Məhkəmə qərarları › İş №2-1(118)-1189/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1189/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1189/2021 18.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı X1 adına onunla bərabər paylı hüquqla verilmiş, 03.05.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsi tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı iddia qaldıraraq “X1 adına onunla bərabər paylı hüquqla verilmiş, 03.05.2015-ci il tarixli, **********29 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı X1 adına onunla bərabər paylı mülkiyyətlə 03.06.2015-ci il tarixli, **********29-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Boşanana qədər həmin çıxarış barədə məlumatı olmamışdır. Çıxarışın ilkin sənədləşməsi saxtalaşdırılmışdır. Çıxarışda qeyd olunan ev iddiaçının bacısıoğlu X2 məxsusdur. Kommunal qeydiyyatı və ilkin sənədləşmələrdə öz əksini tapmışdır. O, hal-hazırda Almaniyadadır. Keşmiş yoldaşı bacısıoğlunun Almaniyada olmasından sui-istifadə edərək qonşudan evə aidiyyatı olmayan, kənarda olan JN-335A nömrəli torpağın 0,0135 ha sahəsini almış, həmin sahənin koordinatlarını Hökməli bələdiyyəsində dəyişdirərəl ləğv edilmiş DTXK-nın verdiyi koordinatlardakı faktiki sahənin üzərinə salmış, planı və ölçünü qeyri-qanuni dəyişdirmişdir. Buna görə Hökməli bələdiyyəsindən məktub və baş plandan çıxarış alaraq reyestr xidmətinə təqdim etmiş, faktiki uyğunsuzluq olan sənədlərlə qeyri qanuni olaraq evi torpağa yerləşdirərək qeydə aldırmışdır. DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi saxtalaşdırılmış sənədləri qəbul etmiş və qeydə almışdır. İddiaçı, aidiyyəti üzrə cavabdehə dəfələrlə müraciət edib, sənədlərin yoxlanılmasını və ləğv edilməsini tələb etmişdir. 4 saylı idarə cavabında ona sənədlərdə uyğunsuzluğun olduğunu bildirmiş və məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı iddiasına olduğu kimi baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırki işdə iddiaçı iddia ərizəsində mübahisələndirilən çıxarışla paylı mülkiyyət hüququ əsasında onun və keçmiş arvadının adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin bacısı oğlu X2 aid olduğunu iddia edir və buna görə də həmin çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Beləliklə, iddiaçı məhkəmədə öz hüquqlarının və mənafelərinin müdafiəsi ilə bağlı deyil, başqa şəxsin, yəni bacısıoğlunun hüquqlarının müdafiəsi ilə bağlı iddia qaldırmışdır. Qanunvericilikdə öz adından iddia qaldıraraq digər şəxsin hüquq və mənafelərinin təmin edilməsi ilə bağlı müddəalar öz əksini tapmamaqla yanaşı, uzaq qohumlara həmin hüquqların təmin edilməsi ilə bağlı nümayəndə qismində işirak etmək, onu təmsil etmək səlahiyyəti də verilməmişdir. Nümayəndəlik institutu fiziki şəxslər üzrə yaxın qohumların dairəsi və vəkilin iştirakı ilə məhdudlaşdırılmışdır ki, bu dairəyə də dayılar, əmilər və digər uzaq qohumlar daxil deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 14 aprel 2021-ci il tarixli məktubundan görünür ki, mübahisələndirdiyi çıxarışın verilməsinin əsasını JN-335A nömrəli “Torpağın mülkiyyət verilməsinə” dair şəhadətnamə əsasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi təşkil edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 arpel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, mübahisələndirilən çıxarış notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsi əsasında verilmişdir ki, həmin çıxarışın verilməsinin əsasını təşkil edən sənəd mülki-hüquqi əqddir. Bu tip iddialara isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar