Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1183/2020 12.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən evə adına qazdan istifadəyə dair abonent hesabının açılması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “ünvan 1 ünvanında yerləşən evə adına qazdan istifadəyə dair abonent hesabının açılması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 saylı ünvanda yerləşən ev X7 məxsus olmuşdur. Həmin yaşayış evini iddiaçı aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin alqı-satqı müqaviləsi Quba Rayon Məhkəməsinin 2(027)- 1044/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən təsdiq edilmişdir. Məhkəmə qətnaməsinə əsasən evi alsa da, həmin evə köçməmişdir. Yalnız Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışı xx xxxxxxxx 2018-ci il tarixdə aldıqdan sonra həmin evə köçmüşdür. Həmin evə köçdükdə evin əvvəlki sahibi X6 adına abonent hesabı olmuş, həmin hesabda borc qalmışdır. Evin abonent hesabında borc olduğuna görə evə köçən vaxtda “Azəriqaz” İBnın Xaçmaz Qİİ-nın Quba şöbəsinin əməkdaşları evə gələrək qaz borcunu ödəməyi, əks halda evə qaz təchizatının bərpa etməyəcəklərini bildirmişlər. Lakin həmin qaz iddiaçı tərəfindən istehlak olunmadığı üçün, qaz borcunu iddiaçı ödəyə bilməzdi. O, həmin vaxtdan əvvəcə şifahi daha sonra isə yazılı müraciətlər edərək adına həmin evə dair abonent hesabının açılması xahiş etmişdir. Çünki iddiaçı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı rayon ilin payız, qış və qismən də yaz fəsilində qaz istifadə etmədən yaşamaq mümkün deyildir. Etdiyi müraciətlər nəticəsində ona abonent hesabında olan 6229 manat borcun ödənildikdən sonra adına abonent hesabını açacaqlarını bildirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9- cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, fərdi yaşayış evinə iddiaçının adına Daşınmaz Əmlaka Hüquqların Dövlət Qeydiyyatı Haqqında Dövlət Reyestrindən çıxarış verildiyi üçün həmin ev X6 deyil, iddiaçınındır. Onun istifadə etdiyi qazın borcunu iddiaçı ödəməli deyildir. X15 evə yeni abonent hesabı açmalı və sayğac quraşdırılması, evin borcunu isə onun əvvəlki mülkiyyətçisi X3 tələb etməlidir. Adına abonent hesabı açmaq və qaz sayğacı quraşdırmaq cavabdehin vəzifəsidir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. l. İddiaçı iddia ərizəsində qeyd edir ki, ünvan 3 ünvamndakı evi alqı-satqı yolu ilə evin köhnə sahibi X4 almışdır və Quba rayon Məhkəməsinin 2(027)-1044/2011 saylı xx.xx.2011 -ci il tarixli Qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Belə müəyyən olunur ki, bu ev İddiaçı tərəfindən 2011 -ci ildə alınıb, yalnız xx.xx.2018-ci ildə sənədləşdirilmiş və yeni mülkiyyətçi həmin tarixdən o evdə yaşayır. Evun əvvəlki, sahibi X1 RQİİ-nin Quba xidmət sahəsində abonent kimi qeydiyyatdadır və həmin evdə istifadə olunan təbii qaz **********00420 saylı abonent kodunda qeyd olunur. Azərbaycan respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011 -ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nm 6.4-cü bəndində göstərilir ki, ’’Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir.Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanmalıdır”. Göründüyü kimi İddiaçı evi alarkən və sənədləşdirərkən Qanunun tələblərinə əməl etməmişdir. Bu səbəbdən də hal-hazıradək o evdə istehlak olunan təbii qaz evin əvvəlki sahibinin abonent kodunda qeydiyyatdan keçir.
2. Abonent saldosundan müəyyən olunur ki, ünvan 3 ünvanmdakı evin xx.xx.2020ci il tarixə yalnız sayğacın göstəricisi ilə müəyyən edilən debitor borcu 6268,80 manatdır. Bu borc, ev İddiaçı mülkiyyətinə keçəndən başlayaraq 2011-ci ildən yığılmağa başlamışdır. İddiaçı həmin evdə yaşamağa başlayanda, yəni 2018-ci ilin sentyabr ayında həmin borc 3999,40 manat təşkil edirdi. Belə çıxır ki, **********00420 saylı abonent kodundakı borc İddiaçı istehlak etdiyi təbii qazın dəyərinin ödənilməməsi nəticəsində əmələ gəlmişdir. Deməli İddiaçı istehlak etdiyi təbii qazın dəyərini ödəməkdən yayınmaq məqsədi ilə onun üçün yeni kod açılmasına nail olmaq istəyir. Əgər abonent qazlaşdırma kodunda ad dəyişmə etmək istəyirsə debitor borcunu tam ödəməli, öz adına yeni Müqavilə bağlamalıdır. İddiaçı ərizəsində iddia tələbinin inzibati orqanın üzərinə qoyulması barədə Qətnamə qəbul edilməsini xahiş edir. “İnzibatı icraat haqqında “ Azərbaycan respublikası Qanunun 2.0.1 -ci maddəsində inzibati orqan-Azərbaycan respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli və digər qurumları,bələdiyyələr,habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2,-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi(publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyi inzibati orqan deyildir və onun üzərinə inzibati qərar vermək öhdəliyi qoyula bilməz. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı vəkili X12 iştirakı etmiş iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmənin sullarına cavab olaraq bildirmişdir ki, qaz idarəsi evin əvvəlki sahibinə aid borcu tələb edir, ona görədə qaz verilişi dayandırılıb, iddiaçı həmin borcu ödəmək istəmir, yerli məhkəmə isə mübahisəyə baxmaq istəmir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “ünvan 1 ünvanında yerləşən evə adına qazdan istifadəyə dair abonent hesabının açılması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir və hazırkı iddia cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də Cavabdeh publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə qeyd edir ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. Lakin hazırki mübahisə Cavabdeh publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. İddia ərizəsindən və iş materiallarından görsənir ki, iddiaçının mülkiyyət hüququ əldə etdiyi daşınmaz əmlak əvvəldən qaz təchizatı ilə təmin olunmuşdur və mübahisənin yaranmasına səbəb həmin ünvanda yaranmış borc məbləğinin iddiaçı tərəfindən ödənilmək istəməmsi ve yeni obonent kimi qeydiyyatını tələb etməsidir. Göründüyü kimi bu mabahisə cavabdehin publik hüquq sahəsindəki fəliyyəti ilə bağlı deyil, qaz ilə təchiz olunmuş ünvanda qaz satışı ilə bağlı yaranmış mülki mübahisədir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “ünvan 1 ünvanında yerləşən evə adına qazdan istifadəyə dair abonent hesabının açılması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası qeyri mümkün hesab edilməlidir. İddiaçıya izah edilsin ki, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev