın təyin edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xidmət etdiyi işllərin düzgün hesablanaraq pensiyanın təyin edilməsi dair qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində Azərbaycan Respublikas İPM-nin 28.2-ci maddəsinə əsasən (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2000ci il tarixədək Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Quba rayon Mühafizə Bölməsində işləmişdir. Lakin pensiyaya çıxdıqdan sonra əmək hensiyası düzgün hesablanmamşdır. Bununla bağlı o, cavabdeh idarəyə müraciət etmişdir, cavabdeh tərəfindən ona məktub göndərilərək xidmət illərinin 1 il az göstərildiyi bildirilmişdir. Onun dəfələrlə müraciətlərindən sonra xx.xx.2017-ci il tarixli 146 saylı əmr verilmişdir. Həmin əmrə əsasən DİN Baş Mühafizə İdarəsinin şəxsi heyəti üzrə xx.xx.2000-ci il tarixli 211ş/h saylı əmrə qismən dəyişiklik edilərək, xx.xx.2000-ci il tarixə xidmət müddətinin təqvim hesablama ilə 22 il 11 ay 20 gün, imtiyazlı hesablama ilə 28 il 00 ay 20 gün olduğu müəyyən edilmişdir. Lakin buna baxmayaraq onun əmək pensiyası yenə də düzgün hesablanmamışdır. Cavabdeh məhkəmə iclasınını vaxı və yeri barədə xəbərar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi izah etdi ki, iddiaçının əmək pensiyası DİN tərəfindən təqdim edilən məlumat vərəqəsinə uyöun hesablanmışdır. Sonuncu məlmat vərəqəsinə görə iddiaçının cəmi iş stajı 28 il 00 ay 20 gün təşkil edir, buna uyğun olaraq əmək pensiyası 632.33 manat hesablanmışdır. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının iddia tələbinin mahiyəti əmək pensiyasının düzgün hesablanmaması ilə bağlıdır. İddiaçı bunu xidmət illərinin düzgün göstərilməməsi ilə əlaqədar olduğunu bildirir ki, özü də məhkəmə iclasında xidmət illərinin həqiqətən də 28 il 0 ay 20 gün təşkil etdiyini və bununla bağlı etirazının olmadğını təsdiq etdi. Eyni zamanda əmək pensiyasının az hesablanmasından narazı olduğunu bildirdi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçınnı DİN Baş Mühafizə İdarəsinə hər hansı tələbi olmamalıdır. Sonuncu qanunuvericiliyin tələblərinə uyğun olaraq iddiaçının xidmət illərini düzgün göstərməklə əmək pensiyasının hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına gönədrmişdir. Artıq bundan sonra iddiaçının əmək pensiyasının düzgün hesablanmaması ilə bağlı hər hansı tələbi olarsa, həmin orqana, yəni Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yönəlməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı xidmət etdiyi işllərin düzgün hesablanaraq pensiyanın təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı xidmət etdiyi işllərin düzgün hesablanaraq pensiyanın təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1182/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1182/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver