Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1187/2020 20.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Sumqayıt şəhər Məşğulluq Mərkəzinə qarşı “Oğlunun hüquqlarının qorunmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Məşğulluq Mərkəzinə qarşı “Oğlunun hüquqlarının qorunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Abdullayev Ceyhun Əlövsət oğlu xx.xx.2019-cu il tarixində VÖEN-lə STP zavodunda fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixində işin azalmasını səbəb göstərərək işdən azad edilmişdir. İşdən azad edildikdən həmən sonra onun adına açılan VÖEN vergilər idarəsində 10 il müddətinə dondurulmuşdur. İş yerindən təzminat verilməmişdir. Yanvar 2020-ci il tarixində sənədlərini Sumqayıt şəhər Məşğulluq Mərkəzinə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixindən işsizlik statusu verilmişdir. Həmin dövrdən hazırki dövrə qədər dəfələrlə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə, Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməsinə baxmayaraq nə işsizlik müavinəti verilmiş, nə də 190 AZN verilmişdir. Oğlu 8 aydır ki, heç bir yerdən gəliri yoxdur, adına maşın, torpaq və s. yoxdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı xx xxxxx 2015-ci il tarixli qərarındada qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçı oğlunun hüquqlarının qorunmasını məhkəmədən xahiş edir ki, inzibati məhkəmə icraatı qaydasında digər şəxsin hüquqlarının qorunmasının məhkəmədən tələb edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Lakin hazırki işdə iddiaçı özünün deyil, oğlunun hüquqlarının və qanuni maraqlarını pozulduğunu iddia edərək, onun hüquqlarının qorunmasını məhkəmədən xahiş edir. Halbuki qanunvericilikdə işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün sayılması üçün şəxsin özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması tələb olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddiasına inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı oğlunun hüquqlarının qorunmasını xahiş etsə də iddiaçının tələbi konkret deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, oğlunun hüquqlarının müdafiəsi ilə bağlı öz adından deyil, oğlu etibar etdiyi halda vəkalətnamə əsasında onun adından inzibati orqana müraciət edə bilər. İnzibati orqanın hərəkətlərindən narazı qaldığı halda, yenə öz adından deyil, oğlu etibar etdiyi halda vəkalətnamə əsasında onun adından məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1187/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1187/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver