Məhkəmə qərarları › İş №2-1(118)-1186/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1186/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1186/2022 06.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı “Azərbaycan Respublikası MN-nin Baş klinik hospitalının hərəkət və hərəkətsizliyi, ona əlilliyin təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş klinik hospitalının və Azərbaycan Respublikası ƏƏSMN-nin DTSEVRX-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı “Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş klinik hospitalının hərəkət və hərəkətsizliyi, ona əlilliyin təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Naziliyinin Baş klinik hospitalının və Azərbaycan Respublikası ƏƏSMN-nin DTSEVRX-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X4 iddia tələbinə dəqiqləşdirmə verərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Klinik Hərbi Hospitalının, üçüncü şəxs qismində isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul edilməsini və forma 88-in verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 1,7,16,24-26,29,38,57,71-ci maddələrinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır, hər kəsin hüquq və azadlıqları, sosial təminat, müraciət etmək hüququ vardır, lakin onlar konstitusiyada təsbit edilmiş hüquqlardan istifadə edə bilmir. Belə ki, onun 2011-ci ildən Müdafiə nazirliyinin milli ordu sıralarında hərbi qulluqçusudur, hazırda da N saylı hərbi hissədə xidmət göstərir, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar dəfələrlə hərbi qospitallarda müayinə və müalicələr almış, lakin aldığı müalicələr nəticəsində sağalmamışdır. 2020-ci ilin axırından dəfələrlə etdiyi müraciətlərə baxmayaraq onu qospitala müalicəyə buraxmayıblar, məzuniyyət götürüb qospitala gedib özünü qeydyiyyata salmış və sonradan müayinə və müalicə üçün 19 may 2021-ci il tarixindən 19 iyun 2021 ci il tarixindən hərbi qospitalda müalicə olunaraq kafi vəziyətində ordan buraxılmış, lakin travmatoloqiya şöbəsindən yer olmadığına görə bir aydan sonra əməliyyata gəlməsini yazıblar. Qospitaldakı müalicələr və müayinələrlə tam narazılığı var, qoyulmuş diaqnoza görə aldığı xəstəliklərin hamısı hərbi xidmət dövründə olmuşdur, həm də hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi-həkim komissiyası tərəfindən o hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır, halbuki dəfələrlə həkimlər bildiriblər ki, xəstəliklərinə görə hərbi xidmətə yararsızdır, hansı səbəblərə görə belə yazılması aydındır. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarından göründüyü və iddiaçının da qeyd etdiyi kimi İddiaçı Azərbaycan Ordusu sıralarında gizir hərbi rütbəsində xidmət etməklə N nömrəli hərbi hissədə xidmətdədir. İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətini davam etdirərək xidməti dövründə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixlərədək Müdafiə Naziliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicələrdə olmuşdur. Beləki o, xx.xx.2016-cı il tarixdə “Sağ tərəfli düz qasıq yırtığı.Vertebrogen lyumbalgiya” diqnozu ilə Müdafiə Naziliyinin Baş X3-Abdominal Cərrahiyyə bölməsinə daxil olmuş və daxil olarkən şikayətləri sol qasıq nahiyəsində olan şişkinlik və ağrılardan, səbəbi ağır fziki işlərin icrası ilə əlaqələndirilmişdir. Aparılmış müalicə xx.xx.2016-cı il tarixdə yerli anesteziya altında sol tərəfli herinotomiya, hernioplastika əməliyyatı icra edilmiş, xəstə əməliyyatdan sonrakı dövrü fəsadsız keçirərək, yara birincili saağalmaqla kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmış həmçinin xx.xx.2016-cı il tarixdə Hərbi Həkim Komisiyasına təqdim olunmaqla keçmiş, o Xəstəliklər cədvəlinin 61 maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 15 gün məzuniyət verilməsi ilə hərbi hissəsinə göndərilmiş, məsləhətlər: hərbi hissə həkiminin nəzarəti, HHK-nın qərarım həyata keçirmək və planlı qaydada fizioterapevtik müalicə nəzərdə tutulmuşdur. Bundan başqa, xəstə xx.xx.2017-ci il tarixdə MNBKH-nın Nevrologiya bölməsinə bei-oma nahiyəsində olan sağ ayağa yayılan ağrıdan, keymədən, hərəkət məhdudluğundan şikayətlərlə “Xroniki diskogen mənşəli bel-oma radukliti, natamam remissiya mərhələsində.L3- L4 fəqərəarası diskin sol foraminal protruziyası, L4-L5 fəqərəarası diskin sol foraminal yırtığı. Vazamator rinit.Sağ əlin birinci barmağının distal falanqasımn kiçik ölçülü kiristalı” diaqnozu ilə stasionar müayinə və müalicələrə qəbul edilmiş, rejim, pəhriz, aktovegin, diklofenak, amitriptilin, qalazolin, dimedirol, omeprozol, aparılaraq, xəstə kafi vəziyyətdə xx.xx.2017-ci il tarixdə stasionardan çıxarılaraq hərbi həkim komisiyasına təqdim edilmiş HHK-sı MN-nin 123 saylı əmrinin 26c maddəsinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır”qərarı vermiş, xəstə xx.xx.2017-ci il tarixdə xidmət etdiyi hərbi hissəyə göndərilmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2018-ci il tarixdə bel nahiyyəsində olan ağrılardan və ağrıların aşağı ətraflara yayılmasından şikayətlənərək MNBKH-nın Tibbi Rebilitasiya bölməsinə “Dikogen mənşəli sol tərəfli L5 radiklopatiyası” diqnozu ilə qəbul edilmiş xx.xx.2018-ci il tarixədək stasionar müayinə və müalicələrdə olaraq rejim-3, pəhriz-15, sol dikloffenat, sol midokalm tab, omeprazol, almagel, fizioterapefitik prosedurlar, massaj və MBT təyin olunaraq təyinat edilmişdir. Həmçinin gizir İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək MNBKH-nın Qastroenterologiya bölməsinə stasionar müalicədə olmuş, qəbul olarkən şikayətləri baş ağrısı, halsızlıq, ürəkbulanma, ümumi zəiflik, epiqastrol nahiyədə ağrı, qıcqırma, qəbizlik olmuşdur.Xəstəyə təyinatlar edilərək pəhrizə, qidalanma rejiminə əməl etmək, zərərli vərdi.lərdən imtina etmək (spitli içki, siqaret) omeprozol yeməkdən əvvəl 10 gen istifadə edilməsi tövsüyyə edilmiş HHK-na təqdim edilmiş və yenədə sıradankənar olmaqla N gün məzuniyət verilərək çıxarış edilmişdir. Eyni zamanda gizir İddiaçı 25.08,2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək MN BKH-nın Ortepediya bölməsində Sağ əlin İ barmağının distal falanqasının total enxondroması”, yanaşı olaraq “İki tərəfli qasıq limfadenopatiyası.Təpə nahiyəsinin yumuşaq toxumalarının yad cismi (metal olmayan) .Xroniki diskogen mənşəli döş və bel-oma redukuliti, natamam remissiya mərhələsində.L3-L4,L-4-L5, L5-S1 fəqərəarası disklərin proturziyası.Xora xəstəliyi, natamam remissiya mərhələsində. Mədənin və 12 barmaq bağırsaq soğanağının çapıqlaşmış xorlarından sonrakı vəziyyət” siqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Xəstəyə rejim, pəhriz, ağrıkısici, antibiotik, antikoaqulyant və.s müalicələr aparılmışdır. Xəstəyə xx.xx.2021-ci il tarixdə “enxondromanın xaric edilməsi, autoosteoplastika” cərrahi əməliyyatı icra olunmuşdur. Xəstə hərbi həkim komissiyasına təqdim olunmuş, Medafiə nazirinin 123 nömrəli əmrinin 86 maddəsinin İİİ qarafasma əsasən “hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməlidir” qərarı verilmişdir. Məzuniyyət müddəti tamamlandıqdan sonra xəstəyə təkrar baxış olmuş və tam sağalma qeyd edilmişdir. İddiaçının iddiasında nəzərdə tutduğu bəzi tələblər vardır ki, bu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının səlahiyyətləri çərçivəsində deyildir. Belə ki, iddiaçı ona Hospitaldan ona əllillik dərəcəsinin (qrupunun) və onu tərxis edilməsi tələbini irəli sürür.Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ayrı-ayrı hərbi qurumlardır və hərbi qulluqçunun müayinə və müalicələri bitdikdən sonra zəruri hallarda Hərbi Həkim Komissiyasına təqdim olunur onun hərbi xidmətə yararlılıq dərəcəsəinin yenidən müəyyən edilməsi üçün Hərbi Həkim Komissiyasına təqdim edilir və hərbi qulluqçu yuxarıda qeyd olunan əmr və sərəncamların tələblərinə uyğun şahadətləndikdən sonra xidmətin davam etdirilib-etdirilməməsi qərarı verilir. Gizir İddiaçı də, bir neçə dəfə hərbi həkim komisiyassına təqdim edilərək şəhadətləndirilmiş və sıradan kənar olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir. Həmçinin gizir İddiaçı əlilliklə bağı ona hospital tərəfindən qrup verilməməsi tələbinə cavab olaraq bildirildi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə əlilliyin müəyyən edilməsi, növünün dəyişdirilməsi və bərpa olunması Müdafiə Nazirliyinin səlahiyyətlərində olmadığından Mərkəzi Hərbi Həkim Komissiyasının təsdiq etdiyi şəhadətnaməni təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə və ya həmin qurumun qeydiyyatda olduğunuz rayon şöbəsinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlilliyin təyin olunması ilə bağlı Agentliyə rəsmi müraciəti daxil olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən üçüncü şəxsin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəfləri dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir.Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən Hərbi-həkim komissiyaları hərbi xidmətə könüllü daxil olan vətəndaşların, orqanlara xidmətə daxil olan vətəndaşların,hərbi qulluqçuların və digər şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsini həyata keçirir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin.Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. Həmin Əsasnamənin 1.9-cu bəndinə əsasən vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər.Həmin Əsasnamənin 1.13-cü bəndinə əsasən tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları, o cümlədən həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı onların rəsmiləşdirildiyi gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, keçmiş hərbi qulluqçu gizir İddiaçı hərbi xidmət dövründə travma almış və müxtəlif vaxtlarda hərbi xidmətə müvəqqəti yarasız hesab edilərək hərbi xidmət vəzifələrindən tam azad edilmişdir.Sonradan o, vəzifələrinin yerinə yetirilməsi ilə bağlı xidmət keçdiyi hərbi hissəyə geri qaytarılmışdır. İddiaçı bağlaşma əsasında hərbi xidmət keçdiyini və bağlaşmanın müddəti bitdiyinə görə Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanın 20 mart 2022-ci il tarixli Əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 bəndinin “a” yarımbəndi ilə ordu sıralarından azad edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş 1391 saylı xx.xx.2022-ci il tarixli Arayış əsasında İddiaçı sıradankənar hərbi xidmətə görə yararlı hesab edilmişdir. Nəzərə alınmalıdır ki, Hərbi Həkim Komissiyasının rəyi əsasında hərbi qulluqçular xəstəliyə görə ehtiyata, istefaya buraxılıllar və ya onlar qısa müddətli məzuniyyətə buraxıllıllar. Hərbi qulluqçunun müharibə dövründə aldığı xəsarətin səbəb əlaqəsi və hərbi xidmətə yararlıq dərəcəsi barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfindən qərar (arayış) veridikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Daxil edilmiş məlumat əsasında ƏƏSM-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əllik dərəcəsi təyin edilir. Göründüyü kimi hərbi xidmət zamanı xəsarət almış hərbi qulluqçuya əllik dərəcəsinin təyin edilməsi üçün Klinik Hospital tərəfindən deyil Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi arayış və əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş məlumat əsasında əlillik dərəcəsi təyin edilir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 fevral 2015-ci il tarixli 8 saylı Qərarı ilə təstiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Tibb Xidmətinin dinc dövrdə İdarəetmə orqanları, tibbi hərbi hissə və müəssisələri haqqında Əsanamənin təstiq edilməsi barədə Təlimatın 3.1.1-ci bəndinə əsasən Hərbi hospital-yararlı və xəstə hərbi qulluqçulara, elecə də hərbi müalicə müəssissələrində müayinə,müalicə almaq hüququna malik olan şəxslərə ixtisaslı və yüksək texnologiyalı tibbi yardım göstərilməsi,onların müayinəsi, müalicəsi, tibbi reabilitasiyası və hərbi həkim ekspertizasının keçirilməsi üçün təyin edilmiş müalicə -profilaktika müəssisəsidir. Göründüy kimi hospital müalicə profilaktika müəssisəsi olmaqla yanaşı əsas vəzifə öhdəlikləri yararlı və xəstə hərbi qulluqçulara, elecə də hərbi müalicə müəssissələrində müayinə,müalicə almaq hüququna malik olan şəxslərə ixtisaslı və yüksək texnologiyalı tibbi yardım göstərilməsindən və hərbi həkim ekspertizasını keçirməkdən ibarətdir. Məhkəmə tərəfindən hüquqi yardım göstərilərək X5 əvəzinə Mərkəzi Hərbi Həkim Komissiyasını cavabdeh qismində iddia ərizəsində göstərilməsinə lüzum bilmədi. Çünki iddiaçının hazır ki, iddia tələbi öhdəliyin icrası, Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı isə qaldıracağı tələbi 1391 saylı arayışında (qərarında) qeyd olunan “sıradankənar hərbi xidmətə yararlı” diaqnozunun ləğv edilməsi ilə bağlı olmalıdır. Bu cür iddia tələblərində isə pretenziya qaydalarına riayət olunması vacib amillərdən biridir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması mümkünlük şərtlərinin tələblərinə cavab vermədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı “ona forma 88-in verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar