Məhkəmə qərarları › İş №2-1(118)-1183/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1183/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1183/2021 29.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh vəzifəli şəxsləri tərəfindən yol verilən hüquq və azadlıqlarının məhdudlaşdırmasına səbəb olan halların aradan qaldırılması, Cavabdeh tərəfindən 30 aprel 2021-ci il tarixdə verilmiş oğlunun təsərrüfatdan ayrılması barədə imtina məktubunun ləğv edilərək X3 üzərində ailə təsərrüfat başı qeydiyyatından çıxarılması vəzifəsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Zəngilan rayon məcburi köçkünüdür, onun həyat yoldaşı X1 rayon məhkəməsinin 29 yanvar 1999-cu il tarixli qətnaməsi ilə xəbərsiz itgin düşmüş elan edilmişdir. Onunla birgə yaşayan X2 ailəsindən boşanmış və onun 3 az yaşlı uşaqları ilə onunla yaşayırlar. Qız nəvələri X7, X10 və X11. Oğlu 11.02.1992-ci ildə anadan olmuş , Zəngilan şəhər Rəsulzadə küçəsi ev 1-də qeydiyyatda olan Abşeron rayon Mehdabat qəsəbəsi yeni məhəllədə yaşayan X12 ailəlidir bir övladı var. X22 çox vaxtlar evdən pul oğurlamış, ondan məcburi sürətdə pul verməyini tələb etmişdir. Hətda onu evdə küçədə dəfələrlə döymüş təhqir etmiş və xəsarət yetirmişdir. Pulu ondan alıb getmişdir. O, bu hadisələrdə dözə bilməyib 30.10.2018-ci ildə Abşeron rayon polis idarəsinə şikayət ərizəsi vermiş, Abşeron rayon polis idarəsinin təhqiqatcısı polis mayoru Əlləddin Alməmmədov tərəfindən istintaq aparılmış 180.1-ci maddə ilə cinayət işi başlanmış Abşeron rayon məhkəsinin 26.02.2020-ci il saylı, iş Ns1(012) 86/2020 tarixli qərar ilə X12 180.1-ci maddəsi ilə təqsirli bilinərəık 02( iki ) il müddətinə azadlığı məhdudlaşdırıması cəzasına məhkum edilmişdir. Lakin o yenə hümanistlik edib tutulmamaq ücün barışıq ərizəsi vermişdir. Yenə də onu döydü təhqir etmiş, həttda əyin paltarlarınıda ona vermədi. Ona qonşu gəlinlər yataq ücün geyim paltarlarını verdilər. Dediki acıq edib gedəndə aparıb paltarların Atasız böyütmüş 3 idarədə xadimə işləmiş axırda mükafatı bu oldu. Bu cür oğula nə ad verəsən. 2012-ci ildən hal-hazıradək oğlu X12 və arvadı X13 aralarında münasibətlər tam pozulub. Daima münaqişələr baş verir. Birgə evdə ana bala kimi yaşamaq bir evdə qeydiyyatda olmaq tam mənasız olmuşdur. O dəfələrlə Zəngilan şəhər icra nümayəndəsi Murad müəllimə müraciət etsə də mənə bildirmişdir ki, oğlun sənin təsərrüfatından ayrılmaq isdəmədiyindən, onu yeni ayrıca ailə kimi qeydiyata ala bilmərik, evdən getməyini və onun uçotundan çıxmasını xahiş etmişdir. Dəfərlə ölkə prezdentinə, Mehriban xanıma ərizə yazmış, sonra məcbur olub dedilər ki imtina yazaq ver bizi məhkəməyə qətnamə gətir ayıraq təsərrüfatından oğlunu. Bu səbəbdən də 30 aprel.2021-ci il tarixdə verilmiş 20 saylı imtina məktubu vermişdir. Oğlu Cavabdehnə gedib məqsədli sürətdə onun təsərrüfat uçotundan çıxarılmasına qarşı imtina etmişdir. O, X2 3 azyaşlı uşağı ilə onunla qalır və yaşayır. O tək deyil ki, oğlu ailəlidir, evi var bir uşağı var ayrı yaşayır. Oğlu Abşeron rayon Mehdabat qəsəbəsi yeni məhəllədə yaşayan X12, telefonu 055 *** ** ** onun təsərrüfatından çıxarılsın ayrıca təsərrüfat kimi öz ailəsi ilə qeydiyata alınsın. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Zəngilan şəhər sakini hazırda Abşeron rayonu Masazır qəsəbəsi Məcburi köçkün şəhərciyi ev 2 mənzil 34-də məskunlaşmış İddiaçı oğlu X3 təsərrüfatının onun təsərrüfatından ayrılmasını xahiş etmişdir. Məlumat üçün bildirir ki, 13 avqust 2013-cti il tarixdə 2-34 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında dövlət tərəfindən İddiaçı qızma 1986-cı il təvəllüdlü qızı Aygün, 1992-ci il təvəllüdlü oğlu Elşənə Abşeron rayonu Masazır qəsəbəsi Məcburi köçkün şəhərciyi ev 2 mənzil 34-də 2 otaqlı mənzil verilmişdir. E.Əsədov hazırda anası ilə eyni ünvanda deyil, ünvan 1şmışdır, ona verilən vahid aylıq müavinət öz adına olan ayrı kartla ödənilir. Həmçinin bildirir ki, təsərrüfatın ayrılması üçün təsərrüfatı ayrılan şəxs ərizə ilə, aid olduğu təsərrüfatın başçısı razılıq ərizəsi ilə müraciət edir, qanuna müvafiq olduqda təsərrüfatın ayrılması icra nümayəndəliyinin sərəncamı ilə ayrılır. İddiaçı oğlunun təsərrüfatının ayrılması barədə ərizə yazsada, oğlu ərizə yazmamışdır. Elşən Əsədov rayon İcra hakimiyyətinə dəvət olunmuş və söhbət aparılmışdır. E.Əsədov 13.11.2020-ci ildə yazdığı ərizədə, 28.04.2020- ci ildə yazdığı izahatda və həmçinin onunla aparılan telefon söhbəti zamanı (***-***-**-**) təsərrüfatından ayrılmasına qəti etirazını bildirmişdir. Ona görə də Əsədovun təsərrüfatı anası İddiaçımn təsərrüfatından ayrılmamışdır. Təkrarən 28.04.2021-ci ildə bu məsələ ilə əlaqədar X12 nümayəndəliyə dəvət olunmuş onunla anasının ərizəsinə əsasən təsərrüfatdan ayrılması barədə söhbət aparılmışdır. O əvvəlki fikrində qalaraq qəti şəkildə təsərrüfatdan ayrılmasına etiraz etmişdir. Bu barədə İddiaçı məlumat verilmişdir. İddiaçı eyni zamanda özünə və oğluna ayrı-ayrılıqda mənzil verilməsini tələb edir. Məcburi köçkünlərə mənzillərin verilməsi dövlət proqramı əsasında Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komiəsi tərəfindən həyata keçirilir. Rayon İcra hakimiyyətinin mənzil fondu yoxdur. İddiaçı və oğlunun mənzillə təmin olunması rayon İcra hakimiyyətinin imkanı xaricindədir. İddiaçı nəzərinə çatdırılmışdır ki, təsərrüfatdan ayrılmaq tərəflərin hər ikisinin müraciəti əsasında mümkündür. Tərəflərdən biri etiraz edirsə nümayəndəlik olaraq təsərrüfatdan ayırmaq onların səlahiyyətləri xaricindədir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə 3-cü şəxsin iştrakı olmadan baxıılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh 20 saylı 30 aprel 2021-ci il tarixli imtina məktubu, cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilən 26 saylı 18 iyun 2021-ci il tarixli etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçıların hazırki tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsindən ibarətdir. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı övladı X3 təsərüffat başı qeydiyyatından çıxarılması ilə bağlı əvvəlcədən inzibati orqana müraciət etdiyindən və hazırki iddianın mümkünlük şərtinə əməl edildiyindən hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, övladları Aygün Əsadovaya və Elşən Əsədova 13 avqust 2013-cü ildə 2-34 saylı xüsusi təyinatlı yaşayış sahəsi kirayə müqavilə əsasında dövlət tərəfindən mənzil ayrılmışdır. İddiaçı ilə X22 arasında olan münasibətlər pisləşdiyindən İddiaçı Zəngilan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən X22un təsərrüfat başından çıxarılmasını tələb edir, lakin cavabdeh təşkilat Elşən Əsədovun buna razılıq verməməsi səbəbindən iddiaçının tələbini yerinə yetirə bilməyəcəyini bildirir. Buna görədə İddiaçı hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilənlərə əsasən məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı çərcivəsində məhkəmə tərəfindən inzibati orqanlarının hərəkət və ya hərəkətsizliyinin qanuni olub-olmaması araşdırılır. Hazırki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh Zəngilan şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi iş üzrə üçüncü şəxsin həmin təsərrüfatdan qeydiyyatdan çıxarılmasından imtinası qanuni olmuşdur. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 05.05.2010-cu il tarixli 17/11 nömrəli sərəncamı ilə təsdiq edilmiş kənd inzibati ərazi dairəsində təsərrüfatbaşına uçotun aparılmasına dair metodoloji izahatın 6-cı bəndinə görə, kənd inzibati ərazi dairələri hər beş ildən bir 1 yanvar vəziyyətinə, təsərrüfatbaşına kitabları (1 nömrəli forma) və təsərrüfatın əlifba kitablarını (3 nömrəli forma) yenidən tərtib edirlər (açırlar). Təsərrüfatbaşına kitablar yanvarın 1-dən 15-nə kimi olan dövrdə həyətləri başdan-başa gəzmək və əhalidən sorğu aparılmaq yolu ilə yenidən tərtib edilir. 7-ci bəndinə əsasən, təsərrüfatbaşına uçot kitablarının məlumatlarından aşağıdakı məqsədlər üçün istifadə edilir: maliyyə, sığorta, statistika və digər orqanlar kənd əhalisinin sosial və milli mənsubiyyəti, cins və yaş tərkibi, mövcud ərazidə istifadəsində və xüsusi mülkiyyətində olan yaşayış evləri və digər tikililəri, mal-qaranı, torpağı uçota almaq və digər məlumatlar əldə etmək üçün, yerli kənd inzibati ərazi dairələri ümumi təhsil müəssisələrində icbari ümumi orta təhsili təmin etmək məqsədilə məktəb yaşlı uşaqların siyahılarını, seçkilərdə və referendumda iştirak etmək hüququna malik olanların siyahılarının müəyyən edilməsi və sair. 10-cu bəndinə əsasən, təsərrüfatbaşına kitaba (1 nömrəli forma) özlərinin tikililəri, həyətyanı sahəsi, pay torpağı və mal-qarası olub-olmamasından asılı olmayaraq, kənd inzibati ərazi dairəsində daimi yaşayan bütün ictimai qruplara mənsub olan təsərrüfatların (idarə və müəssisələrdə çalışanlar, fərdi əmək fəaliyyəti ilə məşğul olan təsərrüfatlar, ailə kəndli təsərrüfatları və s.) ailə üzvləri yazılır. 35-ci bəndinə əsasən, kənd inzibati ərazi dairəsinə daimi yaşamaq üçün yeni gəlmiş şəxslər haqqında qeydlər 24-cü “Kənd inzibati ərazi dairəsinə yeni gəlmiş şəxslər haqqında qeydlər” sətrində yazılır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, üçüncü şəxs X12 iddiaçının oğlu olmaqla 2013-cü il tarixdə həmin təsərrüfatın üzvü kimi həmin təsərrüfata qeydiyyata düşmüşdür. Məhkəmə hesab edir ki, üçüncü şəxs hər nə qədər həmin təsərrüfat üzvlərinin ailə üzvü olmaqla orada yaşayırsa və onun həmin təsərrüfatda yerləşən yaşayış sahəsindən məcburi çıxarılması haqqında məhkəmə qərarı mövcud deyildirsə cavabdehin həmin təsərrüfatdan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtinası qanunidir. Bundan əlavə iddiaçı tərəf Elşən Əsədov tərəfindən ona qarşı yeni cinayətin törətməsindən çəkinməsi kimi gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, məişət zorakılığı ilə bağlı orderin alınması ilə bağlı iddiaçının aidiyyatı qurumlara və ya məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin təsərrüfatdan qeydiyyatdan çıxarılmaması ilə bağlı cavabdehin hərəkətləri iddiaçılara münasibətdə qanunidir və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh vəzifəli şəxsləri tərəfindən yol verilən hüquq və azadlıqlarının məhdudlaşdırmasına səbəb olan halların aradan qaldırılması, Cavabdeh tərəfindən 30 aprel 2021-ci il tarixdə verilmiş oğlunun təsərrüfatdan ayrılması barədə imtina məktubunun ləğv edilərək X3 üzərində ailə təsərrüfat başı qeydiyyatından çıxarılması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə İddiaçı iddiası təmin edilməsin. Qərardan, surəti rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar