Məhkəmə qərarları › İş №2-1(118)-1186/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1186/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1186/2024 27.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı cavabdeh tərəfindən verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən mənzilin başqa mənzillə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən mənzilin başqa mənzillə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkündür, keçmiş həyat yoldaşı X4 da məcburi kökümn statusuna malikdir. Onlarınbirgə nikahdan iki uşaqları vardır. Qaçqın və X5 üzrə Dövlət Komitəsi tərəfindən onların ailəsinə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində mənzil verilmişdir. Onlar həyat yoldaşı ilə birlikdə köçüb həmin mənzildə yaşamışlar. 2022-ci ildə nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Keçmiş həyat yoldaşı dəfələrlə iddiaçıya qarşı zorakılıq törətmişdir. Bununla bağlı polisə şikayət etmişdir. İddiaçının şikayəti əsasında təxminən 2022-ci ilin yay ayında Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən araşdrıma aparılmışdır. Bundan əlavə, Bakı şəhər Baş Polis İdarəsi tərəfindən də araşdırma aparılmışdır. Keçmiş həyat yoldaşı zorakılığa meyllidir, dəfələrlə iddiaçını döyüb, təhqir etmiş və hətta öldürməklə hədələmişdir. İddiaçının artıq həmin mənzildə yaşamağı qeyri-mümkündür və həyatı təhlükədə olduğu üçün həmin mənzilin başqa mənzil ilə dəyişdirilməsinə zərurət meydana gəlmişdir. O, bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir, lakin hazıradək müsbət cavab ala bilməmişdir. İddiaçının vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı ailəsi xx.xx.2013-cü il tarixli 12/44 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Komitə tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi” bina 12, mənzil 44-də yerləşən 2 otaqlı mənzillə təmin olunmuşdur. Onlarla Mənzil İstismar Departamenti arasında bağlanan müqavilənin şərtlərinə əsasən məcburi köçkünlərə müvəqqəti məskunlaşmaq məqsədilə verilən mənzillərin dəyişdirilməsi yolverilməzdir, edilən digər məsələ ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasftəsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 65 nömrəli qərarının 2.5-ci qaydasına əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin formasfnın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. İddiaçı da ailə üzvləri (əri və qızı) ilə birlikdə həmin qaydalara uyğun olaraq "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi" əsasında 05 sentyabr 2013-cü il tarixli tarixli "xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi” əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 12-də yerləşən 44 nömrəli mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 65 nömrəli qərarının 4-cü qaydasına əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilən yaşayış sahəsinin həcmi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdirilir. İddiaçı da Komitə tərəfindən mənzillə təmin edilərkən ailə tərkibinə uyğun olaraq 2 otaqlı mənzillə təmin edilmişdir. İddiaçı iddia ərizəsində əri ilə boşandığı üçün onlara verilmiş mənzildə əri ilə birlikdə yaşaya bilmədiklərini qeyd edərək mənzilin başqası ilə dəyişdirilməsi öhdəliyinin Komitənin üzərinə qoyulmasını xahiş edir. Bildiririk ki, məcburi köçkünlərə verilmiş mənzillərin xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müqavilədə adı keçən hər bir şəxsin mənzildən istifadə hüququ var və yaşayış sahəsi ilə təmin olunmuş məcburi köçkün ailəsi yenidən ayrıca mənzillə təmin olunmur. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5892/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2010-cu il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində 138 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. - Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş “Dövlətqaçqınkom” ilə X4 arasında bağlanmış 05 sentyabr 2013-cü il tarixli, 12-44 nömrəli Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsindən görünür ki, həmin müqavilə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 12 saylı binada yerləşən sahəsi 64.8 kv m olan iki otaqlı mənzil üç nəfər (həyat yoldaşı və qızı) ailə üzvləri ilə birlikdə X2 təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nə görə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşidirlməsi, məskunlaşdırılması, repatrasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”: 1.2. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin : 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.

107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırmazı zamanı müəyyən edildi ki, iddiaçının keçmiş həyat yoldaşı olan X3 üç nəfər ailə üzvü ilə birlikdə 2 otaqlı mənzil verilmişdir. X4 və İddiaçı arasında nikah pozulduqdan sonra onların iddiaçı mənzilin dəyişdirilməsi, yəni ayrı ayrı bir otaqlı mənzilləri verilməsi xahişi ilə cavabdeh orqana müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mənzil qanunvericiliyində və məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi ilə bağlı müəyyən edilmiş Qaydalarda məcburi köçkünlərə ayrılmış mənzilin başqa mənzilə dəyişdirilməsi norması və halları nəzərdə tutulmamışdır. İstinad olunan Qaydaların tələblərinə görə məcburi köçkünlərə mənzillər ayrılarkən ailə üzvlərinin sayı əsas götürülür. Hazırki işdə də E.Quliyevə mənzil ayrılarkən onun həyat yoldaşı və bir uşağı nəzərə alınaraq 2 otaqlı mənzilin ayrılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinini qanuni əsaslarının müəyyən edilməməsi səbəbindən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar