Məhkəmə qərarları › İş №2-1(118)-1188/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1188/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1188/2022 09.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona İT ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının, B127644 saylı xx.xx.1980-ci il tarixli diplomda qeyd edilmiş təhsil müddətinin və HZ ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 01 sentyabr 1977-ci il tarixdə Sumqayıt şəhər 7 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 22 iyul 1980-ci il tarixdə həmin peşə məktəbini “hava qurğularının hissələrini hazırlayan çilingər” ixtisası üzrə bitirmişdir. 20 avqust 1980-ci il tarixdə “Sumqayıt Kompressoarları zavodu”nda çilingər kimi əmək fəaliyyətinə başlamışdır. 06 may 1981-ci il tarixdə hərbi xidmətə getmişdir. 15 iyun 1983-cü il tarixdə hərbi xidmətdən qayıtmışdır. 08 avqust 1983-cü il tarixdən 26 mart 1984-cü il tarixə kimi “Sumqayıt Kompressoarları zavodu”nda çilingər kimi əmək fəaliyyətini davam etdirmişdir. 27 mart 1984-cü il tarixdə 2 saylı Tikinti Trestinin səyyar mexaniki dəstəsində çilingər işləməyə başlamış, 01 iyul 1988ci il tarixdən əvvəllər 28 saylı Tikinti İdarəsi sonradan isə “Azərsənayetıkinti” Səhimdar Cəmiyyəti olan müəssisəyə köçürülmüş və 20 dekabr 1996-cı il tarixə kimi əl ilə elektrik qaynaqçısı kimi işləmişdir. 21 yanvar 1997-ci il tarixdə “Sumqayıt Etilen-Polietilen” zavodunda 2 saylı piroliz qazlarının sıxılması və təmizlənməsi sexində 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir və indiyə kimi də həmin müəssisədə işləyir. Məhkəməyə təqdim etdiyi əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışlardan da görünür ki, xx.xx.1977-xx.xx.1980= 2 il 10 ay 20 güntəhsıl müddəti, xx.xx.1980-xx.xx.1981=7 ay 25 gün əmək fəaliyyəti, xx.xx.1981xx.xx.1983=2 il 1 ay hərbi xidmət müddəti, xx.xx.1983-xx.xx.1984=7 ay 18 gün əmək fəaliyyəti, xx.xx.1984- xx.xx.1996=12 il 7 ay 23 gün əmək fəaliyyəti, xx.xx.1997xx.xx.2006= 9 ıl 20 gün əmək fəaliyyəti də daxil olmaqla, ümumilikdə 28 il 4 ay ümumi əmək stajı var və bu stajın 12 il 6 aydan artıq müddəti pensiya təyinatının tənzimləyən qanunun və qaydaların tələb etdiyi kimi güzəştli şərtlərlə pensiya təyinatı üçün hüquq verən peşə və sahələrə aiddir. Bu da o deməkdir ki, iddiaçının əmək fəaliyyəti və mövcud olan sığorta stajı imkan verir ki, ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. xx.xx.2021-ci il tarixdə cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olnmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli cavabı(cavab məktubu mənə rəsmi qaydada 22 oktyabr 2021-ci il tarixdə cavabdeh təşkilatın Sumqayıt regional ASAN Xidmətdəki nümayəndəsi tərəfindən təqdim edilmişdir) ilə müraciətini təmin etməmiş və göstərmişdir ki, “xx.xx.1984—xx.xx.1996- cı il tarixləri arasındaki dövr ərzində dövr ərzində "xxxx"SC-də işlədiyini təsdiq edən hər hansı sənəd aşkar edilməməsi səbəbindən qeyd edilən dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (16 il ay 24 gün təşkil edir. Bundan başqa güzəştli iş stajı da 12 il 6 aydan azdır-(7 il 7 ay 3 gün). Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina onun sosial təminat kimi Konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, iddiaçının müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Qanuna görə cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar tam olaraq öz əksini tapmamışdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Cavabdeh təşkilatın nəzərinə çatdırılmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun aparılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Bununla yanaşı, fiziki və hüquqi axslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi və Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi). Qanunvericiliyin göstərişlərinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılarkən 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında" xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə istinad edilməlidir. “Əmək pensiyaları haqqında" Qanununun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək(xx.xx.2006-cı ilədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Vətəndaşların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanununun 13-cü maddəsinin “b”bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda istehsalatlar, işlər, peşələr, vəzifələr və göstəricilər üzrə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində qeyd adilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə aensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə nüvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət ?dən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il arixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı ?lərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan leftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, əzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə alışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, eşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri lərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimiArayışlar, Əmrlərdən çıxarışlar, Əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, Vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, İcrası barədə qeydlər edilməklə razılaşmalar, Əmək xidmət siyahıları, İş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və əmək kitabçası olmadıqda qanunvericilikdə nəzərdə tutulmuş sənədlər də iş stajının müəyyən edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Cavabdeh təşkilatın imtina məktubunda yalnız xx.xx.1977-xx.xx.1980; xx.xx.1980xx.xx.1981; xx.xx.1981-xx.xx.1983; xx.xx.1983-xx.xx.1984; xx.xx.1996-xx.xx.1996; xx.xx.1997- xx.xx.2005-ci tarixləri arasındaki dövrləri əmək stajına daxil edildiyini, qalan dövrün isə - məsələn xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındaki dövrü əmək stajına daxil etmir və göstərir ki, guya araşdırma zamanı bu dövrdə “həmin müəssisədə işlədiyini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir.” Sual olunur ki, əmək kitabçasında xx.xx.1984-xx.xx.1996-cı il tarixdəri arasındaki dövrdə işlədiyi müəssisə və peşə öz əksini tapmışdırsa, (göründüyü kimi əksini tapıb) başqa hansı sənəd lazımdır ki, cavabdeh təşkilat iddiaçının həqiqətən də xx.xx.1984xx.xx.1996-cı il tarixləri arasındaki dövrdə iddiaçının xx.xx.1984-cü ildən Azərbaycan SSR Sənaye tikinti Nazirliyi 2 saylı trestində çilingər, xx.xx.1988-ci ildən həmin müəssisədə elektrik qaynaqçısı işləməyini təsdiq edilmiş hesab etsin??? Bu qədər bəsit və absurd bəhanələrlə iddiaçı və onun kimi yüzlərlə işçinin pensiya huququnun məhdudlaşdırmaqda cavabdeh təşkilatın məqsədi nədən ibarətdir? Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına lə .ıqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 26-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsində qeyd edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsində qeyd edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati saydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, Konstitusiyada təsbit eailmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərərk, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil əlavə olaraq bildirmişdir ki, cavabdeh orqanın müəssisədə yeni akt tərtib etməsi 92-96-cı illərə aid sənədlərin saxlanılması iddiaçının işləməsini bir daha sübut edir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh inzibati quruma təqdim edilən 28 avqust 1980-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə işlədiyini təsdiq edən hər hansı sənəd aşkar olunmamışdır. Bu fakt "xxxx" SC tərəfindən xx.xx.2020-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də yuxarıda qeyd edilən dövrü əmək stajına daxil etmək mümkün olmadığından 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (16 il 1 ay 24 gün (xx.xx.1977-xx.xx.1980ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il və xx.xx.1996-xx.xx.1996-cı İl, xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, güzəştli iş stajı 12 il 6 aydan azdır (7 il 7 ay 3 gün (xx.xx.1996xx.xx.1996-cı il və xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)). Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, etirazda qeyd edilməsədə hesab edir ki, iddiaçı inzibati orqana müraciət edən zaman qüvvədə olan normalara əsasən idddiaçının eyni zamanda tələb edilən pensiya kapitalıda çatmır. Cavabdehin nümayəndəsi X1 tərəflərindən aparılmış araşdırmanın nəticəsi olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt məhkəməyə təqdim tmiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, idarənin əməkdaşları tərəfindən yeni akt tərtib edilmişdir, 84- 92-ci illərə aid əmək haqqı cədvəlləri tapılmamşdır. Məhkəmə iclasında X2 şahid kimi dindirilmiş ifadəsində bildirmişdir ki, idarə "xxxx" Nazirliyinin təbeliyində olub. İdarə 1959-cu ildə yaranıb. 2 nömrəli trest 1963-cü ildə yaradılıb. Bu günə də fəaliyyət göstərir. O 1976-cı ildən işləyir. 1990-cı ildə "xxxx" İdarəsi olub. Sovet hökuməti dağılandan sonra 1995-ci ildə Tikinti şirkəti adlandırıldı. Adı oldu “Sumqayıtsənayetikinti” Kombinatı. 1997-ci ildə bir hissəsi SC oldu, bir hissəsi Əmlak komitəsinin nəzdinda qaldı. 1997-ci ilin sentyabr ayında “Sumqayıtsənayetikinti” Kombinatı SC-ə çevrildi, allandırıldı "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisə. Bu günə qədərdə müəssisə fəaliyyət göstərir. Müəssisə tikinti sahəsində bir neçə lahiyələri həyata keçirib. Müəssisənin sənədləri saxlanılır. Üzləşmə aktları bu günə qədər saxlanılır. İşçilər barədə məlumat, əmək haqqları barədə məlumatlar onlarıın şəxsi kartalarına qeyd olunubdur. İddiaçı onların idarəsində çilingər, qaynaqçı işləyib. Sonra onlardan çıxıb Etilen Poliietilen zavoduna işə qəbul olunub. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona İT ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının, B127644 saylı xx.xx.1980-ci il tarixli diplomda qeyd edilmiş təhsil müddətinin və HZ ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Cavabdeh inzibati quruma təqdim edilən 28 avqust 1980-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə işlədiyini təsdiq edən hər hansı sənəd aşkar olunmamışdır. Bu fakt "xxxx" SC tərəfindən xx.xx.2020-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də yuxarıda qeyd edilən dövrü əmək stajına daxil etmək mümkün olmadığından 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (16 il 1 ay 24 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1984-cü il və xx.xx.1996-xx.xx.1996-cı İl, xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, güzəştli iş stajı 12 il 6 aydan azdır (7 il 7 ay 3 gün (xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)). Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Beləki, idddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini istəyir. O tələb eilən yaş həddinə və sosial sığorta stajına malikdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi çilingər və elektrik qaynaqçısı peşələrinin güzəşt tətbiq edilən zərərli işlər kimi qəbul edilməsi mübahisə olunmur. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının əmək kitabçasında qeyd edilən müəyyən dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaması təşkil edir. Cavabdeh orqan ərizəsində qeyd edir ki, cavabdeh inzibati quruma təqdim edilən 28 avqust 1980-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1984xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə işlədiyini təsdiq edən hər hansı sənəd aşkar olunmamışdır. Bu fakt "xxxx" SC tərəfindən xx.xx.2020-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də yuxarıda qeyd edilən dövrü əmək stajına daxil etmək mümkün olmadığından 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (16 il 1 ay 24 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1984-cü il və xx.xx.1996-xx.xx.1996-cı İl, xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, güzəştli iş stajı 12 il 6 aydan azdır (7 il 7 ay 3 gün (xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər). Yuxarıdada qeyd edildiyi kimi məhkəmə iclasında iddiaçının işlədiyi müəssisənin rəhbəri şahid kimi ifadə verəndən sonra cavabdeh inzibati orqanın nümayəndələri tərəfindən yenidən yerində yoxlama keçirilmiş, inzibati orqan tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" SC-də çilingər, elektrik qaynaqçısı peşələrində işləmişdir. Müəssisə tərəfindən 1992-1996-cı il tarixədək əmək haqqı vərəqləri təqdim olunmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək haqqı dövrü müəssisə tərəfindən təqdim edilməmişdir. İddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək işləməsi əmrlər kitabında öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, bu qeyd edilənlər iddiaçının əmək kitabçasında qeyd edilən dövrlərdə işləməsini sübut edir. Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanuna əsasən maddə 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdeh tərəfindən təqdim edilmiş aktdan göründüyü kimi İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" SC-də çilingər, elektrik qaynaqçısı peşələrində işləməsi, 1992-1996-cı il tarixlərdə əmək haqqı alması cavabdehin araşdırması ilə təsdiq edilmişdir. İddiaçının işlədiyi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrə aid əməkhaqları cədvəllərinin saxlanılmaması isə iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Həmin dövrlərə aid əmrlər kitabında iddiaçıya aid məlumatların olması iddianın əsaslı olduğunu göstərir. Əmək Pensiyaları haqqında Qanunun 9-cu maddəsinə əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 2-ci maddəsinə əsasən Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda istinad olunan normalara görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs xx.xx.2017-cı il tarixədək müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin şərtlər iddiaçıya münasibətdə mövcuddur. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alınanda, qanunvericiliklə tələb edilən 25 il sosial sığorta stajı, habelə 12 il 6 ay xüsusi iş stajı yaranmış olur. Bundan əlavə cavabdeh inzibati orqanın iddiaçının pensiya kapitalı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunduğundan pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının pensiya tələbinə hazırda qüvvədə olan qanunvericilik tətbiq edilsə belə, ondan pensiya kapitalı tələbi istisna edilir. (13 may 2022-ci il tarixli dəyişiklik) “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Lakin cavabdeh inzibati orqan zəruri araşdırmalar aparmadan və iddiaçının hüquqlarını qoruyan normaları tətbiq etmədən imtina edərək, onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin; İddiaçı İT ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının, B127644 saylı xx.xx.1980-ci il tarixli diplomda qeyd edilmiş təhsil müddətinin və HZ ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar